Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə68/274
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2189
növüYazı
1   ...   64   65   66   67   68   69   70   71   ...   274
 «O dövrün ziyalıları haqqında ayrıca yazı da yazmaq lazımdır. Onların qiyməti də 

verilməlidir.(İndi yaxşı verirlər bu qiyməti,Əbülfəz bəy!- - A.) Mənim yadımdadır «Molla 

Nəsrəddin  -66»,Anarın  yazıları  çıxanda  hamı  oxuyurdu,bütün  cavanlar  bir-birindən 

soruşurdu  ki,oxumusan?  Onun  müzakirəsini  keçirirdilər,danışırdılar  cavanlar(Hardadır 

indi  elə  cavanlar?-A.)  Bu  Sabir  ruhunun  qayıtması  idi.Bu  ,XX  əsrin  birinci  yarısında 

qaynayan  ziyalı  təfəkkürünü  təzədən  qaytarıb  gətirmək,təzədən  ona  qayıtmaq  və  onun 

üstündə yenidən qürub getmək idi. İndi necə ki,biz Azərbaycan Demokratik Cümhuriyyətini 

bərpa  etməyə  çalışırıq,o  zaman  da  bunlar  həmin  o  məfkurəni  bərpa  eləyənlər  idi  və 

elədilər də.Çox şeylər elədilər» 

1991-ci ildə dediyi bu sözlərə görə Əbülfəz bəyə bir daha rəhmət oxuyuram. 

Sonra  Əbülfəz  Elçibəy  Azərbaycanın  prezidenti  seçildi.  Əbülfəz  bəy  səmimi  adam 

olduğu üçün mən də bu yazımda onun Prezidentlik dövrü haqqında səmimi fikrimi deməyə 

bilmərəm.Əbülfəz  Elçibəyin  Prezidentliyi(hakimiyyəti  demirəm,  Prezidentliyi  deyirəm) 

dövründə  Azərbaycan  üçün  bir  çox  gərəkli  işlər  görüldü.  Rus  qoşunlarının  ölkəmizdən 

çıxarılması,  manatın  rublu  əvəz  etməsi,  qəbul  imtahanlarında  test  sisteminin  həyata 

keçirilməsi və sairə,şübhəsiz,müstəqilliyimiz yolunda mühüm addımlar idi.Bütün bunların 

mütərəqqi hərəkətlər olduğunu heç kəs inkar edə bilməz.Amma onu da heç kəs inkar edə 

bilməz  ki,  Əbülfəz  bəyin  özünün  də  etiraf  etdiyi  kimi  ölkədə  rüşvət,əliyərlik  əvvəlki 

dövrlərdən  az  yox,bəlkə  daha  da  çox  idi.  Dünən  meydanlarda  vətəndən,  millətdən 

danışanların  bir  çoxu    vəzifə,hakimiyyət  hərislərinə  çevrilmişdilər,  haçansa  hansı 

xidmətinisə gözə soxub iş başına səriştəsiz adamlar da gəlirdi. Qarabağda qanlı müharibə 

gedərkən  az-çox  nüfuz  sahibi  olan  hər  siyasətçinin  öz  silahlı  dəstələri  vardı,  Qarabağın 

starateji  cəhətldən  mühüm  rayonları,o  cümlədən  alınmaz  qala  sayılan  Şuşa  işğal 



278 

 

olunmuşdu və o biri rayonların işğal olunması zaman məsələsi idi,buna şərait yaranmışdı. 



Nəhayət, vaxtilə Milli qəhrəman nişanıyla təltif olunmuş Sürət Hüseynovu incitmişdilər və 

o  silahlı  dəstələriylə  yol  boyu  bir-bir  icra  hakimiyyətlərini  dəyişə-dəyişə  Bakının  üstünə 

gəlirdi,Bakıda isə bəzi başılovlular Gəncəni bombardıman etməyi təklif edirdi.Bəzi qonşu 

dövlətlərin  təhrikiylə  Şimalda  «Sadvalçılar”  fəallaşmışdı,  Cənubda  «Talış-Muğan 

respubilkası»    elan  olunmuşdu.Ermənistanla  ağır  müharibə  şəraitində  yaşayan  ölkə  eyni 

zamanda vətəndaş müharibəsinin ərəfəsindəydi,qardaş qanı axıdılmışdı. 

Mən  bu  məsələlərdə  Əbülfəz  Elçibəyin  nə  dərəcədə    şəxsən  məsuliyyət  daşıdığını 

deyə  bilmərəm,amma  hər  halda  bütün  bu  hadisələr  onun  Prezident  olduğu  dövrdə  baş 

vermişdi.  Və  o  özü  də,xalqın  əksəriyyəti  də  bu  bəlalardan  xilas  yolunu  yalnız  Heydər 

Əliyevin  köməyində  görürdü.Heydər  Əliyevin  məsələlərə  müdaxiləsini  nə  şəkildə 

görürdülər, deyə bilmərəm, hansısa yüksək vəzifənimi ona etibar etmək istəyirdilər yaxud 

sadəcə  onun  təcrübəsindən,məsləhətlərindən  faydalanmağı  düşünürdülər?  Bilmirəm.  Hər 

halda Heydər Əliyev Bakıya gəldi,Ali Sovetin sədri vəzifəsinə seçildi və qısa bir müddətdə 

ən təhlükəli məsələlərin qarşısını aldı. Bunu da kimsə dana bilməz. O günlərin ən qəribə 

hadisəsi  isə  Əbülfəz  bəyin  qəfilcən  Bakını  tərk  edib  doğma  kəndi  Kələkiyə  sığınması 

idi.Bu  gedişin  səbələrini  müxtəlif  cür  yozurlar,ən  müxtəlif  versiyalar  irəli  sürülür  bu 

barədə.Amma  hər halda mənimçün bu hadisə  indiyəcən  müəamma olaraq qalır. 

Yenə də şəxsi münasibətlərə qayıdaraq demək istəyirəm ki,Əbülfəz bəyin 1988-ci il 

martın 14 də,60 illiyim  münasibətiylə  mənə göndərdiyi  məktub  məniçün xoş bir sürpriz 

oldu.Əbülfəz Elçibəy yazırdı: 



Hörmətli Anar bəy! 

Sizi,  -Azərbaycan  ədəbiyyatı  və  incəsənətinin  görkəmli  xadimini  anadan  olmanızın 

60 illiyi münasibətilə təbrik edirəm! 

Siz  Azərbaycanın  Rəsul  Rza  və  Nigar  xanım  kimi  təmiz  ziyalı  ailəsində,xalqımızın 

keşməkeşli, mürəkkəb həyatını yaşayan bir ocaqda böyüyüb boya-başa çatmış,şəxsiyyət və 

yazıçı kimi formalaşmısınız. 


279 

 

Yeni  milli  təfəkkürün  formalaşmasında  60-cı  illər  nəslinin  öndərlərindən  biri  kimi 



ədəbiyyat  müzeyində,radioda,  «Qobustan»  toplusunda,Azərbaycan  Yazıçılar  Birliyində 

çalışdığınız  illərdə  yaradıcılığınızın  çoxşaxəli  və  zəngin  örnəkləri  Azərbaycana  yeni  ab-

hava,düşüncə və təsəvvür gətiirib. 

Rus-sovet  reciminin  yaratdığı  rəzalət,  totalitar  rejim  mənzərəsi,insan  haqlarına 

qarşı kəsgin  sənətkar etirazı,Sizin bədii yaradıcılığınızın mayasını təşkil edir. 

Azərbaycanın  milli-azadlıq  hərəkatı  tarixində  və  milli  dövlətçilik  şüurunun 

formalaşmasında Sizin bədii əsərləriniz müstəsna rol oynayıb. Eyni zamanda milli-azadlıq 

hərəkatında 

iştirakınız 

minlərlə 

insanıların 

oyanmasında,ziyalıların 

hərəkata 

qoşulmasında böyük rol oynamışdır. 

Siz  millət  vəkili  kimi  bu  gün  də  bu  mücadilələrdə  iştirak  edir,başçılıq  etdiyiniz 

mədəniyyət  komissiyasında  ölkənin  demokratikləşməsi,mədəniyyətimizini  yüksəlişi  üçün 

əlinizdən gələn hər şeyi edirsiniz. 

Bu  gün  Azərbaycanın  ümumilli  dəyərlərinin  formalaş-masında,Bütov  Azərbaycan 

uğrunda  hərəkatın  geniş-lənməsində,  Türk  dünyasının  iç-içə  bağlanmasında  Sizin 

gördüyünüz işlər, göstərdiiniz xidmətlər çox böyükdür. 

Mən  Sizin  Vətən,  Millət,  dövlətçilik  və  demokratiya  naminə  görəcəyiniz  böyük 

işlərə,milli həmrəylik yolunda atacağınız addımlara ürəkdən inanıram. 

Sizə  və  ailənizə  cansağlığı,  xoşbəxtlik,  yaradıcılığınızda,  fəaliyyətinizdə  yeni-yeni 

uğurlar arzulayıram. 

Hörmətlə 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin