ANARIN SEVİNC TELMANQIZIYLA
«YENİ MÜSAVAT» QƏZETİNDƏ
DƏRC OLUNMUŞ MÜSAHİBƏSİNDƏN
-Sizinlə bağlı maraqlı məqamlardan biri də bütün siyasi hakimiyyətlərin dövründə
AYB sədri kimi qəbul olunmağınızdır. Yəni, həm Ə.Vəzirov, həm A.Mütəllibov, həm
Ə.Elçibəy, həm də N.Əliyev, İ.Əliyev sizi həm yazıçı, həm də AYB sədri kimi dəstəkləyib.
Bütün prezidentlərlə ortaq məxrəcə gələ bilməyinizin sirri nədədir?
-Rəhmətlik Kamran Bağırovu unutdunuz. Mən məhz onun vaxtında Yazıçılar
İttifaqının (onda belə adlanırdı) Birinci katibi seçilmişəm. Sualınıza gəldikdə isə əvvəla
məni yalnız ölkəmizə pəhbərlik edən şəxslər deyil, Azərbaycanda və dünyanın bir sıra
ölkələrində yüz minlərlə oxucum da yazıçı kimi qəbul edir. Heç bir rəhbərlə ortaq məxrəcə
gəlmək niyyətim olmayıb. Mənə hörmətlə yanaşanlara mən də hörmət etmişəm. Vəzifə
başında olanda razılaşmadığım məsələləri üzlərinə demişəm, vəzifədən gedəndən sonra isə
heç birinin dalınca danışmamışam. Mənə həvalə olunan bütün işlərdə - istər Yazıçılar
Birliyi olsun, istər Milli Məclisin Mədəniyyət komissiyası - vicdanla işləməyə və əlimdən
gələni etməyə çalışmışam. «Sirr» -budur.
“Yeni Müsavat” qəzeti
|