28 mart 1992
DÜRÜST SİYASƏTÇİ
Qardaş Türkiyənin böyük oğlu Bülənd Ecevidin öləm xəbəri məni çox
kədərləndirdi.Onunla şəxsən tanış idim.Ecevidin Türkiyədə çeşidli ayamaları vardı:
«Qaraoğlan», «Kıprıs fatehi».Amma ona ən çox yaraşanı «dürüst siyasətçi» ifadəsi idi.Hər
peşədə olduğu kimi siyasətçilər arasında da müxtəlif xislətli insanlar olur.Dolaşıq siyasət
aləmində Ecevid sözünün sahibi olan insan idi,fikriylə əməli bir olan dürüst siyasətçi
idi.Ecevid sosialist yönümlü solçu idi.Rəhbəri olduğu partiyanın adında da bu «sol»
kəlməsi var.Bəzən sol əqidəli siyasətçiləri daha çox sosial ədalətə,insanların bərabərliyinə
üstünlük verən,milli problemləri müəyyən qədər arxada saxlayan adamlar kimi
səciyyələndirirlər.Sosial ədalət,bərabərlik tərəfdarı olan Bülənd bəy eyni zamanda
xalqının,millətinin həyatı çıxarlarının ən ardıcıl ifadəçisi, müdafiəçisi və mücahidi idi.
Kıprıs türklərinin taleyi ölüm-dirim həddinə çatanda heç kəsə -nə daxili
müxalifətə,nə dünya icitimai rəyinənə böyük dövlətlərin mövqeyinə boylanmayaraq
Ecevid yalnız öz iradəsiylə qəti qərar verdi və türk silahlı qüvvələrini adaya çıxarıb
soydaşlarını soyqırımından xilas etdi.Türkiyədə bu hadisələri təfərrüatıyla bilən bir
siyasətçi mənə danışırdı ki, o vaxt koalisyon hökumətin Baş Bakanı olan Ecevid başqa
partiyanı təmsil edən müavinini xaricə səfərə göndəribmiş, çünki bilirmiş,koalisiya ortağı
bu qərara qarşı olacaq. Başqa partiyaların rəhbərləri də Ecevidi belə addımın risqli olması
299
barədə xəbərdarlıq edirmiş, ehtiyatlı davranmağı, yəni hadisələrə qarışmamağı məsləhət
bilirmişlər
Qara oğlan isə qərarını təkbaşına vermişdi və bu qərar onun adını çağdaş türk
tarixinə qızıl hərflərlə yazdı.Söhbət istiladan, işğaldan deyil, türk xalqının bir
parçasını,nəvazişlə «yavru vətən» adlandırdıqları Kiprisın türk əhalisinin xilasından
gedirdi.
Bu hadisələrin hansısa il dönümündə mən Kiprısda idim,böyük meydanda keçirilən
təntənələrdə Ecevidin bir qəhrəman kimi necə böyük hərarətlə,sevgiylə, çoşquyla
qarşılandığını öz gözlərimlə görmüşdüm. Mitinqdə Qüzey Kiprıs Türk Cümhuriyyətinin o
vaxtkı Prezidenti Rauf Denktaş çox təsirli çıxış etdi.Türkiyənin imdada yetişəcəyi
haqqında xəbərdarlıq almışdı, amma sübh çağı, müəyyən edilmiş saatda təyyarələrin
havada görünmüməsi, Denktaşın dediyi kimi böyük təlaşa səbəb olmuşdu.Axı söhbət bütöv
bir icmanın tamamilə məhv ola biləcəyindən gedirdi.Və yenə də Denktaşın dediyi kimi az
sonra havada Türkiyə təyyarələri görünəndə bildik ki, xilas olmuşuq.
Denktaşın və bütün Qüzey Kiprıs türklərinin keçirdiyi bu duyğuları mən bir neçə il
sonra Azərbaycan səmasında Türkiyə uçaqları - ulduzları görünən zaman bütün qəlbimlə
yaşadım. Çünki bir neçə gün qabaq bizə Xəzərdə meydan oxumaq istəyən qonşu dövlətin
təyyarələri Azərbaycana məxsus neft yataqlarının üzərindən təxribat xarakterli uçuşlar
etmişdilər. O zaman bizim hələ qüdrətli ordumuz yoxdu və hər kəs bizə öz gücünü
göstərməyi rəva bilirdi.Mən də başqa soydaşlarım kimi bu şantaj qarşısında hələ ki, aciz
qaldığımızı ürək ağrıysıyla duyurdum. Və elə bu zaman səmamızda Türk uçaqlarını-
ulduzlarınıı görəndə sentimental insan olmasam da gözlərim yaşardı. Deməli dünyada
təklənməmişdik,kimsəsiz,arxasız qalma-mışdıq.
O gün Kıprısda isə Ecevidin çıxışının hər cümləsini alqışlarla qarşılayırdılar.
Ecevidlə bu Kıprıs təntənələrindən bir neçə il qabaq Moskvada tanış olmuşduq.O
zaman hökumət başçısı deyildi, sadəcə bir partiya lideri idi.Moskvada bizim o vaxtki
Daimi nümayəndəliyimizə gəlmişdi.Mənim mərhum dostum, o vaxtkı daimi
nümayəndəmiz Zaur Rüstəmzadə Ecevidlə görüşə Rüstəm İbrahimbəyovu və məni də
300
dəvət etmişdi. Ecevidin söylədikləri maraqlı fikirlər arasınla ən çoz diqqətimi çəkən
Türkiyənin dünyada mövqeyi haqqında - mülahizələri oldu. O vaxtlar hələ təzə-təzə baş
qaldıran «təməl dinçiliyə»( bu anlayışın türkcə belə ifadə olunmasını da ilk dəfə Ecevidin
dilindən eşitdim) qarşı Türkiyənin bir müsəlman ölkəsi və eyni zamanda laiq (dünyəvi,
sekulyar), sivil, atatürkçü bir dövlət kimi sipər ola biləcəyəni Bülənd bəy tutarlı dəlillərlə
əsaslandırırdı. Söhbətimizdə yeni kəlmələrin dilimizə daxil olması məsələsinə də
toxunduq.Bülənd bəyə xatırlatdım ki,bir vaxtlar Türkiyədə «olay» kəlməsini işlədərkən
yaristehzayla «Ecevid demişkən «olay» deyilirdisə, indi bu kəlmə çağdaş dilə üvzü şəkildə
daxil olub və hər kəs tərəfindən işlədilir. Ecevid gülərək razılaşdı. Helikopter(vertolyot)
yerinə «dikuçar» işlətdiyimi Bülənd bəyə deyəndə həmin sözü çox bəyəndi, cib dəftərinə
qeyd etdi, «bu kəliməni qullanacam» dedi.
Kıprısda onu uzaqdan uzağa görməyimi saymasaq Bülənd bəylə ikinci görüşüm
Ankarada Ecevid yenidən başqa bir koalisyon hökumətin Baş Bakanı olduğu vaxt baş
verdi. Bizi, Azərbaycan Milli Məclisinin nümayəndə heyətini iş otağında qəbul
etdi.Danışmaq növbəsi mənə çatanda tərtib etdiyim «Min beş yüz ilin Oğuz şeiri»
antolojisini Bülənd bəyə təqdim etdim və «burada Sizin «Geoloq» şeiriniz də var» -
dedim.Ecevid bu məlumatı məmnunluqla qarşıladı və mənə öz şeir kitabını imzalayaraq
hədiyyə etdi.Axı siyasətçi olmaqdan başqa Ecevid həm də şair idi.
Bülənd Ecevid iradəli və cəsur adam idi.Kıprıs olayından başqa neçə min türkin və
kürdün qanına bais olmuş Ocalanın tutulub ədalət məhkəməsinə təslim edilməsi də ilk
növbədə onun xidmətidir.
Həyatın, yaşın öz qanunları var və bununla hesablaşmamaq olmur.Amma yenə də
təəssüflənirsən ki,dünyamızdan bir namuslu insan,dürüst siyasətçi, xalqına sözdə yox,
əməldə qulluq edən vətəndaş da azaldı.Allah qəni-qəni rəhmət eləsin.
7 noyabr 2006
|