yaxın və uzaq qonşularla münasibətlərində bügünkü müstəqil siyasətini davam
etdirməlidir. Daxilində isə yalanla, riyakarlıqla, ruşvətxorluqla,əliəyriliklə, yerlibazlıqla
bilsək,mədəniyyətimizə,elmimizə, təhsilimizə, idmanımıza daha çox diqqət və qayğı
göstərilsə,dünyada tanınacağıq da, layiqli yerimiz də olacaq. Heç olmasa mənəvi və
mədəni qazanclarımızı,əldə etdiklərimizi qoruyub saxlaya bilək, yarımçıqların ağzıyla
360
havaya sovurmayaq,maddi imkansızlıq ucbatından dağıdıb tar-mar etməyək.Bütün bunları
bacarmasaq Azərbaycanı - bizdə banan bitməsə də -banan respublikalarının sırasında
görəcəklər.
Dostları ilə paylaş: