Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə83/274
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2189
növüYazı
1   ...   79   80   81   82   83   84   85   86   ...   274
Tərtibçilər 

 

Sov.İKP  MK  TƏBLİĞAT  ŞÖBƏSİNƏ  «Azərbaycanfilm»  kinostudiyasının  bədii 



şurasının  üzvü  və  Azərbaycan  kinematoqrafçılar  İttitfaqı  kinodramaturgiya  seksiyasının 


337 

 

sədri  kimi  mən  elmlər  namizədi,  SovİKP  üzvü  S.Ayvazyanın  SovİKP  MK-nın  təbliğat 



şöbəsinə Qaçaq Nəbiyə həsr olunmuş film haqqında məktubunun surətiylə tanış oldum. 

S.Ayvazyanın  məktubu  o  qədər  ikrahedicidir  ki,  mənim  bir  kommunist,  yazıçı  və 

kinematoqrafçı kimi borcum - Sov.İKP MK-nın eyni şöbəsinə müraciət etməkdir.Mən mat 

qalımşam  ki,məktuba  Sov.İKP  üzvü  və    elmlər  namizədi  kimi  imza  atmış  adam  qonşu 

xalqın tarixi şəxsiyyətinə bu cür çirkab ata  bilər. Qaçaq Nəbi bizim xalqın iftixarıdır və 

uşaq  yaşından,məktəb  illərindən  onun  adı  hər  kəsə  bir  qəhrəman  adı  kimi  bəllidir.Real 

tarixi şəxsiyyət olan Qaçaq Nəbini xalqımız öz himayədarı və arxası kimi poetikləşdirmiş, 

bədii obraza çevirmişdir, onun haqqında dastan və nəğmələr qoşmuşdur. 

Belə  bir  qəhramanı  S.Ayvazyan  vicdansızcasına  quldur,başkəsən,  qəddar 

adlandıraraq  yalnız  onu  deyil,ümumiyyətlə  Azərbaycan  xalqını  təhqir  edir,çünki 

S.Ayvazyana  qalsa  Azəbaycan  xalqı  məhz  quldura  və  başkəsənə  dastan  və  qəhrəmanlıq 

mahnıları həsr edə bilərdi.Əslinə qalsa S.Ayvazyanın Azərbaycan xalqına munasibəti də, 

yumşaq desək qəribədir. Onun fikrincə belə bir xalq ümumiyyətlə yoxdur.Qafqazın bütün 

xalqlarının  adlarını  sadalayarkən    Azərbaycanlıların  adını  belə  çəkməmək  yalnız  tarixa 

qarşı deyil,SSRİ Konstitusiyasına qarşı da təxribatdır. 

 

S.Ayvazyanın məktubu bir də ona görə təhlükəlidir ki, örnək ola bilər  -- bir xalqın 



nümayəndəsi  öz  subyektiv,  məhdud  milli  maraqlarından  çıxış  edərək  başqa  bir  xalqın 

tarixinə, ədəbiyyatına, folkloruna əl uzada bilər. 

S.Ayvazyanın Azərbaycan xalqının tarixinin qəhrəmanlıq səhifəsini ləkələmək cəhdi 

sovet  adamlarının  beynəlmiləlçi  ruhda  tərbiyəsinə  ziyan  vura,  keçmişin  mütərəqqi  irsinə 

hörmətlə yanaşmağa xələl gətirə bilər.      

ANAR  

Yazıçı, Əməkdar incəsənət xadimi, 

Azərbaycan SSR Dövlət mükafatı laureatı  

2 iyul 1983 

(5 səhifəlik məktub ixtisarla verilir) 



338 

 

P.S. Qarabağ    konflikti  başlanmasından  bir neçə  il qabaq  Suren  Ayvazyan adlı  bir 



nəfər SovİKP MK-ya studiyamızda haqqında film çəkilən Qaçaq Nəbinin adına hədyanlar 

yazmışdı.Bunu  eşidən  kimi  mən  də  S.Ayvazyanın  əlində  dəstəvuz  etdiyi  yalançı  faktlar 

barədə  Sov.İKP  MK-ya  məktub  yolladım.Üstündən  bir  az  ötəndən  sonra  o  zaman  bizim 

MK-da  işləyən  rəhmətlik  Qəşəm  Aslanov  məni  dəvət  etdi  və  dedi  ki,  sənin  məktubun 

Sov.İKP  MK-ya  çatıb,  ona  münasibət  yaxşıdır.  Qaçaq  Nəbi  haqqında  film  ekranlara 

buraxılıcaq.  Qəşəm  bu  sözləri  də  əlavə  etdi:  «Ancaq  unutma  ki,  Sov.İKP  MK-nın  səınin 

məktubun ünvanlanan şöbəsində on altı erməni işləyir. Onlar bunu nə vaxtsa sənin yadına 

salacaqlar». Qəşəmin sözü düz çıxdı. 

 (Anar. «Gecə düşüncələri»ndən.Əsərləri 3- cü cild) 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin