Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə94/274
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2189
növüYazı
1   ...   90   91   92   93   94   95   96   97   ...   274
 Nazif Ələkbərli.  

«Biz həmişə zərərçəkən rolunda çıxış etmişik» 

 («Müstəqil qəzet» 10 mart 1993) 

 

ANAR:1988-ci  ilin  noyabrında  qulaq  sətəlcəmindən  xəstəxanada  yatdığım  zaman 



Meydanda gənclərin aclıq elan etdiklərini eşitdim,dərhal onlara məktubla müraciət etdim. 

Sonra bildim ki, Meydanda məktubumu Sabir Rüstəmxanlı oxuyub və izdaham tərəfindən 

coşquyla  qarşılanıb.Bu  epizod  Zaur  Məhərrəmovun  çəkdiyi  «Meydan»  filmində    əks 

olunub.Məktubun mətni də həmin filmdə səsləndiyi kimi kağıza köçürülüb: 

Mənim  əzizlərim,siz  tarix  qarşısında  xalqımızın  həm  dözümünü,səbrini,həm  də 

iradəsini,gücünü,birliyini  nümayiş  etdirirsiniz.  Bu  birliyi  göz  bəbəyi  kimi  qorumaq 

lazımdır. Araya nifaq salmaq,xalqın bir hissəsini başqasına qarşı qaldırmaq istəyənlərə,hər 

cür  fitnəkarlığa  yol  verməməliyik.  Gücümüz  yalnız  birlikdərdir.  Üzümü  Azərbaycanın 

mərd    övladlarına,açlıq  elan  etmiş  gənclərə  tuturam.  Sizin  igidliyiniz  daima  xalqın 

yaddaşında  yaşayacaq,Ancaq  siz  özünüz  də  yaşamalı,vətənimiz  yolunda  hələ  çox  faydalı 

işlər  görməlisiniz.Hamımıza  əziz  olan  Azərbay-canımıza  and  verib  sizdən  aclığı 

dayandırmağı xahiş edirəm.Bundan yüksək and ola bilməz. And verirəm sizə, müvəqqəti 

də olsa.aclığı dayandırın.Tələblərinizin,tələblərimizin icra olunma müddəti insan bədəninin 

aclığa tab gətirmək möhlətindən qat-qat uzundur.Siz də mübarizəni davam etdirmək üçün 

sağ  və  salamat  olmalısınız.Bütün  meydanda  toplaşanları  bir  daha  ürəkdən 

salamlayıram,Xaldqımızın  gücünə,  ağlına,  qeyrətinə,  birliyinə  inanıram.Bütün 

iztirablardan başıuca,üzüağ çıxan Azərbaycan xaldqına eşq olsun.Anar. 

 

*** 



Bu  gün  cəmiyyətdə  yazıçının  rolu  xeyli  ucuzlaşıb.  Şoumen  yazıçılar  meydana 

çıxıb,amma  ağır  taxtalı,ağır  çəkili  yazıçılar  da  var.Sizi,Anar  müəllim  mən    ağır  çəkili 




364 

 

yazıçı  sayıram  və  Lixaçovla  muqayisə  edirəm.  Onun  rus  mədəniyyəti  üçün  etdiyini  Siz 



Azərbaycan mədəniyyəti üçün edirsiniz.Mən sizinlə dəfələrlə görüşmüşəm,amma indi bir 

epizodu  xatırlatmaq  istərdim.  90-cı  illərdə  cəmiyyətin  həyatında  çox  ağır  dövr  idi,mən 

təşəbbüs  qrupunun  tərkibinə  düşmüşdüm  və  biz  gərginliyi  azalda  biləcək,kütləni 

sakitləşdirməyi  bacaracaq  bir  adam  axtarırıq,biz  Sizi  axtarırdıq.  Mən  xəstəxanaya  Sizin 

yanınıza  gəldim,  üzünüz  sarıqlı  idi,deyəsən,qulağınız  sətəlcəm  olmuşdu.Dediniz 

ki,hərarətim  var,  gedə  bilməyəcəm,amma  axşam  artıq  Meydanda  idiniz.  Öz  sözünüzü 

dediniz və beləliklə biz ortaya çıxacaq bir çox problemlərdən qurtardıq.Sizin kimi adamlar 

az danışır,amma düz danışır.Belə adamlar yalnız millətin sifəti deyil,həm də onun qeyrəti 

və vicdanıdır. 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin