Cavab:Meydanda parlaq,ağıllı,məntiqli çıxışlar da olurdu,boş haray-qışqırıqdan
ibarət faydasız,bəzən hətta fitnəkar və zərərli çıxışlar da.Konkret çıxışları müqayisə edə
bilmərəm.Çünki əvvəla mitinqlərin çoxunda iştirak etməmişəm -- bu zaman SSRİ Xalq
deputatı kimi daha çox Moskvada olurdum. Yeri gəlmişkən onu da qeyd etmək istəyirəm
düşünülümüş) çıxışlarla bizim deputat korpusunun işini gözdən salmaq,bizə əsassız iradlar
tutmaqla deputatlarımızın fəaliyyətini inkar etmək təşəbbüsləri də olurdu.O vaxt ən çətin
355
şəraitdə Azərbaycan həqiqətlərini ölkə ictimaiyyətinə çatdırmaq,biganə,bəzən də düşmən
münasibət bəsləyən auditoriyada Azərbaycanın maraqlarını müdafiə etmək asan məsələ
deyildi,bir çox deputatlarımız bunu ləyaqətlə edirdilər və onlardan üçü - Tofiq
İsmayılov,Vəli Məmmədov,Vaqif Cəfərov - meydan natiqlərindən fərqli olaraq şəhid
oldu.Şair demişkən «Nələr etmədik bu vətən üçün,kimisi canın fəda etdi,kimisi nitq
söylədi»
Dostları ilə paylaş: