Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə81/274
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2189
növüYazı
1   ...   77   78   79   80   81   82   83   84   ...   274
DURNA  YOLU 

 

Böyük 


sənətkarlar 

yalnız 


ömürləri 

boyu,yaşadığı 

illərdə 

insanlara 

yaxşılıq,xeyirxahlıq etmir. Dahilərin adı, irsi, xatirəsi, işığı ölümlərindən çox əsrlər sonra 

da neçə-neçə nəsilləri isidir, qoruyur,onlara hayan olur, ən çətin vaxtlarda belə heç olmasa 

bir neçə günlük,bir neçə saatlıq bəxtiyarlıq bəxş edir.  

Füzuli belə sənətkarlardandır. Onun işığı uzaq ulduzların ziyası kimi illəri,yüzilləri 

yarıb  bizə  çatır,  tənhalıq,  yalqızlıq  səhralalarında  həmdəmimiz,  həmdərdimiz  olur,  bizi 

harasa çağırır, harasa - daha ülvü, daha pak, daha rahat bir dünyaya aparır. İraq səfərinə 

Füzüli işığında, Füzuli ruhunun sorağıyla çıxmışdıq. Bu tədbirin yüksək səviyyədə keçməsi 

üçun  İraq  xalqına,İraq  dövlətinə,nüfuzlu  nümayəndə  heyətimizin  iştirakını  təmin  etdiyi 

üçün  Azərbaycan  hökümətinə  minnətdarıq.  Amma  ən  böyük  minnətdarlığımız  Füzulinin 

özünədir.  İranın  və  İraqın  çətin  yorucu  yollarıyla,  fədakar  sürücülərin  idarə  etdiyi  nasaz 

avtobuslarla  çıxdığımız  səfərlərdə,  səhraların  qızmarlarında,  dağların  dolamalarında, 

təhlükəli keçidlərdə bizi  qoruyan, qəlbliərimizi görüş intizarıyla döyündürən Füzuli ruhu, 

Füzuli  həsrəti  idi.  Bu  məramla,  bu  arzuyla  əfsanələr,  nağıllar,  min  bir  gecələr  şəhəri 

Bağdada gəlib çatdıq. 

 Füzuli  ruhu  bələdçimiz  oldu  -  İslam  dünyasının  müqəddəs  torpaqlarını  - 

Kərbalanı,Nəcəfi,  Kufəni  gördük,milyonlarla  zəvvarın,biçarə  Məmmədhəsən  əmi  kimi 

minlərlə  nakam  insanların  ümid,pənah,təsəlli  tapınağı  olan  məzarları    -  Həzrət 

Əlinin,İmama Hüseynin,Həzrət Abbasın,şəhid imamların məzarlarını ziyarət etdik. 

Qədim Babilin və Mədainin xərabələrini seyr etdik.Qayıdan baş Ərdəbildə Şeyx Səfi 

məqbərəsində Şah İsmayılın qəbri üstündə böyük Xətayini,Təbrizdə Şairlər məqbərəsində 

Şəhriyarı yad etdik. 

Kərbalada Füzuli məzarı önündə ehtiramla baş əydik. 

Uzun müddət Bakıda Füzulinin qəbri haqqında müxtəlif şayiələr gəzirdi. İndi yüzdən 

artıq nümayəndənin tanıqlığı ilə, foto, kino və video kameraların təkzibolunmaz şəhadəti 

ilə bu məzarın vəziyyəti haqqında tam həqiqəti bəyan edə bilərik. Füzuli İraqın qüdsal bir 



327 

 

parçasında, İmam Hüseyn türbəsi kompleksinin girişində, sağ əldə,kiçik bir hücrədə dəfn 



olunub. Qəbrin üstündə mərmər sinə daşı qoyulub,divardakı lövhədə şairin adı yazılıb. 

Dorğrudur, məzarların üzərində möhtəşəm türbələr, sərdabələr ucaldılmış şairlər də 

var.Amma  mən  nədənsə  Füzulinin  sadə  qəbrini  görəndə  onun  dahi  əsrdaşı  Şekspirin 

London  kilsəsində  yerləşən  sadə  sinədaşını  -  tək  bir  sinədaşını  -  xatırladım.Dahiləri 

məzarlar bəzəmir.Dahilər məzarları bəzəyir. 

Sentyabrın  15-dən  25-nə  qədər  yüksək  səviyyədə  keçirilən  Füzuli    festivallarında 

dahimizin  İraq  şari  adlandırılması  ilk  öncə  hamımızı  bir  qədər  sarsıtdı.  Amma  onu  da 

düşünürük ki, bütün ömrünü İraqda yaşayıb-yaratmış, bürda dəfn olunmuş Füzuliylə İraqın 

öz şairi kimi fəxr etməsi təbiidir. Əlbəttə, Füzuli xalis türkdü, ruhu, dili, təfəkkürü, sənət və 

gözəllik  anlayışları  ilə  türkdü.  Ərəbcə,  farsca  gözəl  əsərlər  yaratsa  da  ədəbiyyat  tarixinə 

əsasən türk dilində yazdığı şah əsərlərlə daxild olub.Həm də bu dil Azəri türkcəsidir - Fuad 

Köprülüdən  üzü  bəri  görkəmli  Türkiyə  araşdırmaçıları  bu  həqiqəti  elmə  sədaqət  və 

nəcibliklə təsdiq  edirlər.Elm  bunu  da  təsdiq  edir ki,heç bir  şair  Azərbaycan  ədəbiyyatına 

Füzuli  qədər  təsir  göstərməyib.Odur  ki,  Bağdadda  Füzulini  «böyük  İraq  vətəndaşı,böyük 

Azərbaycan şairi» adlandırdığımda bu ifadə hamı tərəfindən qəbul olundu. 

Nümayəndə  heyətimizin  rəhbəri  yazıçı  Elçinin  açılışda,şairlərimizin  şeir 

gecəsində,alimlərimizin  elmi  konfransda  çıxışları,əlvan,rəngarəng  konsert  proqramımız 

Füzuli bayramına toplaşanlar tərəfindən hərarətlə qarşılandı. 

İraq  üç  il  bundan  qabaq  Azərbaycanın  müstəqilliyini  tanıyan  ilk 

dövlətlərdəndir.Bakıda  İraq  səfəratxanası  var  və  bildiyimə  görə  Bağdadda  da  yaxın 

zamanlarda  Azərbaycanın  səfiri  olacaq.Amma  Azərbaycan  -  İraq  əlaqələrinin  tarixi  illər 

deyil,əsrlər,minilliklərlə  ölçülür  və  beş  yüz  ildir  ki,Məhəmməd  Süleyman  oğlu  Füzuli 

Azərbaycanın İraqda və İraqın Azərbaycanda səlahiyyətli və əbədi elçisidir. 

Füzuli  həm  də  İraqda  yaşayan,özlərini  türkman  adlandırsalar  da  eynən  bizim  kimi 

Azəri  türkcəsində  danışan  milyondan  artıq  insanın  fəxri,hamisi,güvənc  yeridir.Kərkükə 

gəldikdə dünyada küçələrini tərcümansız dolaşa bildiyimiz,adamlarıyla tərcüməsiz danışa 

bildiyimiz  daha  bir  doğma  şəhərdə  olmağımızın  bəxtiyarlığını  duyduq.Kərkükün  min 



328 

 

tamaşaçı tutan,ağzınacan dolu,iynə atsan yerə düşməyən salonunda artistlərimizin ifasında 



Azəri  musiqisi,Azəri  sözü  səsləndikcə  bitib-tükənməyən  alqışlar  bu  bəxtiyarlıq  hissinin 

qarşılıqlı olduğunu göstərirdi. 

Böyük  iftixar  hissi  ilə  Azərbaycan  Yazıçılar  Birliyinin  üzvlük  biletlərini  İraq 

türkmanlarının  görkəmli  alimi  Ata  Tərzibaşıya  və  Füzuli  bayramını  keçirmək  üçün  çox 

işlər görmüş şair Əbdüllətif Bəndəroğluna təqdim etdik. 

İraqa Füzuli səfərimiz bəzi köhnə həqiqətləri bir daha isbatladı: Sözə sərhəd yoxdur. 

Sənət siyasətdən güclüdür,şeir tarixi də,zamanı da,məsafələri də yeməyə qadirdir. 

Bu gün Azərbaycanımız da,İraq da çətin günlərini yaşayır. Azərbaycanın torpaqları 

işğal  olnub,gözəlimiz  Şuşa  əsirdir,qaçqınlarımız  çöllərə-çadırlara  səpələnib.İraq  blokada, 

özlərinin təbirincə «hasar» içindədir. Bakı-Bağdad birbaşa uçağı ilə qət edə biləcəyimiz iki 

saatlıq  yolu  iki  gecə-gündüz  avtobuslarla  getməli  olduq.Təqvimlə  yayın  bitdiyi,  payızın 

girdiyi gün vətənə sarı yola çıxdıq.Payızı yollarda qarşıladıq. 

Payızda durnalar Gənuba uçur. Əsrlər boyu Azərbaycan şairləri bu qədər uzaq və bu 

qədər  yaxın  «Bağdad  elinə»  salamlarını,  nişanələrini,  ismarıcları    durna  qatarlarıyla 

yollayıblar. Durnalar nə blokada tanyır, nə embarqo, nə hasar, nə sərhəd. Azərbaycandan 

qanadlanan  durnalar  yaralı  Qarabağın  üstündən  uçur,  min  dəfə  vəsf  olunub,  min  dəfə 

lənətlənmiş  Arazın  üstündən  uçur,  Xətayinin,  Şəhriyarın  məzarlarının  üstündən  uçur  və 

salamımızı, 

sevgimizi, 

ağrı-acımızı, 

qürurumuzu, 

sevincimizi, 

dərdlərimizi, 

şikayətlərimizi,  ümidlərimizi  və həsrətlərimizi  Füzuliyə  «əsiri-möhnəti  Bağdad» olan ulu 

həmdərdimizə yetirir. 

Durna yolu - sənətin, sözün, şeirin də yoludur. Sərhədsiz əbədi bir yol. Füzuli yolu… 



27 sentyabr 1994  

 

 



 

 



329 

 

 



 

 

 



 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin