Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə67/274
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2189
növüYazı
1   ...   63   64   65   66   67   68   69   70   ...   274
Sözardı.Bu kitabla bağlı arxivimi araşdırarkən on doqquz il bundan qabaq yazdığım 

və tamamilə unutduğum yuxarıdakı yazı qarşıma çıxdı.Səmimi surətdə deyirəm ki, onun nə 

üçün,nə münasibətlə yazıldığımı  yadıma sala bilmirəm(çünki ortalıqda   bir yubiley-flan 

tarixi də yoxdur və Əbülfəz bəy də o vaxt həbsdə deyildi ki,müdafiəsi üçün yazılmış olsun) 

Hər nə isə belə bir yazı yazdığımı   onu tapana qədər xatırlamırdım.Bəlkə o, Azərbaycanın 

ya  Türkiyənin  hansısa  mətbuat  orqanının  xahişiylə  ya  verilən  suallara  cavab  olaraq 

yazılıb,amma  güman  ki,sonra  heç  yerdə  çap  edilməyib.Nə  Əbülfəz  bəyin  Prezident 

olmasından əvvəl,nə prezidentliyi vaxtı,nə də Prezidenlikdən gedəndən sonra.Yəqin ki, o 

dövrdə    bir-birini  dabanbasma  izləyən  hadisələr  bu  yazının  aktuallığını  boyatlaşdırdığı 

üçün onu  arxivimin hansı güncündəsə qoyub tamamilə unutmuşam. 

Yazının  altındakı  tarixdən-yəni  1990-cı  ilin  13  mayından  sonra  cərəyan  edən 

hadisələr  qarşımıza  elə  məsələr  çıxarldı  ki,indi  həmin  yazını  bir  nöqtə-vergülünü 

dəyişmədən bu kitabıma salmaqla bərabər və əqidə adamı kimi Əbülfəz Elçibəyə əvvəlki 

hörmətimi  saxlayaraq  onun  hakimiyyətdə  olduğu  və  hakimiyyətdən  getdiyi  dövrünə  aid 

bəzi əlavə fikirlər söyləməyə də ehtiyac  duyuram. 

İlk  öncə  onu  deyim  ki,mənim  Əbülfəz  Elçibəyə  rəğbət  və  hörmətlə  yanaşmağımın 

vacib bir səbəbi onun özünün ziyalılara hörmət və rəğbətlə yanaşmasıdır. Bu cəhətdən o bir 

çox  silahdaşlarından,məsləkdaşlarından,siyasi  mübarizə  yoldaşlarından  çox  fərqlənir. 



276 

 

Meydanlarda ziyalıları yerli-yersiz ağ yuyub qara sərən qəhrəmanlar bununla ad çıxarmaq 



istəyəndə  Əbülfəz  sakit  və  təmkinlə  Azərbaycanın  qabaqcıl  ziyalılarının  xalqın 

müstəqilliyi  yolunda  fədakar  və  misilsiz  xidmətlərini  dönə-dönə  qeyd  edirdi.  Yüxarıdakı 

mətndə onun “Azadlıq” qəzetindəki bir yazısını təqdir etmişəm. İndi o qəzet əlimin altında 

yoxdu  və  onun  dəqiq  məzmunu  yadımda  deyil,amma  mənim  o  yazıya  münasibətimdən 

aydın  olur  ki,  bu  mətndə  də  Əbülfəz  bəy  ziyalıların  fəaliyyətini    xeyirxahlıqla 

dəyərləndirib. 

Əbülfəz  Elçibəyin  Prezident  seçilməsindən  qabaq  müxtəlif  müsahibələrində 

ziyalıların  xalqımızın  azadlığı  yolunda  göstərdikləri  xidmətləri  dəfələrlə  qeyd  edir.Bu 

fikirlərin bir qismi 2000-ci ildə nəşr olunmuş «Anar» adlı foto-kitabda verilib.Əbülfəz bəy 

deyir: 


Respublikadakı  gəncləri  çox  əzirdilər.Rəsul  Rza  birdən  çıxdı,20-30  nəfəri  himayə 

elədi.  Camaat  baxırdı  ki,yuxarıda  Rəsul  da  var,Rəsulun  hesabına  aşağıdan  da  bəziləri 

cəsarətlənirdilər.Rəsul    Fikrət  Qocanı,Vaqif  Səmədoğlunu  və  başqalarını  himayə 

edirdi.Həmin  dövrdə  Əylisli  də,Anar  da,Elçin  də,Yüsif  Səmədoğlu  da  göz  qabağında 

idi…Bəxtiyar    müəllim  o  ağır  vaxtlarda  tələbələrinə,millətinə  vətənpərvərlik  şeirləri 

öyrədirdi…Bizimki o zaman yüksəliş  deyildi,ölümdən qayıdış idi. O zamanın  ədəbiyyatı 

daha çox əzablıdır.O zamanın yazısına daha çox qiymət verilməlidir.Millətin ölüm nəfəsini 

geri  qaytardığı  üçün.Dil  uğrunda  ədəbiyyat  mübarizə  aparırdı.  Əkrəmin  «Azərbaycan» 

jurnalı,  Yusif  Səmədoğlunun  «Ulduz»  jurnalı  böyük  rol  oynadı.Onlardan  əvvəl  Anarın 

«Qobustan»  jurnalı  dili  ilə,nəfəsi  ilə  təzə  gəlmişdi.  Sonra  hamı  düşdü  onun 

üstünə,başladılar  Rəsul  Rzanın  əleyhinə  yazmağa,Anarın  əleyhinə  yazmağa.Qrup  ilə  bir 

yerldə vurmağa başladılar. 

Bu  yerdə  Əbülfəz  bəyin  qiymətli  sözlərinə  ara  verib  demək  istəyirəm:Hörmətli 

Əbülfəz  bəy,  bilmədiniz,  görmədiniz,  oxumadınız  ki,özlərini  sizin  ardıcıllarınız,əqidə 

varisləriniz kimi qələm verən bir para qart ya sütül köşə yazarları elə həmin o “Azadlıq” 

qəzetində  Sizin  dediklərinizin  tam  əksini  yazırlar:  yəni  adlarını  çəkdiyiniz  aldamların 

Azərbaycan  ədəbiyyatı,  Azərbaycan  dili,ümumiyyətlə  Azərbaycanın  istiqlaliyəti  uğrunda 




277 

 

mübarizələrdə  heç  bir  rolları  olmadığını  israr  edir,əksinə  onlara  sovet  vaxtında  verilən 



ittihamların  tam  tərsi  olsa  da,  daha  qəddar,  insafsız  və  vicdansız  ittihamlar  verir, 

ölüləri,diriləri  şərləyir,az  qala    bütün  ziyalılarımıza  böhtan    atır,hamsısını  təhqir  edirlər. 

Yenə  də  Əbülfəz  bəyin  bütün  bu  çağdaş  iftiralarla  daban-dabana  zidd  olan  fikirlərini 

gətirirəm: 




Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin