partiyası bu tarixi səbəblərdən yaranmışdır.
Xatirələrinin başqa səhifələrində Nağı bəy 1917-1920-ci il hadlisələrindən söz açır.
1917-ci il rus inqilabının Qafqaziyada əks-sədası, ilk müstəqil Azərbaycan
Cümhuriyyətinin qurulması Nağı bəyin təsvirində kitablara, qəzetlərə, sənədlərə əsaslanan
tarix deyil, onun özünün iştirakçısı və şahidi olduğu hadisələrin canlı, konkret
salnaməsidir.
Azərbaycan Cümhuriyyətinə Türkiyənin yardımını təmin etmək üçün Türkiyəyə
göndərilən Nağı bəy oradakı yüksək hakimiyyət dairələrində Tələt Paşayla, Ənvər Paşayla
görüşlərindən maraqlı, bu gün üçün də ibrətamiz olan faktlar gətirir. Həmin vaxtda
Türkiyədə olan məşhur publisistimiz Ömər Faiqlə fikir ixtilafları, mübahisələri və sonda
hər ikisinin eyni bir qayə yolunda birləşərək səmimi münasibətləri haqqında səhifələri
həyəcansız oxumaq mümkün deyil.
Kitabda «Azərbaycan Cümhuriyyətinin süqutu səbəbləri» adlı bir fəsil də var.
Müəllif Nəsib bəy Yusifbəyli ilə görüşlərindən,o cümlədən son görüşlərin-dən də ətraflı
danışır, bu görkəmli dövlət xadiminə yüksək qiymət verir. O, yazır:
«Nəsib bəy mərhum, məşhur İsmayıl bəy Qasparalının qızı Şəfiqə xanımla
evlənərək ailə qurmuş və bir müddət Baxçasarayda qalaraq «tərcüman» qəzetini idarə
etmişdir. Nəsib bəy qəzetçilikdən başqa «Təslim» adlı mövzusu əsgi üsul məktəb
müəlliminin məğlubiyyətini hekayə edən məfkurəvi bir roman da yazmış, Azərbaycan
ədəbiyatında dəxi bir iz buraxmışdır».
Kitabın bir fəsli gürcülərlə münasibətlərimizə, bir fəsli ermənilərlə
münasibətlərimizə həsr edilmişdir.
Doğrusunu deyim ki, Nağı bəy Keykurunun kitabında ulu babam Ələkbər bəy
Rəfibəyli haqqında verilən qiymətli məlumatlar, onun böyük hörmətlə yad edilməsi məni
fərəhləndirir və qürurlandırır. Nağı bəy yazır:
«Ələkbər bəy 70 yaşlarında uzun boylu, gen kürəkli, sərt baxışlı, ağıryana,
açıqsözlü, məntiqli və ölçü ilə danışan, mədəni, cəsarət sahibi və möhtərəm xalq xadimi
311
idi. Bütün milli məsələlərimizin müdafiəsini o, öz üzərinə almışdı. Eyni zamanda
Azərbaycan tarixində şah əsərlər yaradan «Difai» firqəsinin fəxri rəisi idi. Bütün xalqımız
kimi düşmənlərimiz də onunla razılaşmaq məcburiyyətində idilər».
Uzun illər həqiqi xidmətləri və işləri gizlədilmiş, ört-basdır edilmiş babalarımın
fəaliyyətləri haqqında aşkarlanan hər bir fakt, hər bir məlumat mənimçün son dərəcə
qiymətlidir. Yeri gəlmişkən, bu günlərdə tanış ola bildiyim başqa bir kitablda da Ələkbər
bəy haqqında sözlərə rast gəldim. Türkyiyədəki Azərbaycan mühacirlərindən Hüseyn
Bayqaranın «Azərbaycan istiqlal mücadiləsi tarixi» adlı kitabınlda (İstanbul.1975) Ələkbər
bəy haqqında bu sözlər yazılıb:
«Ələkbər bəy Rəfibəyli Gəncənin tanınmış ailəsindən olan Həsən bəyin oğludur.
Qabaqcıl görüşlü və açıqfikirli adam olan Həsən bəy o dövrdə xalqın mütəəssib və fanatik
dindar durumuna baxmayaraq, oğlunu Gəncədə rusların açmış olduğu progimnaziya adlı
məktəbdə oxutmsuşdur. Bu məktəbi bitirən Ələkbər bəy müxtəlif dövlət vəzifələrində
çalışdıqdan sonra Ağdaş qaymaqamlığından təqaüdə çıxmışdır. Bundan sonra Ələkbər bəy
bütün ömrünü və enerjisini yurdu və xalqının mədəni, ekonomik,sosial və politik
qalxınmasına həsr etmişdir. həm məmur olduğu zaman və həm də təqaüdçü olduqdan sonra
hərəkətlərində çox dürüst və mərd davranışıyla Ələkbər bəy xalqın nəzərində bir rəhbər
möbveyi qazanmış və hər zaman sayılmış, sözü eşidilmiş və keçmişdir. 1920-ci ildə rus
bolşevikləri Azərbaycanı işğal etmədən 2-3 ay öncə 80 yaşında Gəncədə ölmüşdür. Gəncə
qızıl ruslar tərəfindən işğal edildiyi zaman Ələkbər bəyin oğlu Gəncə valisi olan doktor
Xudadat bəy Rəfibəyli güllələnmişdir. Ələkbər bəyin çağdaşlarından eşitdiyim
məziyyətlərini saymaqla bitməz. Vətənpərvər xalq lideri imiş, milli mübarizənin
yürüdülməsini öz üzərinə almış və Gəncə xalqına olduğu qədər Azərbaycan xalqına çox
xidmətlər göstərmişdir. Gəncədə «Difai» firqəsi qurulduğu zaman firqənin başçılığını
üzərinə almış və yuxarıda dediyimiz kimi Gəncədə ermənilərə qarşı üstünlük qazanan
savaşı cəsarətlə idarə etmişdir. Sovet rus idarələri belə azəri xalq qəhrəmanlarının adlarının
unudulması üçün əllərindən gələni etməkdədirlər. Bu səbəblə Azərbaycanda Ələkbər bəy
312
kimi yüzlərcə kişilərin xatirələri adsız şəhidlər arasına qatılmış və qeyb olmuşdur»
(göstərilən əsər.səh. 136)
Nağı bəyin kitabında maraqlı məqamlardan biri onun cümhuriyyət hökumətində
əks-kəşfiyyat idarəsinin rəisi vəzifəsində işlədiyi dövrlə bağlı xatirələridir. Onun lavrenti
Beriyayla münasibətləri sovet siyasətinin bəzi cəhətlərinin aydınlaşdırılması baxımından
xüsusi əhəmiyyətə malikdir.
«Kitabın «Beriya» adlı fəslində Şeyxzamanlı yazır:
«Beriyanı «Hümmət» partiyasının tövsiyyəsi ilə işə götürmüşdüm. O vaxt bizim
sərhədlərimizi təhdid edən çar generalı Denikin idi. Geneal rus çarının saxlanması üçün
vuruşurdu. Beriya bir sosialist kimi çar rejiminin əleydarı idi. Bizim işimizə yarayacağını
bildiyimdən qəbul etmişdim. O son dərəcə məsuliyətli bir işçi kimi görünürdü. 21 yaşı
vardı.o Onu senzura şöbəsinə götürdüm».
Nağı bəy xatırlayır ki, bir gün Beriya əsəbi halda yanıma gəldi. Əlində bir məktub
vardı.məktubu çox gənc bir rus oğlan bakıya anasına yazmışdı, Beriyanın ələ keçirdiyi
məktubda gənc oğlan yazırdı ki, çox yaxın günlərdə rus ordusu zəfərlə Bakıya daxil
olacaq. şəhərdə təmizlik aparılacaq(yəni qırğın törədiləcək). Bütün şəhərin binaları iki başlı
qartal bayrağımızla bəzəniləcək. çox keçmədən Tiflisdə də gürcü bayrağı əvəzinə rus
bayrağı dalğalanacaq. Məktubda oğlan on beş gündən sonra onu Bakıya gətirəcək gəminin
adını da yazıbmış. Beriya xahiş edir ki, bu tələbəni qarşılamaq ona tapşırılısın. Nağı bəy
razılıq verir və on beş gündən sonra Beriya tələbəni gəmidə tutub idarəyə gətirir. Saralıb
solmuş 17 yaşlarında arıq bir rus oğlan içəri girir, qorxudan az qala yerə yıxılacaqmış.
Nağı bəy oğlanı sorğu-suala tutur. Amma oğlanın cavab verəcək halı qalmayıbmış.
Qorxudan o qədər ağlayıbmış ki, yenidən ağlamağa da gücü yoxmuş. Nağı bəy çöldə
gözləyən iki rus qadınını -oğlanın anasını və bacısını içəri çağırır. İçəri girən kimi ikisi də
ayaqlarına sərilirlər. Anası:var-yox bircə oğlumu öldürməyin - deyə yalvarır, qız da
«qardaşımı bizə bağışlayın» -deyir. Nağı bəy onlara :ağlamayın və məni dinləyin -deyir -
madam ki,oğlun uşaqdır, biz də vəhşi deyilik. Qorxmağa səbəb yoxdur, gedin və
313
hazırlaşın, üç gündən sonra bura gələrsiz. Sizə oğlunuzu da verərəm və hamınızı gəmiylə
rusiyaya göndərərəm,
Nağı bəy belə də edir və Beriya onun bu hərəkətini qəti şəkildə bəyənmir, «Nağı
bəy-deyir-sizin ruslara qarşı düşmənçiliyiniz çox zəif imiş. Siz o ilan balasını cəzasız necə
buraxdınız?». Nağı bəy cavabında: Beriya, mən də səni bu qədər rəhmsiz və qəddar
bilməzdim- deyir- sənin haqqında aldığım məlumata görə, sən məktəbdə oxuyarkən öz
yoldaşlarına böyüyəndə Amerikaya gedib qanqster olacağını söyləmişdin. Demək, belə ruh
daşıyırsan. Beriya, axı oğlan ki uşaqdır, hissiyata uymuşdur».
Hadisələr başqa məcrada inkişaf edir, bolşeviklər Denikin ordusunu yenildəndən
sonra özləri Azərbaycana təhlükəyə çevrilir və elə bu vaxtda Beriya aradan çıxır. Onu çox
axtardıqlarına baxmayaraq tapa bilmirlər və başa düşürlər ki, artıq Azərbaycandan çıxıb
gedib. İki ay ərzində onun maaşını anasına göndərirlər.
Nağı bəy xatirələrinə davam edir: Azərbaycanın bolşeviklər tərəfindən işğal
olunmasından sonra mən Gürcüstana keçmişdim. O vaxt gürcü hökuməti menşevik olaraq
bolşevikləri təqib edirdi. Bir xəstəxanada Beriya ilə təsadüfən qarşılaşdım. Beriya məni
görüb yaxınlaşdı və salamlaşdı. Ancaq hiss etdim ki, mənimlə görüşməkdən razı olmamış
və bir az da qorxmuşdu,
«Beriya, niyə mənə xəbər vermədən Gürcüstana keçdin»,-deyə ondan soruşdum.
«Madam ki, kommunist yoldaşlarım sizin təşkilatınız tərəfindən təqib olunurdu, mən orada
qala bilməzdim -deyə cavab verdi- artıq sizin ilə yolumuz tamamilə ayrılmışdır. Anama
maaşımı verdiyiniz üçün sizə təşəkkür edirəm. Nağı bəy inanın mənə, bolşeviklər bura da
gələcəklər. Sizin buradan uzaqlaşmanızı məsləhət görürəm. Ondan soruşdum: «demək
burada qalsam və məni tutsalar,məni qurtarmazsan, eləmi?» «Xeyr, qurtarmaram» -dedi. -
«Berya,artıq mən nə deyim? Əliheydər deputat idi. məni əmin etmək istəyirdi ki, əgər
«Müsavat» partiyası hakimiyyəti sosialistlərə təhvil verərsə, qızıl ordu Azərbaycana
gəlməz, Azərbay-canın istiqlaliyyətini tanıyarlar. Əliheydərə cavab verərək dedim ki, bu
gələn rusdur,hansı rəngə bürünürlərsə -bürünsünlər, rusluqlarını edəcəklər. Beriya, əmin ol
ki, öldürülmək növbəsi sənə də çatacaq. Çox gec də olsa Beriya dediklərim sözlərə, hər
314
halda ölmədən əvvəl, əmin olmuşdur. Çünki Azərbaycanda nə qədər bolşeviklərin
gəlməsini istəyən əliheydərlər varsa,Beriyanın cəlladları tərəfindən güllələnmişdilər.
Kremldə Beriyanı da öldürdülər».
Beriyayla bağlı bir məsələ çox-çox illər sonra da Nağı bəyin qarşısına çıxır. Artıq
uzun müddət idi ki, N.Şeyxzamanlı mühacir kimi Türkiyədə yaşayırdı, ticarətlə dolanırdı.
Stalinin olümündən az sonra onun dükanına bir rus gəlir, sonralar bilir ki, bu sovet
konsulluğunun məsul işçilərindəndir. Nağı bəyin vətən həsrətindən söz açır, vətənə
qayıtması imkanı yarandığına işarə vurur və söhbəti ora gətirir ki, bildiyimizə görə siz
vaxtilə Beriyayla bir yerdə işləmisiniz, münasibətləriniz olub. bilirsiniz ki,Stalin öldükdən
sonra Rusiyanı üç nəfər idarə edir: Beriya,Molotov və Malenkov. Beriya fikir cəhətdən
başqalarından seçilən insandır. Moskvada hamı bilir ki, Beriya liberalizmə meyillidir.
Kolxoz təşkilatının dağılmasının tərəfdarıdır. Siz ona bir məktub yazın ki, qərb dünyası ilə
anlaşsın. Bəlkə, sizin tövsiyyələrinizi dinlər və siz də dunya sülhü üçün bir rol oynamış
olarsınız. Beriyaya məktub yazın və orada ikinizin də bildiyiniz hadisələrdən bəhs edin ki,
məktubun sizdən olduğunu anlasın. Mən də məktubu kuryer ilə göndərərəm, bir həftəyə
onu alar»
Nağı bəy bu təklifə qəti şəkildə rədd cavabı verir. Aradan bir müddət keçəndən sonra
Beriyanın tutulması xəbəri gəlir. Xruşşov çıxışında Beriya haqqınlda deyir: o alçaq milli
Azərbaycan Cümhuriyyətinin kəşfiyyat xidmətində çalışmış, xaricdə yaşayan müsavatçılar
ilə əlaqə yaratmış və sözləşmişdir».
Nağı bəy qeyd edir ki, bu sözləri oxuduğum zaman Moskvanın Beriyaya nə üçün
məktub yazmağımı istədiyini anladım. «Məktubu yazmadığım üçün sevindim,
deməli,mənim adımdan uydururulmuş şeylər yazmışdılar, Beriyanı bu məktubun əsasında
öldürmüşlər».
Nağı bəyin özünün yazmadığı ,bəlkə də onun adından yazılmış məktubun Beriyanın
taleyində nə dərəcədə rol oynadığını demək çətindir. Amma hər halda Beriyaya qarşı
müsavatçılar vasitəsiylə material toplamaq cəhdi vaxtilə Beriyanın özünün də at oynatdığı
sovet təşlükəsizlik xidmətlərinin iş metodalarından olduğu şübhə doğurmur,
315
Azərbaycandakı eyni soyadı daşıyan qohum-əqrabasını təhlükələrdən qorumaq üçün
Nağı bəy Şeyxzamanlı da,bir sıra başqa azərbaycanlı mühacirlər kimi ayrı soy adı qəbul
etmişdi - Keykurun.
Nağı bəy Şeyxzamanlı(Keykurun) 1967-ci ildə İstanbulda vəfat etmişdir,
İstanbulda «Azərbaycan» məcmuəsində Nağı bəy haqqında verilən böyük
nekroloqdan bir parçanı burda gətirirəm::
«Nağı bəy, Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev, Ələkbər bəy Rəfibəyli,
Xudadat bəy Rəfibbəyli, Əhməd Cavad kimi vətən və millət fədailərinin mühitində milli
və siyasi tərbiyəsini görmüş şəxslərdən idi»
Dostları ilə paylaş: |