354
MEYDAN
«XX1 İYİRMİ BİRİNCİ».
Gənclik dərgisinin suallarına Anarın cavabları
Sual:
Sizə görə meydanın ən unudulmaz günü?
Cavab: Mən 1988-ci ilin fevralında indiki Azadlıq meydanında başlanan,sonra da
eyni gündə indiki Prezident Aparatı binası qarşısında davam edən mitinqlərin hər ikisində
çıxış etmişəm. Dəqiq tarixi yadımda olmasa da bu günü unudulmaz sayıram,çünki Sovet
rejimi illərində ilk dəfə məhz bu gün xalq yuxarılardan təşkil edilmiş bir toplantıda
deyil,öz iradəsiylə,öz təşəbbüsüylə, Qarabağa erməni iddialarına və Topxana meşəsindəki
erməni özbaşınalığına etiraz səsini ucaltmaq üçün bir araya gəlmişdi. Bu bəlkə də
Meydanın ən təmiz,saf günüydü,çünki xalqın təbii özünüifadəsini,səmimi axınını öz
maraqları üçün və öz istədikləri məcrasına yönəldən qüvvələr hələ arada yoxdu,hələ
məsələyə girişməmişdilər. Sonralar daha izdahamlı,daha gərgin,daha çoşqun mitinqlər də
oldu,yeddi-səkkiz dəfə mən də bu mitinqlərdə iştirak və çıxış etdim,amma mənim üçün ən
önəmlisi məhz bu ilk mitinq günüdür.O gün - xalqın siyasi,ictimai,milli şüurunun tamamilə
yeni müstəviyə qalxmasının başlanğıcı idi.
Dostları ilə paylaş: