TORPAĞI VƏTƏN EDƏNLƏR
90-cı il 20 yanvar müsibətindən sonra xalqımızın bəxtinə bir qara gün də çıxdı -
91-ci ilin 20 noyabrı.
Bu nə zəmanədir, ilahi, televiziyada səslənən klassik musiqi dərhal gərilmiş
əsəblərimizi bir az da tarıma çəkir, səksəkəli ürəklərimiz bəd xəbərin vahiməsiylə titrəyir.
20-də axşam televiziya ekranında alışdığımız xəbərlər proqramı əvəzinə simfonik musiqi
sədaları eşidəndə ürəyimə yeni bəlanın qorxusu damdı. Xəstəydim, evdə yatırdım, kimdən
xəbər ala bilərdim? Dayım oğlu milis polkovniki Akif Rəfiyevə zəng elədim. Yoldaşı
təşvişlə: Akif Qarabağdadır, - dedi, - yaman nigaranıq. Deyirlər orda yenə atışma olub.
Daha kimə zəng edə bilərdim? Yəqin hər halda Tofiq İsmayılov bir xəbər bilər.
Dəstəyi qaldırdım. Elə bil kimsə:
-Yox, zəng eləmə, - dedi. - Yəqin hələ işdədir. Evə gec gəlir. 10-a qədər bir şey
aydınlaşmasa, zəng vurmaq olar. O vaxt evə gələr.
Daha heç vaxt evə gəlməyəcəksən, Tofiq, nə onda, nə on birdə, nə bu gün, nə sabah,
heç vaxt mehriban ailəni xoş təbəssümlə sevindirməyəcəksən, həyatından artıq istədiyin
oğlun Heydəri oğrun-oğrun süzüb fərəhlənməyəcəksən.
Tofiq, əzizim, dostum, qardaşım. Səni üç il qabaq itirsəydik, yenə də yanardım,
xalqımın belə alim, ziyalı, ağıllı-kamallı oğlunun itkisinə acıyardım.
Amma səni daha yaxşı tanıdığım bu üç il ərzində mənə o qədər doğma, munis,
əvəzsiz bir dost oldun ki, ən çətin dəqiqələrdə çiyin-çiyinə dayanmağımıza elə alışdım ki,
müdrik məsləhətlərinə, dəqiq siyasi təhlillərinə, adicə insani davranışına o qədər vərdiş
etdim ki, sənin yoxluğun ən əziz, ən yaxın adamımın itkisi kimi ağrıdır məni. Sənin bu son
illərdə xalqın üçün, vətənin üçün elədiyin fədakarlığı, hünərini və cəsarətini, dönməzliyini
və tədbirini - bilənlər bilir, amma bəlkə biz - sənin deputat həmkarların bu çətin, əzablı və
təhlükəli mübarizənin gözlərdən, qulaqlardan gizlin təfərrüatını daha artıq bilirik. Ali
Sovetin, Qurultayın sessiyalarında, iclaslarında rəqiblərimizi məntiqinlə, natiqlik
məharətinlə, ehtiraslı vətəndaşlıq mövqeyinlə yerində oturdan çıxışlarından başqa, necə
283
deyərlər, «səhnə arxasında», şəxsi təmasların, saysız-hesabsız yazılı məktubların,
sorğuların, müraciətlərin, ən yüksək vəzifəli adamların kabinetlərində ləyaqətlə, səbirlə,
təmkinlə, prinsipiallıqla apardığın danışıqlar - sənin bu torpaq, bu vətən uğrunda sıravi
əsgər döyüşün, bacarıqlı sərkərdə əməliyyatın idi.
Xalqımızın başına gələ biləcək neçə bəlanın qarşısını vaxtında almaqda sənin
misilsiz xidmətin var. Butün bu illər ərzində sənin nələr çəkdiyini bilən bilir, Tofiq.
Qarabağımıza son borcunu da verdin - onun doğma torpağında şəhid düşdün. Şəhidin yeri
behiştdir, - deyərlər. Dostlarının, xalqının qəlbində həmişə yeri behiştlik bir fədai kimi
yaşayacaqsan, qardaşım.
Vəli, əzizim! Ali Sovetdə sənin gördüyün qara fəhlə əməyi - parlaman iclaslarında,
komissiyalarda fəaliyyətin, müasir, ya tarixi sənədləri, qərarları və qanunları həmişə cabəca
əlinin altında saxlamağın, tutarlı silah təkin istifadə etməyin - ədəbiyyatçı-tədqiqatçı kimi
yaşadığın gənclik illərinin vərdişi idi, Nərimanovun ürək yanğısıyla yazdığı və illər boyu
gizlədilən məktublarını arxivlərdə öz əlinlə köçürdüyün, sonra duyuq düşməsinlər deyə
köynəyinin altında bayıra çıxardığın o uzaq illərdən qalmışdı sənə. Uzun illər partiya
işlərində çalışmışdın, amma o işləri tapdalamaq yeni siyasi konükturaya çevriləndə
keçmişinə dönük çıxmadın. Çünki konüktürçü deyildin, əqidə adamı idin. Əqidə saxta olsa
belə, ona inam süni yox, həqiqi ola bilər. Yüksək partiya vəzifələrində ciblərini
doldurmamışdın,altına yığmamışdın, bir vaxt partiyanı öyməklə sərvət qazanıb, indi
partiyanı söyməklə şöhrət axtaranlardan deyildin. Çox yerdə işləmişdin, işsiz qalan
vaxtların da olmuşdu, işini dəyişdiyin vaxtlar da. Qarabağda işini yox, dunyanı dəyişdin.
Əzizim Vaqif! Xalq deputatlarının Birinci Qurultayında - sənin halal yerinə bədnam
Zori Balayanı dürtüşdürmək istədilər. Çıxış eləməliydin. Çıxışının rus dilində səlis
səslənib-səslənməyəcəyindən və bunun da seçkiyə müəyyən təsir göstərəcəyindən nigaran
idik hamımız. Bircə səndən başqa. «Arxayın olun, - deyirdin. - Necə lazımdır, elə
danışacam və seçiləcəm».
Belə də oldu. Çünki danışdıqların həqiqət idi, ədalət sənin tərəfində idi və sənin
rəqibinə qələbə çalmağın haqq işin zəfəri idi.
284
Ən ağır dəqiqələrdə məhz sən bizi arxayınlaşdırırdın: «Mən ordan gəlmişəm, işin
içindəyəm, hər şey yaxşı olacaq, - deyirdin.
-Qarabağ sarıdan narahat olmayın. Bu çəkişmədə biz hökmən qalib gələcəyik!».
Məmməd, İsmət, Zülfü, Qurban - əziz həmvətənlərim - sizinlə bağlı nə qədər
xatirələrim var, Bakıda, Moskvada, Şuşada, Sumqayıtda, Ağdaşda görüşdüyümüz günlər,
saatlar... Haçansa xoş zarafatlı söhbətlər, haçansa ciddi, ağrılı fikir mübadiləsi... Ön atəş
xəttindən gələn sorağınız - Qarabağımızı qorumaq və qurmaq əzminiz... Nurlu surətləriniz
yaddaşım durduqca yaddaşımda qalacaq.
Osman, Rafiq - uzaq gənclik illərimin tay-tuşları, duz-çörək kəsdiyim, xeyirdə-şərdə
görüşdüyümüz, dərd-sərimizi bölüşdüyümüz insanlar. Bir gündə, bir neçə dəqiqəlik
televiziya xəbərində bu qədər dost, yoldaş, tanış itirmək nə dəhşətli imiş...
İ
qor, e
ş
e odin tovarih moix
ö
n
ı
x let.
Ə
vspomina
ö
tot dalekiy i nezab
ı
vaem
ı
y
seminar tvor
ç
eskoy molodeci, kotor
ı
y t
ı
s Zaurom Rustamzade. orqanizovali v
Zaqul
ğ
be, i kak m
ı
vse b
ı
li molod
ı
, i kak vsem nam toqda b
ı
lo xoro
ş
o vmeste, i
skol
ğ
ko svetl
ı
x nadecd b
ı
lo v na
ş
ix du
ş
ax. Kak strastno sporili m
ı
o pod
ç
eme
kul
ğ
tur
ı
na
ş
ey rodin
ı
Azerbaydcana. Moey i tvoey rodin
ı
,
İ
qor. T
ı
zdes
ğ
rodils
ə
, na
gtoy zemle cil, l
ö
bil, rabotal, gtoy rodine s s
ı
novney vernost
ğö
slucil i otdal za nee
samoe doroqoe-svo
ö
cizn
ğ
.
İ
pust
ğ
pam
ə
t
ğ
o tebe stanet simvolom edinstva vsex
qracdan Azerbaydcana, razn
ı
x na
ü
ional
ğ
nostey, predann
ı
x gtoy zemle i po pravu
sçitaöşix ee svoey rodinoy.
Alı, gənc dostum. Ali Sovetin mətbuatsız keçən hər qapalı iclasından sonra tənəffüsə
çıxarkən ilk gördüyüm sənin nigaran gözlərin, ilk eşitdiyim sənin səbirsiz sualların idi:
«Nə oldu? Bizə toxunan bir məsələ qalxmadı ki?»
Sən də, Fəxrəddin də, işıqçı həmkarın Arif də son saatınıza qədər vətəndaşlıq və
peşəkarlıq borcunuzu namusla, qeyrətlə yerinə yetirdiniz. Sizin işinizə verilən ən yüksək
qiymət odur ki, vertolyotunuzu namərd gülləbaranıyla məhv edən quldurlar - cinayət
yerində iz itirməyə çalışan canilər kimi - sizin çəkdiklərinizi oğurlayıb aparıblar. Sizin əks
285
etdirdiyiniz həqiqətdən necə qorxurmuşlar gör! Hamınızın müqəddəs ruhları qarşısında baş
əyirəm. Allah hamınıza rəhmət eləsin.
Qarabağa sülh məramıyla gəlib, burdan öz yer-yurdlarına tabutda qayıdan
hərbçilərin, mühafizə orqanları işçilərinin, Rusiya və Qazaxıstan nümayəndələrinin,
vertolyot sürücülərinin xatirələri qarşısında baş əyirəm.
Bu günlər tez-tez yada düşən misranın həqiqəti əbədidir:
TORPAQ ƏGƏR UĞRUNDA ÖLƏN VARSA - VƏTƏNDİR.
21 noyabr, 1991
|