Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə75/274
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2189
növüYazı
1   ...   71   72   73   74   75   76   77   78   ...   274
ZƏFƏRİN  MÜBARƏK, NAZIM! 

 

 

«Nazım» deyirəm, «sən» deyirəm,çünki artıq düz on yaş ondan böyüyəm. 



Hər  gün  qəzeit  səhifələrindən,televiziya  ekranlarından,  radio  dalğalarından  bəd 

xəbərlərin uçqunu üstümüzə gəlir. 

Fələstinin acıdan-acı faciəsi, İraqda müsəlmanların bir-birlərini qırması, Hindistanda 

terror  aktı,  Əfqanıstanda  döyüşldər,  Rusiyanın  təcavüzkar  Ermənistanı  yenidən  səxavətlə 

silahlandırması,  siyasi  çəkişmələr  nəticəsində  qışın  şaxtasında  qazsızlıqdan  əziyyət  çəkən 

Avropa  ölkələri,  Türkiyədə  hansı  təxribatçılarnsa  təşəbbüs  göstərdikləri  ləyaqətsiz  və 

heysiyyətsiz  «Ermənilərdən  üzr  istəyək»  kompaniyası,milləti  parçalayan  «Erganokon» 

olayları,hər gün neçə-neçə insanın tutulması… 

Partlayışlar, qan,ölüm, işgəncə, zülm, təbii fəlakətlər.. kabus kimi üstümüzü alan,bir 

an  belə  rahatlanmağa  qoymayan  müdhiş  yeniliklər  içində  birdən-birə  şad  bir  xəbər  də 

gəldi:Nazım Hikmətə Türkiyə vətəndaşlığı qaytarılıb. 

Bizim  qəzetlərdə  bu  barədə  oxuyanda  əvvəl-əvvəl  inanmağım  gəlmədi,növbəti 

şayiədir  -  deyə  düşündüm.Bunun  xoş  gerçək  olduğunu  dəqiqləşdirəndə  Türkiyə 

Cümhuriyyətinin Baş bakanı R.T.Ərdoğana təşəkkür məktubu yazdım. Dünən Türkiyənəin 

TV  kanallarından  bildim  ki,Prezident  A.Gülün  və  Baş  nazir  Ərdoğanın  imzaladığbı  bu 

qərar    «Rəsmi  qəzet»də  dərc  olunub,hüquqi  qüvvəyə  minib.  İllər  boyu  həsrətlə 

gözlədiyimiz  bu  əldalətli  iş  axır  ki,baş  tutdu.  Canından  artıq  sevdiyi  məmləkətinə 

sağlığında dönə bilməsə də təmiz  adı qayıtdı. 

Vaxtilə  Azərbaycan  Yazıçılar  Birliyinin  Nazım  Hikmətə  Türkiyə  vətəndaşlağının 

qaytarılması haqqında müraciətini Türkiyənin Bakıdakı Böyük elçiliyi vasitəsiylə Ankara 

hökumətinə çatdırmışdıq.Bəzi rəsmi qəbullarda imkan düşəndə  Türkiyə  siyasiləriylə, bir 

vaxt  Baş  bakanın  müavini  olan  Erdal  İnönüylə,  qısa  ünsiyyət  zamanı  bu  arzumuzu 

bildirmişdim,müxtəlif  vaxtlarda  Kültur  bakanları  olmuş  Namik  Kamal  Zeybəklə,Fikri 

Sağlarla, İstemixan Talayla bu barədə söhbətlərimiz olmuşdu. 




302 

 

Təbii  ki,bu  qərarın  verilməsində  bizim  cəhdlərin  hər  hansı  rolu  olduğunu  iddia 



etməkdən  uzağam.Sadəcə  olaraq  onu  demək  istəyirəm  ki,heç  bir  vaxt  bu  işə  biganə 

qalmamışıq,bu  məsələni  unutmamışıq.  Çünki  Nazım  Hikmətin  vətən  həsrətini  mən 

kitablardan,qəzetlərdən,xatirə  yazılarından  deyil,böyük  şairlə  canlü  görüşlərimizdə 

duymuşdum.Təkrarsız  ifa  tərziylə,insanı  bayıldan  gözəl  səsiylə  oxuduğu  misralar 

indiyəcən qulaqlarımdadır: 

Məmləkətimi, yıldızlarmı,gencliyimmi daha uzaq… 

yaxud 

Sən  şimdi  alnımın  qırışlarında,saçımın  ağında,yürəgimin  inrfarktındasın 

memlekitim,memleketim,memleketim… 

Bu  misraları  dəqiqləşdirmək  üçün  kitablara  baş  vurmuram,  yaddaşımda  Nazımın 

dilindən eşitdiyim zaman necə qalıbsa,eləcə də yazıram. 

 

Dünyanın əksər dillərində kitabları çıxan Nazımın ən böyük həsrəti vətənə,ailəsinin 



yanına dönmək və bunun mümkünsüzlüyünü anladığı üçün heç olmasa əsərlərinin Türkiyə 

oxucusuna  çatdırılması  idi.  Sağlığında  bu  arzularının  heç  birinə  yetmək  ona  qismət 

olmadı,Ölümündən  sonra  əsərləri  nəhayət  ki,Türkiyəyə  ayaq  açdı.Son  illərdə  İstanbulun, 

Ankaranın, İzmirin,başqa şəhərlərin  elə bir kitab dükanı yoxdur ki,orada Nazım Hikmətin 

əsərləri,yaxud ona həsr olunmuş yeni-yeni kitablar,tədqiqatlar satılmasın. İstiqlal caddəsini 

bu  başdan  o  başa  keçirsən,hər  kaset  satan  mağazadan  Nazımın  şeirlərinə  bəstələnmiş 

şərqilər  eşidilir.  Pyesləri  səhnələrdə  oynanılır,  haqqında  televiziya  filmləri 

çəkilir,xatirəsinə  həsr  olunmuş  tədbirlər,  elmi  simpoziumlar,poeziya  festivalları  keçirilir. 

Türkiyə gec də olsa tarixinin ən böyük şairinə sahib çıxır. Doğrudur,Nazımın şeirləri yasaq 

olduğu illərdə belə misraları yüz minlərlə oxucunun qəlbində, hafizəsində yaşayırdı. İndi 

rəsmi şəkildə də bu böyük Milli şairin halal haqqı təsdiq olundu.Milli şair ifadəsinin altını 

cızıram. 

Sırf  milli  şeirlər  yazan  şairlərə  eşq  olsun!  Xalqın  milli  şüurunun  oyanışında  belə 

şeirlərin müstəsna xidməti var.Amma milli şair olmaq haqqı yalnız bu səpgili şeirlər yazan 




303 

 

müəlliflərə aid deyil.Doğma dilin ən gözəl və əbədi şeirlərini yaradan şair - məzmunundan 



və  mövzusundan  asılı  olmayaraq  milli  şairdir.    Füzuli  qəzəlləri  milli  məzmunlu 

deyil,onların ruhu millidir. Nazım Hikmət yalnız Qurtuluş savaşı haqqında dastanını,yaxud 

«İnsan  mənzərələri»ni  yaradanda  deyil,  sevdiyi  qadınlara  yazdığı  şeirlərdə  də  ən  böyük 

milli  şairdir.  Eləcə  də  «Ceviz  ağacı»nı  yazanda,  «Masallar  masalı»nı  yazanda,  Baxın 

əsərinin  təsiriylə  yazdığı  şeirdə,  «Kərəm  kimi»  şeirində,  «Son  avtobus»  şeirində. 

Onlarca,yüzlərcə  əsərlərində  yalnız  Türkiyənin  deyil,bütün  Türk  dünyasının  dahi  milli 

şairidir. 

Türk 


dünyası 

ədəbiyyatını 

Dədə 

Qorqudsuz, 



Yünus 

Əmrəsiz, 

Nəvaisiz,Füzulisiz,Sabirsiz  təsəvvür  etmək  mümkün  olmadığı  kimi,  Nazım  Hikmətsiz  də 

təsəvvür etmək mümkun deyil. 

Türkyədə  ömrünün  ən  gözəl  illərini  həbsxanalarda  keçirəndə  Nazım  Hikmət 

ölkəsində  də,bütün  dünyada  da  kommunizmin  rəmzi  kimi  qavranılırdı.  Sovet  İttifaqına 

gələndən  sonra,Azərbaycanda  və  digər  türk  respublikalarında  isə  o  Türkiyənin,türklüyün 

rəmzi kimi qəbul olunurdu. Kommunizm reciminin ən sərt illərində Sovet İttifaqındakı türk 

xalqları  arasında  türk  qardaşlığı  ideyasını  Nazım  Hikmət  qədər  heç  kəs  təmsil  edə 

bilməyib. Əqidəsi etibarilə Nazım Hikmətdən çox uzaq olan şair dostum Yəhya Akengin 

danışırdı  ki,o  vaxt  Qazanda  tatar  şairi  Renat  Xaris  kitab  rəfindən  Nazımın  kitablarını 

götürüb ona göstərərək: «Bax,Türkiyəni biz bu kitablarla sevdik»-deyib 

O  vaxt  təhsil  aldığım  Bakı  Universitetində  Nazım  Hikmətlə  görüş  keçirilərkən 

şairin;  «Mən  türkəm,  siz  də  türksünüz,xalqlarımız,dillərimiz  qardaşdır»  -  sözlərini  öz 

qulağımla  eşitmişəm.  Bu  sözlər  o  zaman  deyilirdi  ki,  Azərbaycanda    «türk»  sözü    özü 

yasaq idi,hər halda azərbaycanlıları «türk»» adlandırmaq dövlət cinayəti sayılırdı. 

Türkiyə  sollarına  Nazım  Hikmətin  xatirəsini  əziz  tutduqları  üçün,ən  çətin 

zamanlarda  onu  təbliğ  etdikləri  üçın  minnətdar  olmalıyıq.Amma  Nazım  solun  və  sağın 

fövqündə  duran  sənətçidir.  Və  səciyyəvi  haldır  ki,onu  tam  əks  əqidə  sahibləri  olan 

Əbdülhaq  Hamid,Ziya  Göyalp,Xalidə  Ədib,Əhməd  Haşım,  Yakub  Qədri  kimi  görkəmli 

sənətkarlar  da  yüksək  qiymətləndiriblər.  O  da  maraqlıdır  ki,(bunu  da  mən  şəxsən  özüm 

görmüşəm  və  dinləmişəm)  hələ  bir  neçə  il  bundan  qabaq  türk  millətçiliyinin  lideri 




304 

 

Alparslan  Türkəş  televiziya  çıxışlarının  birində  Nazım  Hikmətin  Qurtuluş  savaşı 



dastanından  böyük  bir  parçanı  əzbər  oxudu.Çox  illər  daha  əvvəl  İsmət    İnönü  bu  əsər 

haqqında  «Nazım  bu  dastanıyla  qurtuluş  savaşını  bir  daha  qazandı»  -  demişdi.  Böyük 

öndər Mustafa Kamal Atatürk də Nazımın bəzi şeirlərinri bəyənir,məğrur xasiyyətini təqdir 

edirdi. 


Dövlət  başçılarının  İstanbul  sammitində  o  vaxtkı  Cümhur  Başqanı  Süleyman 

Dəmirəl  açılışda  Məmməd  Akifin,qapanışda  Nazım  Hikmətin  şeirini  oxudu.      Vaxtilə 

başqa  bir  şairin  şeirini  oxuduğu  üçün  həbsə  atılan  Ərdoğan  ən  son  günlərdə  Nazımın 

«Yaşamaq  bir  ağac  kimi    tək  və  hürr  və  bir  orman  kimi  qardaşcasına»  misralarını  sitat 

gətirdi. Və nəhayət, ən son bir fakt. Ərdoğanın xanımı Əminə Ərdoğanın təşəbbüsüylə bəzi 

ərəb və müsəlman dövlətlərinin birinci xanımları Fələstin faciəsinə etiraz olaraq Ankarada 

toplaşmışdılar.  Mən  Əminə  xanımın  çıxışını  Türkiyənin  ATV  kanalıyla  izləyirdim. 

Fələstində məsum çocuqların qətl olunması barədə göz yaşları içində danışırdı. Çıxışının 

sonunda  yenə  də  qəhərlənərək  Nazım  Hikmətin  Hirosima  bombardımanında  yanıb  külə 

dönmüş yapon çocuğu haqqında şeirini oxudu. Əminə xanım həzin səslə bu şeiri oxuduqca 

ara-sıra  ekranda sənədli kadrlar göstərilirdi  -  - bombardımanlar,tank atəşləri  altında həlak 

olmuş, yaralanmış, şikəst qalmış Fələstin uşaqları. Sanki Nazım Hikmətin misraları məhz 

onlar üçün yazılmışdı. 

Böyük sənətin gücü bundadı, o nə zaman tanıyır,nə məkan… Nazımın həlak olmuş 

günahsız uşaqlara həsr olunmuş  şeiri Fələstin çocuqlarına da, Xocalıda qəddarcasına qətl 

edilmiş tifil balalarımıza da eyni dərəcədə aiddir. 

Siyasi  rejimlər,iqtidarlar  dəyişir,sonda  isə  həqiqi  sənət  qələbə  çalır.  Hörmət 

bəslədiyim dəyərli Türkiyə alimlərindən Turan Yazqanla çox məsələlərdə fikirlərimiz üst-

üstə düşür, amma həmişə Nazım Hikmət mübahisələrimizə səbəb olur.Bir dəfə Türan bəy 

dartışmamızın gərgin məqamında Nazımı «Vətən xaini» adlandıranda dözə bilmədim, «bu 

ifadəni o dönəmin Baş bakanı Adnan Menderes söyləmişdi-dedim - onu da asdınız». 

-Amma indi Menderesə möhtəşəm məqbərə ucaltdıq - dedi. 




305 

 

 -Gün  gələr  Nazıma  ondar  da  möhtəşəmini  ucaldarlar  -  dedim.  Amma  məsələ 



ondadır  ki,  Nazım  özü  məqbərə-filan  istəməzdi,bir  şeirində  vəsiyyət  eləmişidi  ki,onu 

Anadoluda bir kənd məzarlığında torpağa gömsələr və başının üstündə bir çinar olsa, heç 

daş-maş da gərək deyil. 

İnanıram  ki,  haçansa  şairin  dalğa  olub  çırpıldığı  Qadıköy  iskələsinin  ətrafında 

mərmər,  qranit  və  tunc  Nazım  Hikmət    heyranı  olduğu  və  son  saatınacan  sitəmini, 

özləmimi  çəkdiyi  şəhərin  -  çinarlı,  qübbəli,  mavi  limanın  -  İstanbulun  əbədi  seyrinə 

dalacaq. Bu da Nazımn daha bir qələbəsi olacaq. Sanki şairin bu zəfərini öncədən duymuş 

kimi Rəsul Rza Nazım Hikmətə həsr etdiyi  məqaləsini «Qələbəni təbrik edirəm, Nazım» 

adlandırmışdı, Mən də bu yazımın başlağıcında həmin ifadədən istifadə etdim. Bilirəm ki, 

Nazımə vətəndaşlığının qaytarılması xəbərinə ən çox sevinənlərdən biri atam olacaqdı. Bu 

xəbəri    eşidən  kimi  atamın  qəbri  üstünə  getdim.  Əgər  ruhlara  inanırıqsa,  bu  gün  Rəsul 

Rzanın ruhunun da şad olduğuna əminəm. 




Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin