Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə76/274
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2189
növüYazı
1   ...   72   73   74   75   76   77   78   79   ...   274
11 yanvar 2009  

 

ƏLVİDA  ÇİNGİZ  AĞA! 

 

Şair demişkən: «Yavaş-yavaş tərk edirik dünyanı». 

Çingiz  Aytmatov  -  çağdaş  zamanın  böyük  yazarı,qırğız  xalqının  və  bütün  türk 

aləminin  əzəmətli  övladı,Azərbaycanın    dostu,kitabıma  yazdığı  Ön  sözdə  özü  dediyi 

kimi,mənim «böyük qardaşım»  - dünyasını dəyişdi. 

Bundan  az  əvvəl  gözəl  rus  şairəsi  ,ədəbiyyatımızın  dostu  və  tərcüməçisi  Rimma 

Kazakova əbədiyyətə qovuşdu. 

Başqa bir ulu şair «nəslimin yarpaq tökmü»ndən yazmışdı. 

İnana  bilmirəm  ki,Çingiz  ağa  ilə  bir  də  görüşməyəcəm,ünsiyyətdə 

olmayacam,Moskvada  və  Bişkekdə,  Ankarada  və  İstanbulda    çeşidli  mövzularda 

söhbətləşməyəcəm. Əlbəttə,həmçinin, Bakıda. 



306 

 

Cəmi  bir  neçə  ay  əvvəl,o,  şəhərimizin  qonağı  olmuşdu.  Prezident  İlham  Əliyev 



qırğız yazıçısına Azərbaycanın yüksək ordenini təqdim etmişdi.Yazıçılar Birliyinin binası 

təmir edildiyindən  onun səksən illiyini Atatürk Mərkəzində keçirdik. Çingiz ağa gümrah 

idi,enerjili  idi,bir  çox  ölkə  və  şəhərlərdə  və  əlbəttə,öz  doğma  torpağında  keçirələcək  

yubeliy törənlərinə hazırlaşırdı.Bu il Çingiz Aytmatov ili elan olunmuşdu. 

O,bizi  bu  ilin  yarıyolunda  tərk  etdi.  İlini  qalan  yarısını  artıq  onsuz  yaşayacayıq. 

Eləcə də qismətimizə düşən ömür payının gələn illərini,onilliklərini. 

Başqa  yazıçılar,  bəlkə  daha  önəmliləri,    daha  azmanları  meydana  çıxacaq.  Lakin 

nəslimizin yaddaşında heç kəs  Ç.Aytmatovun yerini verə bilməyəcək. 

Biz ədəbiyyata qədəm qoyanda o artıq canlı əfsanə idi.  

«Əlvida,Gülsarı!», «Ağ gəmi», «Gün var əsrə bərabər» əsərlərini oxuyarkən,yalnız 

bədii  təsvir  qüdrətinə  deyil,qaldırılan  həyat  problemlərinin  misli  görünməmiş 

cəsarətliliyinə heyrətlənirdik. Sovet hakimiyyəti xeyli sərsəm  işlərə yol versə də,hər halda 

V.Şukşin,  V.Astafyev,  V.Rasputin,  Y.Trifonov  kimi  rus  yazıçılarını,  belorus  Vasili 

Bıkovu,  qırğız  Ç.Aytmatovu  dissidentə  çevirməməyə  ağlı  çatdı,  hərçənd  onların 

qaldırdıqları məsələlərin kəskinliyi, sovet gerçəkliyinin amansız həqiqətlərinin təsvirindəki 

sarsıdıcı  dəqiqlik  baxımından  heç  də  dissilent  sayılan,  gözümçıxdıya  salınan,  olkədən 

qovulan  yaşıçıların  əsərlərindən  geridə  qalmırdılar.  Əksinə,həmin  yazıçıları,o  cümlədən 

Aytmatovu  da  ən  yüksək  mükafatlarla  təltif  edərək,  geniş  çap  etdirərək  onların  sistemə 

qarşı olmadıqlarını dünyaya bəyan etmək istəyirdi.  

Özləri  mükafat,imtiyaz  tamarzısı  olan    paxılların  düşündüklərinə  rəğmən    heç  bir 

mükafat,heç  bir  fəxri  ad,orlen-medal    həqiqi  yazıçını,vicdanlı  ziyalınıı  öz 

əqidəsinə,sənətkar təibətinə,vətəndaş borcuna  - sərt reallığın şahidi və salnaməçisi olmaq 

vəzifəsinə xilaf çıxmağa vadar edə bilməz. 

Dayaz düşüncəli, kinli uğursuzlar sovet dövləti tərəfindən alınmış mükafatlara,fəxri 

adlara  görə  o  dönəmin  bütün  yazarlarını  hamılıqla,ucdantutma  qaralamağa  çalışarlar. 

Amma onu unudurlar ki,heç bir rəsmi ad, heç bir imtiyaz əsl sənətçinin yaradıcı məğzinə 




307 

 

zərrə  qədər  təsir  göstərə  bilməz..Çingiz  Aytmatov  da  öz  yaradıcılığında  ən  cəsur  və 



prinsipial sənətkarlardan idi. 

 Bəyan  edilirdi ki,«Azadlıq  özbaşınalıq  deyil»  -  bu  doğrudur, amma  icazəli  azadlıq 

da  tam  sərbəstlik  deyil  axı…Eləcə  də  rüsxətli  şücaət..  .Tamam  başqa  cəhətlər  tələb 

olunduğu illərdə Çingiz Aytmatov qururlu şəxsiyyət və azad sənətkar idi. «İcazəli cəsarət» 

dövründə cəsur olmaq - hünər deyil, sözünü sərbəst,müstəqil və müstəqim demək  böyük 

risqlə bağlı olan vaxt düşündüyünü düşündüyün kimi demək qat-qat daha çətindir 

Ulu  əcdadı  Manasın  vətəni  -  Talas  vadisində,  Şəkər  aulunda  doğulan,sonralar 

repressiyaya məruz qalmış valideynlərin övladı kimi çətin ömür yaşayan Çingiz Aytmatov 

zootexnik  kimi  təhsil  aldı,ama  fitri  istededadı  və  parlaq  şəzsiyyəti  sayəsində  yer  üzünün 

hər tərəfində çap olunan,oxunan,sevilən dünya şöhrətli yazıçı oldu. Aytmatovun 75 illiyinə  

yazdığım məqaləni «Biz də onunla fəxr edirik» adlandırmışdım. 

 Bu  gün  dünya  Atmatovun  itgisinə  acıyır-ağrıyır.  Biz  də  hüzn  içindəyik. 

Kədərlənirik,dərdlənirik,göynəm-göynəm göynə-yirik, amma bununla bərabər həm də fəxr 

edirik ki,o var idi,o, həm də bizim  idi.Bizim Çingiz Aytmatovumuz idi. 

 Əlvida,əziz Çingiz ağa. 

11 iyun 2008.  

«Ədəbiyyat qəzeti»  



20 iyun 2008 

 

 



 


308 

 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin