Sual: Azərbaycan xalqının ən ağrılı problemi heç şübhəsiz ki,Dağlıq Qarabağdır.Bu
problemin həllini necə görürsünüz?
Cavab: Bu prolminr həllində beynəlxalq təşkilatların,xarici ölkələrin(onların
sırasında dost ölkələr də var,düşmənlər də,laqeyd,biganə qalanlar da) rolunu danmasaq
da,hesab edirəm ki, Qarabağı yalnız özümüz,öz gücümüzlə qaytara bilərik. «Qonşuya ümid
olan
şamsız
qalar»
-
misalı
problemin
ən
dəqiq
düstürüdür.
Güclü olmaq heç də hökman müharibə etmək deyil. Amma güclü olmaq müharibəyə hazır
olmaq və bu savaşda mütləq zəfər çalacağına inamla bağlıdır. Ordumuz güclü olsa,xalqın
rifahı yüksəlsə,iqtisadi səviyyəmiz artsa, siyasi sabitlik pozulmasa, iqtidarla müxalifət heç
olmasa Qarabağ məsələsində dil tapsa,onda diplomatik danışıqlar masasında hamı,o
cümlədən rəqiblərimizz bizimlə hesablaşmalı olar. «Sülh istəyirsənsə müharibəyə hazır ol»
-fikri tamamilə doğrudur. Və daha bir ibrətamiz kəlam var: «Öz əsgərini
saxlaya(bəsləyə,təmin edə) bilməyən dövlət düşmən əsgərini saxlamalı (bəsləməli, təmin
etməli) olacaq.
Dostları ilə paylaş: |