3 mart 1991
320
DÖRD AY TÜRKİYƏDƏ
İstanbula bu il (1993-red.) fevral ayının 4-də gəldik. İstanbldakı Memar Sinan
Universitesinin dəvətilə Azərbaycan ədəbiyyatı tarixindən mühazirələr oxumağa başladım.
İyunun 7-də tələbələrimrimdən imtahan qəbul edib ilk təyyarəylə həmin ayın 10-da Bakıya
döndüm. Universitenin ədəbiyyat fakültəsində son kurs tələbələrinə dərs deyirdim.37
tələbəm vardı. Semestrin ortasınla - mart ayında yazılı yoxlamalar və iyunda yekun
imtahanı zamanı aldığım yazılı cavablar əsasında tam qətiyyətlə deyə bilərəm ki,
tələbələrimin əksəriyyəti bu dörd ay ərzində Azərbaycan ədəbiyyatı haqqında ərtaflı
məlumatlanlıb, mühazirələrimdən başqa verdiyim əlavə kitabları da mənimsəyiblər və indi
ədəbiyyatımız haqqında kifayət qədər geniş təsəvvürə malikdirlər. Gizlətmək
istəmirəm,bundan qürur duyuram,çünki nəinki filoloji təhsil alan tələbələrin, ədəbiyyat
professorlarının, dosentlərinin belə Azərbaycan ədəbiyyatı haqqında bilgiləri çox
azdır.Əlbəttə «Kitabi Dədəm Qorqud», «Koroğlu» kimi dastanları, Fizulini Türkiyə
ədəbiyyatı tarixinə daxil etdikləri üçün bilir, tanıyırlar, amma Nizami, Nəsimi, Sabir
haqqında bildikləri çox az, Vaqif, Vidadi haqqında heç yoxdur. Cəlil
Məmmədquluzadlənin adını belə düzgün tələffüz edə bilmirlər, yəni eşitməyiblər.
Özlərini ədəbiyyat mütəxəssisi sayan və həm də Azərbaycana sevgilərini bəyan
edənlərə izah etməyə çalışırdım ki,Cəlil Məmmədquluzadənin(ələttə, eləcə də başqa
klassiklərimizin) yaradıcılığına bələd olmadan nə Azərbaycan milli xarakterini,nə
xalqımızın psixologiyasını,ruhunu, nə də dünənki və bügünkü problemlərimizi dərindən
bilmək, qavramaq,anlamaq mümkündür. Öz-özlüyündə yaradıcılığını öyrənməklə mənəvi
aləmini zənginləşdirmək məsələsindən başqa Azərbaycanı duymaq və tanımıaq üçün də
«Ölülər», «Anamın kitabı», «Danabaş kəndinin əhvalatları»n və «Məktəbi»ni, «Dəli
yağıncağı»nı dönə-dönə oxumaq lazımdır. Şeyx Nəsrullahların səfsəfələrinə və fırıldaq
vədlərinə inanmaq və xalqa açıq söz deyən Kefli İsgəndəri dinləməmək 80-90 il bundan
qabaq olduğu kimi bu gün də milli bəlamızdır. Bu gün Azərbaycan ictimai və siyasi fikrinə
321
təsir göstərmək,onu öz cazibə dairəsinə çəkmək istəyən üç qüvvəni bilmək istəyiriksə
«Anamın kitabı»nı oxumayılıq.
Azərbaycan-erməni münasibətlərinin bütün çalarlarını, incəliklərini dərk etmək
istəyiriksə «Usta Zeynal»a və «Kamança»ya müraciət etməliyik.. Və bu gün eşitdiyimiz bir
çox «müdrik kəlamları»,bir-birindən əcaib bəyanatları,bir-birindən qəribə fiikrləri,
müddəaları başa düşə bilmiriksə «Dəli yıcıncağı»ndakı görüb eşitdiklərindən çaş-baş
qalmış biçarə doktor Lalbuynuzun sualını təkrar etməliyik: -Kim dali? Nə isə… Mətləbdən
uzaqlaşdım.
Mənim Memar Sinan Universitesində,həmyerlimiz türkoloq Tofiq Məliklinin
İstanbul Universitesində Azərpbaycan ədəbiyyatına aid xüsusi kurslar keçməyimiz müasir
dövrdə ədəbiyyatımızı Türkiyədə Ali məktəb səviyyəsində tanıtmağın ilk təşəbbüslərindən
idi. (Başqa şəhərlərdə işləyən ədəbiyyat və dil mütəxəssislərimizi və vaxtilə rəhmətlik
Əhməd Cəfəroğlunun Azəri ədəbiyyatı haqda mühazirələr oxuduğunu nəzərdən
qaçırmıram,amma söhbət məhz bizim günlərdən və İstanbuldan gedir)
Dərs dediyim Memar Sinan Üniversitesindən başqa bir ali təhsil ocağının - Boğaziçi
Universitesinin dəvətiylə orda da görüş keçirdim və professor-müəllim heyətinə
ədəbiyyatımızdan,bugünki ictimai-siyasi problemdərimizdən danışdım.
Boğaziçi universitesində təhsil ingilis dilindədir. Böyük Tofiq Fikrətin şairanə evi və
məzarı olan məşhur Aşiyan da üniversitenin Bosfora açılan füsunkar mənzərəli parkının
içindədir.
Memar Sinan Universitesində mühazirələrimdən başqa videokassetlər vasitəsilə
Bakıdan gətirdiyim Azərbaycana aid bədii və sənədli filmləri də nümayiş etdirir,tarixi və
çoğrafi xəritələr vasitəsilə Azərbaycanın geopolitik durumunu,erməni təcavüzünün strateji
məqsədlərini,Qarabağın Azərbaycanın bağrındakı mövqeyini izah etməyə çalışırdım.
Üniversitedə keçirilən ənənəvi şeir gecələrində Türkiyə şairləriylə bərabər, bəlkə də ilk
dəfə olaraq Azərbaycan şairlərinin də şeirləri səsləndi - Sabirin,Əlibəy Hüseynzadənin
şeirlərini oxudum.
Universitedən kənarda da sənətimizi tanıtmağa və təbliğ etməyə çalışırdım.
322
Martın 15-də İstanbul bələdiyyəsinmin məşhur «Qaraca» teatrında Türkiyə Yazarlar
Sindikasııyla Azərbaycan Yazıçılar Birliyinin birgə tədbiri - Azərbaycan gecəsi keçirdik.
«Çağdaş Azərbaycan külturu və sənətinə toplam baxış» adıyla keçirilən bu gecəyə
İstanbuldan ədəbi,elmi ictimaiüyətin,mətbuatın nümayəndələri, tələbələr,o sıradan
Türkiydə təhsil alan azerbaycanlı tələbələr da yığışmışdı. Gecədə iştirak etmək üçün
dəvətimizlə xüsusi olaraq Ankaradan gəlmiş Mədəniyyət naziri Fikri Sağlar giriş sözü
söylədi,Azəri ədəbiyyatının,sənətinin zəngin ənənələrindən,bir çox sahələrdə Azərbaycanın
Osmanlı dövrü mədəniyyətinə nisbətdə öncül olmasından danışdı.Türk musiqi aləminə
polifronik üslubu ilk olaraq Üzeyir Hacıbəylinin gətirdiyinri xüsusi vurğuladı.Nazirlən
sonra çıxış edən Türkiyə Yazarlar Sindikatının Başqanı(sədri) Oqtay Ağbal Qarabağ
faciəsindən həyacanla danışdı.Babalarının,dədələrinin şəhəri Şuşanın (Oqtay Ağbal
Qarabağ xanları Cavanşirlər nəslindəndir),öz gözüylə alınmaz qala kimi gördüyü Şuşanın
düşmən ədinə keçməsindən ürək ağrısıyla söz açdı. Sonra yazıçı Temirtaş
Geyhun,professor Tofiq Məlikli və mən çıxış etdik.(Çıxışım bu kitabda verilir)Tofiq
Məlikli toplaşanlara çağdaş Azəri ədəbiyyatı haqqında ətraflı bilgilər verdi.Gecənin
konsertində Lütfiyar İmanov,Fıdan Qasımova Azərbaycan bəstəkarlarının əsərlərini və
xalq mahnılarını ifa edərək böyük uğur qazandılar. Tofiq Məliklinin tələbələri Azərbaycan
ədəbiyyatından nümunələri öz çevirilərində səsləndirdilər.
Gecə haqqında Türkiyə televizionu məlumat verdi. «Hürriyyət»,«Cümhuriyyət» və
başqa qəzetlərdə, dərgilərdə yazılar dərc olundu.
Mədəniyyət naziri Fikri Sağlar Tofiq Məliklini,Lütfiyar İmanovu,Fidan Qasımovanı
və məni Ankaraya dəvət etdi.Martın 19-da Ankarada nazirlə iki saatlıq söhbət zamanı
ölkələrimiz arasında mədəni əlaqələrin genişləndirilməsi üçün gərəkən işləri müzakirə
etdik. Ədəbi əsərlərimizin qarşılıqlı çapı,konsertlər,rəsm sərgilər,film festivalları təşkil
etmək,Türkiyə televizionunda Azərbaycanın mədəni həyatına daha geniş yer verilməsi
haqqında konkret planlar razılaşdırıldı.Gələn il Fizulinin 500 illiyi ilə əlaqədar olaraq
Türkiyə hökumətinin də YUNESKO-ya müraciət edərək 94-cü ili Fizuli ili kimi təsdiq
etdirilməsi məsələsini qaldırdım.Dedim ki,Azərbaycanda Prezident Ə.Elçibəyin sədrliyi ilə
323
Füzuli komitəsi yaradılıb. Türkiyədə də belə bir Komisyon yaransa və bu sahədə işbiriliyi
qursaq faydalı olar. Türkiydə Əhməl Cavadın 100 illiyinin qeyd olnmasını da təklif etdim
və təkliflərim müsbət qarşılandı. «Qobüstan» toplusunun bir nömrəsini bütünlüklə Türkiyə
mədəniyyətinə,Türkiyə Mədəniyyət Nazirliyinin buraxdağı dərgilərdən birinin tam
nömrəsinin Azərbaycan məhdəniyyətinə həsr etmək barədə də razılaşdıq.
Nazirlə razılaşdığımız kimi mən «Min ilin yüz şairi» adlı Azəri şeir antologiyasını
tərtib etdim,latın əlifbasıyla makinada yazdım və Nazirliyə verdim.
Mart ayının 20 və 21-də İstanbulun Basın sarayında (Mətbuat sarayında) Türkiyə
Yazarlar Sindikasının 111 növbəti Qurultayı keçirildi.Yazarlar Sindikası Türkiyə
yazıçılarının ən nüfuzlu təşkilatıdır.Məşhur çağdaş yazıçıları birləşdirən Sindikanın 500-
dən artıq üzvü var. Sindika 1975-ci ildə qurulub. Onun ilk sədri Yaşar Kamal,sonra ,Əziz
Nesin,daha sonra Oqtay Ağbal olmuşdur.
Qurultayı Oqtay Ağbal açdı,sonra qurultay qonalarından üç nəfər çıxış elədi -
Mədəniyyət naziri Fikri Sağlar,Cümhuriyyət Xalq partiyasınıni sədri Dəniz Baykal və
mən( bu çıxışım da kitabda verilir)
Yazarlar Sindikası rəhbərlərinin verdiyi hesabatda görülən işlər sırasında Sindikanın
Azərbaycanla bağlı keçirdiyi üç tədbir xüsusi qeyd olunur: 1992-ci il martın 5-də
Azərbaycan Yazıçılar Birliyinin Türkiyə təmsilçisi Tofiq Məliklinin təşəbbüsüylə Qarabağ
faciəsinə həsr olunmuş toplantı,1992-ci il mayın 4-də Anarın,Nəbi Xəzrinin və Tofiq
Məliklinin
iştirakıyla
keçirilmiş
və
Azərbaycan-Türkiyə
ədəbi
əlaqələrinin
genişləndirilməsinə həsr olunmuş toplantı, «Qaraca» teatrında keçirdiyimiz,yuxarıda
haqqında bəhs etdiyim tədbir.
İki günlük qaynar müzakirələrdən sonra Oqtay Ağbal yenidən Sindikanın sədri,
Temirtaş Ceyhun onun müavini seçildilər. Onu da qeyd edim ki,may ayına İstanbulda
Atatürk Kültür Mərkəzində Oqtay Ağbalın 70 illiyi böyük təntənəylə qeyd olundu və
hökümətin ona sağlığında heykəl ucaldılması haqqında qərarı açıqlandı.Yaşar Kamalın
heykəllərinin iki yerdə(o cümlədən İstanbulda) açılışı da may ayında oldu.
324
Azərbaycanla bağlı keçirdiyimiz tədbirlərdən biri də İstanbulun Pendik deyilən
bölgəsində bələdiyyənin Mədəniyyət mərkəzində oldu. Bu Mərkəzin 600 yerlik böyük
salonü ağzınacan dolu idi.Gecəni Türkiyənin tanınmış şairi Ataol Bəhramoğlu açdı.(Əsli
Azərbaycanlı olan Ataol Azərbaycan yazıçılar Birliyinin əcnəbi üzvlərindəndir..Sonra mən
danışdım.Türkiyənin çox sevilən dram aktrisası Gülsən Tuncer Səməd Vurğunun
«Azərbaycan»
şeirini,sonra
isə
musiqi
nömrələri
arasında
Əhməd
Cavadın,Müşfiqin,Şəhriyarın, Nigar Rəfiəbəylinin və Rəsul Rzanın şeirlərini ilhamla ifa
etdi.Musiqi parçaları - Azərbaycan bəstəkarlarının əsərləri və xalq mahnılarımız gözəl
müğənnilərimz Fidan Qasmovanın,Lütfiyar İmanovun, pianoçu Zöhrab Adıgözəlovun və
violançelçi Yuri Abdullayevin təfsirində səsləndi və gurulutlu alqışlarla qarşılandı. Foyedə
isə Türkiyədə işləyən rəssamımız Vəfa Əfəndizadənin əsərlərindən ibarət kiçik sərgi
nümayiş etdirilirdi.
Türkiydə olduğum müddətdə alman televizionuna,habelə «Cümhuriyyət»,
«Hürriyəti» qəzetlərinə, «Varlıq» dərgisinə və adlarını unutuduğum bir neçə başqa dərgiyə
geniş musahibələr verdim.
Bu müddət ərzində iki dəfə Türkiyə sərhədələrindən çıxmalı da oldum.Asiya və
Afrika yazıçıları təşkilatının dəvətiylə fevral ayıvnda İstanbuldan Qahirəyə gəldim.
Bu toplantıya dəvət olunmuş Yusif Səmədoğlu da Bakıdan Qahirəyə gəlmişdi.Asiya
və Afrika xalqlarının Həmrəylik hərəkatının tanınmış xadimləri Murad Qaleb, Lütf əl
Xoli,Xamruş,bir sıra iş adamları, jurnalistlərlə görüşdük, çoxdan bəri Misirdə çalışan
dostlarımız İsrafil Vəkilov və xanımı Nigarın yardımıyla Qahirənin ictimai-siyasi
çevrələriylə təmasda olduq. Yusif Səmədoğlu Milli Məclisimizin Xarici İşlər
Komissiysaının sədri kimi Misir Parlamentində də söhbətlər apardı.
İkinci dəfə may ayının 27- Quzey Kipr Türk Respublikasında keçirilən xalqlararası
konfransa dəvət olunduğum üçün Kiprin Girnə şəhərinə getdim. «Türk Cümhuriyyətləri
arasında politik, ekonomik və kültür iş birliyi» adı altında keçirilən bu toplantıda çıxış
etdim(Çıxışım bu kitabda verilir)
1993
|