Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə66/274
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2189
növüYazı
1   ...   62   63   64   65   66   67   68   69   ...   274
SABİT ƏQİDƏ SAHİBİ 

 

Əbülfəz  bəyə  hörmət  bəsləyirəm.Ona  görə  hörmət  bəsləyirəm  ki  əqidə 

adamıdır.Əqidəsinə sadiqdir və əqidəsində sabitdir. 

Əqidə  adamı  olmaq  nə  deməkdir?  İlk  növbədə  doğruluğuna  inandığın,uğrunda 

mübarizə  apardığın  əqidə  yolunda  hər  cəfaya,hər  sınağa,hər  əzab-əziyyətə  hazır  olmaq 

hünəri.  Əbülfəzin  ömür  yolu,taleyinin  çətin,ağır  ayları,illəri  əqidəyə  sədaqətin,etibarın 

bariz  örnəyidir.O,hər  hansı  təqib,təzyiq  nəticəsində  ya  da  şirnikləndirmə,şirin  vədlər 

əsasında  dediklərindən  dönən  adamlardan  deyil.  Bu  gün  gurultulu  sözlər  deyib  alqış 

qoparmaq,sabah bir balaca «xox» gələn kimi dönüb dediyinin tam əksini söyləmək mənəvi 

büqələmunların xislətidir. 

Xalqımızın gələcək inkişaf istiqaməti haqqında Əbülfəzin baxışlarıyla razılaşmaq da 

olar,bu  barədə  mübahisə  etmək  də,amma  öz  amalında,məsləkində    bu  adamın    tamamilə 

səmimi olmasına,heç bir təmənnalı ya keçəri məqsəd güdməməsinə şübhəm yoxdur.Milli 

oyanış  və    dirçəliş  ideallarına  inam    Əbülfəzin  qəti  demokratik  baxışlarıyla  heç  bir 

ziddiyyət  təşkil  etmir.O,Azərbaycanın  suverenlik  uğrunda  mübarizəsini  də,yürdumuzun 

gələcəyini  də  yalnız  və  yalnız  demokratiya  təməlində  görür  və  bu  məsələdə  mən  onunla 

tamamilə 

eyni 


mövqedəyəm. 

Milli 


müstəqillik 

ideyası 


 

yeni 


bir 

totalitarizmin,istibdadın,düşüncə buxovlarının hər hansı bir şəklində meydana çıxarsa - bu 

xalqı daha ağır bəlalara və məşəqqətə düçar edə bilər. Əbülfəzin «Azadlıq» qəzetində (24 

dekabr  1989)  dərc  olunmuş  müsahibəsində  bu  fikrin  ardıcıl  ifadə  olunması  ürəyimcədir. 

Həmin  müsihibədə  vicdanlı  ziyalılarımızın,yazıçılarımızın  demokartiya,  xalqın  mənafei 

uğrunda  mübarizələrdə  oynadıqları  rolun  qiymətləndirilməsi  də  ədalətin  və 

həqiqətin,insafın  və  obyektivliyin  nümunəsidir.Çünki  ziyalıları  ucdan  tutma  qaralamq, 

ləkələmək,onları xalqdan ayırmağa,araya nifaq saldmağa çalışmaq - yalnız «parçala hökm 

sür»,“ayır,buyur»  siyasətinə  xidmət  edir.  Bu  siyasəti  qəsdlə,bilərəkdən,məkrlə  həyata 

keçirənlər  də,ucuz  şöhrət  tamarzıları  da,tanınmış  adamlara  çaxır  atmaqla  tanınmaq 




275 

 

istəyənlər də az deyil.Əbülfəzin təmkinli,mülayim səsi çığır-bağırçıların haray-həşirindən 



daha gurdur və son nəticədə daha inandırıcıdır. 

Saatın,günün  verdiyi  qiymətlərdən  başqa  və  onlardan  daha  vacib  tarixin  verdiyi  

qiymətlər  də  var.Nə  yazıq  ki,siyasətçilərin  bir  parası  bu  böyük  həqiqəti  nəzərə 

almır.Əbülfəz bu həqiqəti yaxşı dərk edən adamlardandır. 

Mən ona çətin və uzun mübarizələr yolunda,tarixin ciddi sınaqları və çətin imtahanı 

qarşısında  müdrikliyini    və  təmkinini  qoruyub    saxlamağı  diləyirəm,səbr  və  sağlıq-

salamatlıq arzulayıram.  

13 may 1990 

 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin