Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından


Sual:  Azərbaycan  neftinin  respublikanın  siyasi  və  iqtisadi  dürümüna  nə  kimi  təsiri  var?  Cavab



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə91/274
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2189
növüYazı
1   ...   87   88   89   90   91   92   93   94   ...   274
Sual:  Azərbaycan  neftinin  respublikanın  siyasi  və  iqtisadi  dürümüna  nə  kimi  təsiri 

var? 

Cavab: XX əsrdə neft Azərbaycanın həm böyük sərvəti,neməti olub,həm də başının 

bəlası,bir çox fəlakətlərinin səbəbi. Böyük,güclü,harın dövlətlərin qara qızılımıza tamahları 

vətənimizin  taleyində  məşum  rol  oynayıb.Bu  gün  dünyanın  Azərbaycan  neftinə  marağı 

ölkəmizi müəyyən mənada başqa təcavüzkar iştahlardan sığortalayırsa,sayıqlığımızı bir an  

belə  əldən  verməməliyik.  «Neft  zənginliyimiz  bütün  problemlərimizi  həll  edəcək,  kimi 

arxayınlaşdırıcı və məhz elə buna görə də təhlükəli illyulyuziyalara qapılmamalayıq. 



Sual:  İqtidar-müxaliət  qarşıdurmasını  aradan  qaldırmaq,milli  həmrəyliyə  nail 

olmaq üçün hər iki tərəfdən hansı addımların atılmasını zərurui hesab edirsiniz? 

Cavab:İlk növbədə hər iki tərəf bir-birini real qüvvə imi qəbul etməli və bir-biriylə 

hesablaşmalıdır…Yazıçılar  arasında  belə  bir  lətifə  var,Stalinə  sovet  yazıçılarının  naqis 

cəhətləri  haqqında  xəbərçilik  edən  partiya  məmurana  Stalin:  nə  etməli,bunlarla 

işləməlisiniz,-deyib -mənim sizin üçün başqa yazıçılarım yoxdur. 

İqtidar müxalifətin hərəkətlərindən,bəyanatlarından narazı qala bilər,amma nə etməli 

ki,başqa müxalifətmiz yoxdur. Demokratik cəmiyyətdə isə müxalifətin labüdlüyü hər kəsə 

aydın olan həqiqətdir. Eyni zamanda müxalifət,iqtidarı bu gün Azərbaycanı idarə edən real 

qüvvə  kimi  qəbul  etməyə  məcburdur.Bu  mətləb  o  qədər  ciddi  və  vacibdir  ki,burada 

söz,ifadə,formula  çığallığına  yol  vermək  olmaz.  Ancaq  «muxalifətəm»  deyə  iqtidarın 

bütün  hərəkətlərinə  ağız  büzmək,bütün  addımlarını  mütləq  inkar  etmək  düz  deyil,çalışıb 

birgə  fəaliyyətin  mümkün  olduğu  sahələrdə,məsələn  Qarabağ  məsələsində  çiyin-çiyinə 

addımlamaq  lazımdır.  Müxalifət  iqtidarın  uğurlu  addımlarına  göz  yummamalıdır,iqtidar 

müxalifətin hər təklifini qapıdan qaytarmamalıdır. Bu iş birliyi Milli Məclisin fəaliyyətində 

əyani  şəkildə görünməlidir. Dövlət televiziyasında müxalifət və iqrtidar nümayəndələrinin 

dialoqlarının,sivil  diskussiyaların,mədəni  mübahisələrinin  təşkili    çox  mühüm 



361 

 

məsələdir.Şübhəsiz  ki,  bu  ideolo]i  və  siyasi  fikir  toqquşmaları  heç  vəchlə 



qeybət,şayiə,böhtan,təhqir səviyyəsinə enməməlidir. 

Demokartiya  binadırsa,onu  yalnız  bir  tərəfdən  tikmək,  ucaltmaq  olmaz.Bir  daşı 

iqtidar qoyursa bir daşı da muxalifət qoymalıdır. Muxalitfət:  «bu daşı iqtidar qoyub» deyə 

həmin  daşı  götürüb  atsa,iqtidar  «buranı  müxalifət  hörüb»  deyə  kərpicləri  yerindən 

dəbərtsə, demokratiya binası bir qarış belə yüksəlməyəck. 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin