Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə69/274
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2189
növüYazı
1   ...   65   66   67   68   69   70   71   72   ...   274
Əbülfəz Elçibəy 

Azərbaycan Xalq Cəbhəsi partiyasının sədri 



14 mart 1988  

 

Mənimçün çox qiymətli olan bu məktubun mətnini burda  verməyim kiməsə qeyri-

təvazökarlıq kimi görünə bilər,olsun.Özlərinri Əbülfəz bəyin davamçıları  sayan bəzi əhli 



280 

 

qələmlərin uzun illər boyu haqqımda yazdıqları rəzalətlərə ən tutarlı cavab mənim özümün  



yox,Əbülfəz bəyin haqq dünyasından gələn sözləridir. 

Əbülfəz  bəy  məndən  bir  neçə  ay  kiçikdir.Elə  həmin  il,  onun  altmış  yaşı  tamam 

olanrda  mən  də  ona  təbrik  məktubu  göndərdim  və  bu  məktub  «525-ci  qəzet»də  də, 

«Azadlıq» qəzetində də dərc edildi. 

 «Hörmətli 

Əbülfəz 

bəy! 

Sizi,xalqımızın 

milli 

şüurunun 

yetkinləşməsində,azadlıq,müstəqillik uğrunda mübarizəsində danılmaz xidmətləri olan bir 

şəxsi 60 illiyiniz münasibətilə ürəkdən təbrik edirəm. Əqidəsində sabit və əqidəsinə sadiq 

bir adam kimi Sizə böyuk hörmətim var. İnanclarınıza görə sovet rejimi illərində çəkdiyiniz 

cəfalar,cəzalar hörmətimi ikiqat artırır. Sizi ədəbiyyatı sevən,ona yaxından bələd olan bir 

alim  kimi  də  yüksək  dəyərləndirirəm.Böyük  şairimiz  Yunis  İmrə  haqqında  vaxtilə 

«Ədəbiyyat  qəzeti»ndə  dərc  etdirdiyiniz  məqalənizi,müxtəlif  müsahibələrinizdə  Rəsul 

Rza,Bəxtiyar  Vahabzadə,Xəlil  Rza  Ulutürk  haqqında,  «Qobustan»  dərgisi  haqqında,60-

cılar  nəsli  haqqınlda  fikirləriniz,60  illiyimdə  mənə  göndərdiyiniz  təbrik    məktubunuzu 

minnətdarlıqla xatırldayıram. Sizə uzun ömr,can sağlığı,səadət arzulayıram.  

Hörmətlə 

Anar  

«525-ci qəzet» 1998 23 iyul 



«Azadlıq» qəzeti 

 

Əbülfəz Elçibəyin ölüm xəbəri məni ürəkdən kədərləndirdi,Azərbaycan namuslu və 



fədakar  bir  insanını  itirmişdi.Yazııçılar  Birliyi  adından  verdiyimiz  başsağlığı  «Ədəbiyyat 

qəzeti»ndə ( 25 avqust 2000) dərc edildi. 

Neçə  illər  sonra  Türkiyənin  tanınmış  şairi    Yavuz  Bülənt  Bakilər  mənə  İstanbulda  

nəşr  olunmuş    «Elçibəy»  adlı  bir  kitab  bağışladı.Kitaba  Türkiyə  curnalistlərinin,siyasi 

icmalçılarının  Əbülfəz  Elçibəy  haqqınla  yazıları,onunla  görüşləri,söhbətləri  barədə 

xatirələri  daxil  edilmişdi.Kitabın  sonunda  Yavuz  Bülənt  Elçibəyin  vəsiyyətini  verir.Bü 




281 

 

vəsiyyəti ilk dəfə bu kitabda oxudum və o mənə dərin təsir bağışladı.Vəsiyyətdə yalnız çox 



ləyaqətli insanlara xas olan etiraf var.Əbülfəz bəy deyir: 

«Millətim  önündə  bəzi  xətalarım  oldu.  Bunları  düzəltmək  mümkün  olardı,amma 

qismət olmadı. Xalqım məni bağışlasın. Deyəcəklər ki,bu üzrü sağlığında istəməliydin.Tale 

belə rəıva gördü». 

Vəsiyyətində  Əbülfəz  bəy  yeddi  ildən  bəri  xərçəng  xəstəliyinə  tutulduğunu  və  

dostları nahaq yerə uzun zaman bunu ondan gizlətdiyini qeyd edir. 

«Bu xərçəng xəstəliyinə tutulduğumda çox şey öyrəndim, Sizlər bunu məndən daha 

öncə bilmənizə rəğmən üzüntü duymamağım üçün bunu məndən gizlətiniz, Ancaq mənə bu 

gerçəyi  söyləsəydiniz  daha    yaxşı  olardı.  Aradakı  zamanda  fikir  mübadiləsi  edərdik. 

Gələcəyin  milli  proqramının  ana  xəttlərini  hazırlardıq  Yeni  işlər  görmək  mümkün 

olardı.Nə isə…» 

Bu sözləri yalnız ölüm astanasında ölümün gözlərinə dik baxa bilən cəsur insan deyə 

bilərdi.Əbülfəz bəy ölümdən qorxmurmuş, çünki elə həmin vəsiyyətində dediyi başqa bir 

həqiqətə bütün qəlbiylə inanırmış:  



«Ruh  -  ölümsüzdür.  Millətini  sevənlərin  ruhları  da,  hər  zaman  millətlə  birlikdə 

olacaqdır». 

Mən də yazımı bu sözlərə inamımla tamamlayıram.  



Sentyabr 2009  

 

 




282 

 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin