Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə72/274
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2189
növüYazı
1   ...   68   69   70   71   72   73   74   75   ...   274
12 noyabr 1992 

 

 




291 

 

VƏLİ  MƏMMƏDOVU  DÜŞÜNÜRKƏN 

 

Bu  gün  unudulmaz  dostum  Vəli  Məmmədovu  düşünürkən  ilk  öncə  yadıma  düşən 



onun iki sözüdür. Qarabağ məsələləri hələ təzə başlayanda Vəli bir dəfə mənə:-İndi bundan 

sonra  bizim  nə  ömrümüz  qalıbsa  həyatımızın  axırına  qədər  Qarabağ  problemiylə  məşğul 

olacayıq,-dedi.  

Görkəmli  alim,  qeyrətli  vətəndaş  Xudu  Məmmədovun  ürəyi  Qarabağ  dərdinə 

dözməyib partlayanda Vəli - hələ bu yolda bizim çox qurbanlarımız olacaq,- dedi. 

Hər  iki  sözü  çin  çıxdı  Vəlinin.  Ömrünün  sonuna  kimi  Qarabağ    mübarizəsinin  ön 

cəbhəsində vuruşdu və bu mübarizənin qurbanı oldu. 

Vəlini çoxdan tanıyırdım. Yaş fərqimizə baxmayaraq bir-birimizlə məhrəm ünsiyyət 

bağlamışdıq, sözümüz-söhbətimiz tuturdu. 

Kənardan,  başqa  adamlardan  onun  haqqında  eşitdiklərim  də  Vəliyə  marağımı, 

rəğbətimi  artırırdı.  Eşitmişdim  ki,  hələ  o  vaxtlar  Amerika  Birləşmiş  Ştatlarında  olarkən 

Vəli  oradakı  Azərbaycan  mühacirləriylə  görüşməyə  cəsarət  edib.  Bu  o  vaxtkı  siyasi 

mühitdə  cəzasız  qalmayacaq  bir  addım  idi.  İllah  da  partiya  işçisi  üçün.  Amma  Vəli 

cavanlıqdan  komsomol  və  partiya  işlərində  çox  fəal  çalışsa  da,  hər  şeydən  əvvəl 

Azərbaycan vətənpərvəri, Azərbaycan ziyalısı, Azərbaycan tədqiqatçısı idi. 

Tədqiqatçı kimi də Nəriman Nərimanovun şəxsiyyətinə  - hələ onun adı yasaq olan 

vaxtlardan  -  böyük  maraq  göstərirdi.  Nərimanovun  Leninə,  Stalinə,  Trotskiyə  yazdığı 

faciəli  məktubların  surətini  Bakının,  Tbilisinin  arxivlərində  gizlincə  köçürür,  köynəyinin 

altında xəlvətcə binadan dişarı çıxarırdı. Bunu mənə özü danışmışdı. 

Vəlinin  vətənsevərliyi  alovlu  nitqlər,  gurultulu  bəyanatlar,  çılğın  şüarlarda  deyil, 

konkret  əməli  işlərdə  meydana  çıxırdı.  Bakı  Komitəsində  ideologiya  üzrə  katib  işlədiyi 

vaxtlarda  bütün  sənədləri,  rəsmi  yazışmanı  Azərbaycan  dilində  aparmağa  nail  olmuşdu. 

«Bir  dəfə  hətta  Mərkəzi  Komitənin  ikinci  katibi  Yelistratova  göndərdiyim  məktubu  da 

Azərbaycanca  yazmışdım,  -  deyə  Vəli  gülə-gülə  danışırdı.  «  Mənə,  -sən  daha  lap  ağ 

elədin» dedilər». 



292 

 

Belə  söhbətlər  indi  gülməli,  qəribə  gəlir.  Azərbaycan  dilinin  Konstitusiyaya  görə 



Dövlət  dili  elan  olunduğu  respublikada  rəsmi  yazışmanın  bu  dildə  aparılması  nə  böyük 

hünər  imiş?  İndi  belə  deməyə  nə  var?  O  dövranların  ab-havasında  yaşamış,  mənəvi 

iqlimində nəfəs almış adamlarçün hər belə   bir addımın nə qədər çətin, təhlükəli, ən ağır 

nəticəli olmasını izah etmək lazım deyil. Bilirlər. Görüblər. Yaşayıblar o dövrləri. Başları 

çox  çəkib.  Bilməyənlərə,görməyənlərə,  yaşamayanlara,  başları  çəkməyənlərə  isə  izah 

etmək zor işdir. 

Vəliylə  tanışlığımız,  xoş  münasibətlərimiz  sonralar  dostluğa  çevrildi.  1989-cu  ildə 

hər  ikimiz  SSRİ  Xalq  deputatı,  SSRİ  Xalq  deputatlarının  Birinci  Qurultayında  isə  Ali 

Sovetin  üzvü  seçildik.  Ali  Sovetin  üzvləri  -  Azərbaycan  deputatları  arasında  Tofiq 

İsmayılov  və  Vəli  Məmmədovla  daha  yaxın  idim.  Demək  olar    ki,  hər  iclasdan  sonra 

yaşadığımız  «Moskva»  mehmanxanasında  ya  mənim,  ya  Tofiqin  ya  Vəlinin  nömrəsinə 

toplaşar, məsləhətləşər, iş və hərəkət proqramımızı müəyyənləşdirərdik. Ümumi iclaslarda 

iştirak  və  çıxış  etsəm  də,  ayrı-ayrı  komissiyaların,  deputat  qruplarının  toplantılarına 

getməyə həvəsim yox idi. Vəli isə bir toplantıdan, bir yığıncaqdan, müəyyən məlumatlarla 

faydalana  biləcəyi  bir  görüşdən  kənar  qalmırdı.  «Moskva»  mehmanxanasında  kiçicik 

otağında  qalaq-qalaq  qəzetlər,  jurnallar,  məktublar,  ərizələr,  cürbəcür  soraq  kitabçaları, 

arayışlar  yığılmışdı.  Ən  vacib,  ən  mühüm  xəbər,  yazı,  məlumat,  təhlil,  rəylərdən  bizi  də 

agah  edirdi.  Vəli  əqidə  adamı  idi.  Gənc  yaşlarından  komsomol  və  partiya  sıralarında 

yetişdiyi, formalaşdığı üçün bu əqidəyə ürəkdən inanırdı. Dar baxışlı, məhdud doqmatik, 

ehkamçı  deyildi.  İnandığı  əqidələrin  real  həyatda  necə  təhrif  olunduğunu,  tərs-məzhəb 

tətbiq olunduğunu, yüksək sözlər söyləyib alçaq işlər görənlərin meydan sulamasını açıq-

aydın görürdü. Bu  əqidələrin özündə belə yanlış, ifrat, birtərəfli cəhətlərin üstünlüyünü - 

illah da son  illərdə üzə çıxarılmış bir çox gizli sənədlərin, materialların, faktların işığında 

daha dəqiq anlayırdı. Anlayırdı, amma  ömrü boyu tapındığı, inandığı, təmənnasız xidmət 

etdiyi  ideyaları  bir  günün  içində  ürəyindən,  beynindən  süpürüb  ata  bilmirdi.  Mən  bunu 

Vəlinin  zəifliyi  kimi  yox,  həqiqiliyi,  bütövlüyü,  saflığı  kimi  qiymətləndirirəm.  Yalan 

bütlərə inanmısansa da, əgər səmimi inanmısansa, bir yüngül hərəkətlə ömrün boyu bəyan 



293 

 

etdiyin  məsləkin  üstündən  qələm  çəkmək  asan  deyil.  Əgər  bu  məsləkin  yolunda  özünü 



oda-közə  vurmusansa,  bir  çox  başqaları  kimi  bu  məsləkdən  yalnız  öz    mənafeyin,  öz 

xeyrin, öz təmənnan üçün istifadə etməmisənsə bu mənəvi dəyişmə səni içəridən gəmirir. 

Bir çox partiya işçiləriylə müqayisədə Vəli bu cəhətdən bəlkə də nadir, müstəsna şəxsiyyət 

idi. Onun üçün əqidə dəyişmək paltar dəyişmək kimi yüngül bir iş deyildi. Ən mühüm, ən 

«gəlirli»  partiya  vəzifələrində  illərlə  tər  tökə-tökə,  dəridən-qabıqdan  çıxa-çıxa  işləyib 

özüyçün heç nə qazanmamışdı, axır günlərinə qədər ehtiyac və borc içində yaşadı. İçində 

dolandığımız cəmiyyətin eybəcər əxlaqı belə idi ki, haram pulla firavan güzəran keçirənlər 

yox, halal maaşla kasıbçılıq eləyənlər daha artıq xəcalət çəkməli olur. Ciblərini doldurmağı 

bacarmayanlara isə hətta  gülürlər də, «acizliyinə», «əfəlliyinə», «pul qırpa bilməməyinə» 

rişxənd də edirlər. Belələriyçün Vəli «qəribə adam» idi. Nazim Hikmətin «Qəribə adam» 

sayağında  bir  məxluq  idi.  Vəli  ayrı  cür  ola  bilmirdi,  bacarmırdı.  Kommunistlər  heç  cür 

idealistlərlə barışmaq istəmir. Amma Vəli idealist idi. Təbir caiz deyilsə də, «kommunist 

idealisti» idi. 

Böyük və dəyişməz əqidəsi isə Azərbaycan vətənpərvərliyi idi. Bu amalın yolunda o 

hər hansı işdə  - böyük, məsul vəzifələrdən tutmuş, ən adi sıravi xidmətə qədər hər hansı  

yerdə  real  çalışmağa  hazır  idi.  Qarabağda  güllə  yağışının,      ölüm  hədəsinin  altında  bu 

amalla  yaşayır,  döyüşürdü, həm  də  nə  öz  fədakarlığını  təbliğ edir,  nə qoçaqlığını reklam 

edir, nə də özünü başqalarına örnək göstərirdi. «Bax,  mən belə   igidəm, siz   də mənim 

kimi olun»   demək   ağlına   da gəlmirdi. Bu onun xasiyyətinə, təbiətinə uyğun deyildi. 

Təmiz, saf, təmənnasız insan kimi yaşadı. 

İgid, mərd, bütöv insan kimi həlak oldu. 

Qəbrin nurla dolsun, Vəli. 



29 mart, 1992-ci il 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin