Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə93/274
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2189
növüYazı
1   ...   89   90   91   92   93   94   95   96   ...   274
“İNAM” TELEFONU 

 

Son vaxtlar DQMV və Sumqayıt şəhərində baş vermiş hadisələr ətrafında cürbəcür 

söz-söhbət  və  şayiələr  meydana  gəlir.Bəzi  gənclər  qəzet,radio  və  televiziya  verilişləri 

vasitəsilə  aldıqları  məlumatlara  əlavə  olaraq  etibarlı  və  operativ  «məlumat  mexanizmi» 

yaradılmasını xahiş edirlər. 

Həmin  məqsədlə  «Azərbaycan  gəncləri»  və  «Molodyoj  Azerbaydcana»  qəzetləri 

redaksiyalarında «İnam» telefonu qoyulmuşdur.Martın 6-da «İnam» telefonuna ilk zənglər 

vurulmuşdur. Budur,bir neçə dialoq. 

-Deyirlər,Anarı çıxarıblar(Rüstəmov deyə özünü təqdim etdi) 

-Özünüz buna inanırsıız? 

-O,bizim iftixarımızdır,vicdanımızdır,belə şey ola bilməz. -  

-Görürsünüz?Yeri gəlmişkən,martın 14-də onun 50 yaşı tamam olur… 

 «Azərbaycan gəncləri» qəzeti  

8 mart 1988 

 

Qəribə də olsa o illərdə filoloji gəncliyin idealı Əbülfəz deyil,Anar idi.Biz dissident 



hərəkatını  o  vaxt  lazımınca  dərk  etmirdik.Dissident  xəyalatı  bizim  üçün  əlçatmaz,«o 

uzaq,yaşıl  ada»  kimi  bir  şey  idi.Mövqeyə  qaldıqda  məni  vətəndaşlıq  heysiyyəti  və  bu 

heysiyyəti  yazı  və  çıxışlarında  ifadə  etmək  bacarığı  cəlb  edirdi.Anar  bu  işin  öhdəsindən 

çox  yaxşı  gəlirdi,onun  mətbu  sözü  milli-mütərəqqi  rəyin  formalaşmasında  əsaslı  kömək 

edirdi.Məsələn,  «Cəzməyə  qürbət    ölkə»  adlı  yazısı  ilə  biz  əmin  olduq  ki,görkəmli 

ziyalılarımızın  mühacirət  odisseyası  olub  .Basmaqəlib  ustalarının,mədhiyyəçi    və 

bahariyyəçilərin zümzümələri ilə  «müqayisədə Anarın çıxışları əsl inqilab idi. Doğrudur, 

90-cı  illərin  ab-havası  üçün  tamam  yeni  şəxsiyyətlər,başqa  ünsiyyət  və  fikir  bahadırları 

tələb  olundu.  Mübarizə  də  düşüncələrdən  meydanlara  keçdi.  Anar  artıq  bu  ampulaya 

yaramırdı.  O,sovet  rejimi  ilə  mücadilələrdə  yorulmuşdu…Bəlkə  də    «Bayalstanın» 

dağılması,az  qala  hədiyyə  kimi  təqdim  edilən  müstəqillik  onun  üçün  də  gözlənilməz 




363 

 

oldu.Yeni mübarizə dalğası M.Hatəmi, X.Rza,Mənsur Əliyev, Nemət Pənahov və bu kimi 



liderləri ortaya çıxardı. 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin