Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından


Sual: Taleyinizdə meydanın rolu?  Cavab



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə88/274
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2189
növüYazı
1   ...   84   85   86   87   88   89   90   91   ...   274
 SualTaleyinizdə meydanın rolu? 

Cavab:  Bu  suala  əsasən  cavab  verdim.Onu  əlavə  edə  bilərəm  ki,Meydan  hərəkatı 

bütün  büdrəmələrinə,sapıntılarına,təsadüfü,  yaxud  qərəzli,məkrli  qüvvələrin  təxribatına 

baxmayaraq,küll halında xalqın milli şüurunun oyanmasında, yetkinləşməsində, danılmaz 

müsbət  əhəmiyyəti  olan  parlaq  ictimai-siyasi  hadisə  idi.Və  şübhəsiz  bu  hadisənin 

hamımızın taleyinə, dünyagörüşünə, davranış və düşüncə yönünə böyük  təsiri oldu. 

Sual:  19-20  yanvar  gecəsi  Siz  harada  idiniz  və  o  günü  necə  xatırlayırsınız? 

Yanvarın 22-si, Şəhidlərirn dəfni, meydan...o gün yadınızda necə qalıb? 

Cavab:  1990-cı  il  15-16  yanvardan  başlayan,19-20-də  ən  dəhşətli  məqamına  çatan 

və  22-də  şəhidlərin  dəfni  ilə  tamamlanan  günləri  ömrümün  ən  ağır  sarsıntılarından  biri 

kimi  xatırlayıram.  19  yanvar  gecəsi  evimdə  idim,yanvarın  20-də  səhər  erkən  rəhmətlik 

Yusif  Səmədoğlu,İsa  Qəmbər(İsa  həmin  gecəni  Yusifgildə  keçirmişdi)  və  Hikmət 

Hacızadə  ilə  bir  maşında  indiki  Prezident  aparatının  binasının  qarşısına  getdik  və  mən 

mitinqdə  çıxış  etdim,dinc  əhaliyə  divan  tutan  sovet  qoşunlarını  və  onlara  bu  əmri  verən 

ölkə  rəhbərliyini  lənətlədim.  Mitinqdə  etiraz  əlaməti  olaraq  deputat  mandatımdan  imtina 

etdiyimi  də  söylədim.  Sonralar  Yusif  Səməloğlunun,  Ziya  Bünyadovun,  Bəxtiyar 

Vahabzadənin,  Şeyxülislam  Allahşükür  Paşazadənin,  İmam  Musta-fayevin,  Tofiq 

Bağırovun və bir neçə başqa ağsaqqalın öyüdü, tövsiyyəsi ilə deputat fəaliyyətmi davam 

etdirdim və Moskvaya gedib Ali Sovetin sessiyasında bir gündə bir neçə dəfə çıxış edərək 

Bakıda  törədilmiş  cinayəti  deputatlara  çatdırmağa  çalışdım.  Bir  neçə  başqa 

deputatlarımızla birlikdə Qorbaçovla və SSRİ-nin o dövrdəki başqa rəhbərləriylə görüşərək 

xalqımızın haqdı qəzəbini onlara bütün kəsginliyiyilə çatdırdıq. 




356 

 

Qara  yanvar  gecəsinin  ertəsi  gün  ziyalıların  təşəbbüsüylə  Akademiyaınn  binasında 



çağrılmış  iclası  mən  aparırdım.  Sonra  elə  həmin  gün  Bəxtiyar  Vahabzadənin  radio  ilə 

çıxışından  sonra  toplanan  Ali  Sovetin  bütün  gecə  davam  edən  iclasında  iştirak  və  çıxış 

etdim,dünya ictimaiyyətinə müraciət yazıb xitabət kürsüsündən səsləndirdim. Həmin mətni 

daha  da  genişləndirərək  rus  dilində  «BEDA»(«Müsibət»)  adlı  publisistik  yazımda  20 

yanvar  gecəsinin  bütün  dəhşətli  təfərrüatını  qələmə  almağa  çalışdım  və  bu    mətn 

Akademiyadakı  faksla  SSRİ  Xalq  deputatlarının  bir  çoxuna  və  respublikaların  Yazıçılar 

İttifaqlarına  göndərildi.  Bu  mətn  «Çernıy  ənvarğ»    («Qara  yanvar»)  kitabanıda,habelə 

Fransada və İranda dövrü mətbuatda çap olunub,mənim «Şəhidlər dağı» və «Noçnıe mısli» 

kitablarıma daxil edilib. Qara yanvarın ildönümü dolayısıyla yazdığım «Şəhidlər dağı» adlı 

geniş  yazımda  da  o  məşum  günlərin  bir  çox  təfsilatını,düşüncələrimi  və  keçirdiyim 

duyğuları ifadə etməyə çalışmışam.    

Sual:  XX  yüz  illiyin  sonunda  Azərbaycanın  müstəqilliyi  uğrunda  mübarizəyə  -- 

meydana  bir  sıra  nəfəri  kimi  axışan  hərəkatın  sonradan  parçalanması  səbəbini  nədə 

görürsünüz? 

Cavab:  Meydan  hərəkatı  Sovet  rejimi  illərində  Azərbaycanda  ilk  kütləvi  inqilabi 

hərəkat  idi.  Bütün  inqilablar  ilk  başlanğıclarında  yekdilliyi,həmrəyliyi  nümayiş 

etdirirsə,sonrakı  mərhələlərində  bir  çox  səbəblərdən  parçalanır.Səbəblərin  sırasında 

yüksək,  ləyaqətli  olanları  var,məsələn,tutalım  fikir  müxtəlifliyi,düşüncə  fərqləri,inkişaf 

yollarının ayr-ayrı şəkillərdə dərk edilməsi və s.  

Belə  səbəblər,şübhəsiz,anlanılmağa  da,  hörmətə  də  layiqdirlər  Ancaq  daha 

xırda,nalayıq səbəblər də olur- şəxsi ambisiyalar, rəhbərlik,hegemonluq iddiası,hamını öz 

iradəsinə  tabe  etmək  cəhdi,birinin  sözünün  digərinin  boğazından  keçməməsi,  «mən 

deyəndi,  vəssəlam!»hikkəsi,dövlət,sərvət,vəzifə  hərisliyi,  tamah,  kiminsə  şöhrətinə 

qısqanclıq hissi və i.a. 

Bu  sonunucu  hiss  xüsusiylə  ziyalılara  münasibətdə  daha  qabarıq  sezilir.Ona  qədər 

heç  bir  faydalı  fəaliyyətləri  ilə  seçilə  bilməyən,  bir-iki  populist  çıxışla  qəfilcən 

məşhurlaşan  adamlar  illər  boyu  halal  yaradıcılıq  zəhmətiylə,elmi  çalışmalarıyla  ad 



357 

 

qazanmış  adamların  şöhrətinə  qısqanmağa  başladılar  və  nə  vəchlə  olur  olsun  onları 



ləkələməyə,xalqın gözündən salmaq, xalqın ürəyindən çıxartmaq istədilər ki,boşalmış yeri 

özləri tutsunlar. 

Kütlə  xalq  olmadığı  kimi,qaragürühun  heç  kütlə  adlanmağa  da  haqqı 

yoxdur.Ziyalılara  qarşı  təqib,təzyiq  və  təhqir  kompaniyasını  isə  həmişə  məhz  qaragürüh 

başlayır.Nə  yazıq  ki,  ziyalılara  qarşı  qaragüruhun  bu  səlib  müharibəsi  bəzi  mətbuat 

səhifələrinə çıxarılan yazılarda indinin özünə qədər davam edir. Ziylılara qarşı, hücumlar 

və  təhqirlərlə  dolu  yazıları  ayrı-bir  qovluğa  yığırdım  ki,gələcəkdə  bu  günlərin  ovqatını 

təsvir etmək istəsəm əlimin altında olsun. Sonra gördüm ki,bu cür yazılar bir yox,bir neçə 

qovluğa  da  sığmaz,bu  işi  boşladım.  Odur  ki,indi  yalnız  bir  neçə  günün  qəzetlərində  çap 

olunmuş  anti-ziyalı  yazılara  isnad  edəcəm.Qəzetlər  müxtəlif,imzalar  müxtəlif,amma 

yeknəsikliklə  dönə-dönə,israrla  təkrar  olunan  fikir  birdir:  bizdə,yəni  Azərbaycanda  indi 

ziyalı yoxdur. Yaxşı yoxdur-yoxdur, neynək, bildik, inandıq,inandırdınız.   

Yox,əl çəkmirlər ki,onuncu,yüzüncə dəfə eyni fikri tutuquşu inadıyla təkrar edirlər. 

Əcəba,nə  səbəbdən  belə  hesab  edirsiniz?  Sən  demə  ona  görə  ki,ziyalılar  aldıqları  fəxri 

adlardan imtina etmirlər. Halbuki Soljenitsin ordendən imtina etdi. 

Məqalə müəllifi yüz faiz əmindir ki, «Üzeyir bəy də belə edərdi,Mirzə Cəlil də,Sabir 

də,Cavid  də.  Daha  heç  kimin  buna  gücü  çatmazdı».  Dayan,dayan,  əzizim,  bircə  dəqiqə, 

Sabirin, Mirzə Cəlilin,Cavidin hansı ordendən ya addan (nə yaxşı ki,onların vaxtında fəxri 

adlar  yox  idi)  imtina  edib-etməyəcəyini  nə  siz  bilirsiniz,nə  mən  və  onların  adından  qərar 

verməyə  heç  birimizin  haqqı  yoxdur.  O  ki  qaldı,mənim  dahi  bir  insan  kimi    hörmət 

bəslədiyim  Üzeyir  bəyə,məlumlur  ki,Üzeyir  Hacıbəyov  Azərbaycanın  və  SSRİ-nin  Xalq 

artisti  adlarını,iki  dəfə  Stalin  mükafatını,Lenin  ordenini  və  başqa  təltifləri  almış,  heç 

birindən  imtina  etməmiş  və  mətubat  səhifələrində  partiyaya,  hökumətə,  Stalinə  öz 

təşəkkürünü  bildirmişdi.  Bu,Üzeyir  bəyin  müqəddəs  şəxsiyyətinə  heç  bir  kölgə 

salmır,o,tarixdə  bu  adlarıyla  yox,  «Koroğlu»suyla,  «Leyli  və  Məcnun»uyla,  «Arşın  mal 

alan»ıyla,  «Məşədi  İbad»ıyla,  «Sənsiz»iylə  yaşayır.Ancaq  böyük klassiklərimiz  haqqında  

bu cür səthi təsəvvürə malik ola-ola bütün bugünkü ziyalılara qara yaxmaq heç bir müəllifə 



358 

 

başucalığı  gətirə  bilməz.O  yazıda(  ya  bəlkə  ona  bənzər  başqa  bir  yazıda)  deyilir  ki, 



jurnalistlər  indiki  ziyalılardan  heç  nə  ummur,odur  ki,  sözlərini  dünyasını  dəyişmiş 

ziyalılara  -  Mirzə  Gəlilə,  Zərdabiyə  deyirlər.  Çox  əcəb.  Bəs  sözünü    Mirzə  Cəlilə  deyən 

qəzetçilər düşünmür ki, birdən Mirzə Cəlil dilə gəlib söylədi: «Bacıoğlu, bəs sən deyildin 

qəzetində məni satqın, kollobrasionist, millətin düşməni adlandıran? İndi nə üzlə məndən 

imdad  istəyirsən?  Yaxşı  ki,bu  məmləkətdə  sizin  bəyənmədiyiniz  bir-iki  ziyalı 

tapıldı,mənim təmiz adımı müdafiə etdi». 

 Elə Sabirin də, Zərdabinin də başları öz dövrünün qaragürühundan az çəkməyib.Və 

bu  baxımdan  bu  günlərdə  dərc  edilmiş  bir  yazının  adı  çox  səciyyəvidir:  «BİZƏ  DİRİ 

ZİYALILARIMIZ  YOX,  ÖLÜ  ZİYALILARIMIZ  LAZIMDIR»  (Bu  yazının  müəllif  də 

savadının çoxluğundan Sovet reciminin əzizləyib bəslədiyi,sistemini bütün teatrlara az qala 

inzibati yolla tətbiq etdiyi Stanislavskini təqib olunanlar sırasına salır). Bu sayaq yazıları 

oxuyanda düşünürsün,bəlkə müəllif elə düz deyir,dirilər kimə lazımdır,çalışaq onlar da tez 

öldürək,sonra adlarından istədiyimz kimi eninə-uzununa istifadə etmək üçün lazım olarlar. 

Bəlkə bu da milli ənənəmizdir.Sağlığında ziyalının başından bas,bezdirib öldürəndən sonra 

başına and içib başqa ziyalıları qapazla. 

O ki, qaldı Soljenitsinə, böyük yazıçı və həqiqətən igid, qorxmaz şəxsiyyət kimi ona 

dərin  hörmətim  var.  Amma  cəsarətli  əsərlərinə  görə,sovet  rejiminə  qarşı  inadkar  və 

təhlükəli mubarizəsinə görə, orden alıb-almadığına görə yox.Təbii ki,Qarabağ məsələsində 

onun  erməni  təəssübkeşliyini  də  heç  cür  qəbul  etmirəm.  Ancaq  indi  söhbət  başqa 

mətləbdən  gedir.  Ordendən    imtina  etdiyinə  görə  Solcenitsini  Azərbaycan  ziyalılarına 

gözdağı  edən    müəllifə,bilmirsə  bildirmək  istəyirəm  ki,hələ  sovet  dövründə  Solcenitsini 

Lenin mükafatına təqdim etmişdilər və təbii ki,öz razılığını əldə etmişdilər. 1990-cı ildə də 

RSFSR-in  dövlət  mukafatını  aldı  və  imtina  etmədi.  Nə  orden,  mükafat  alanların,  nə  də 

hansı  məqamdasa  onlardan  imtina  edənləri  ziyalıların  sırasından  çıxartmaq  düzgün 

deyil.Bəzən  hər  hansı  təltifdən  imtina  etməklə    bu  təltifi  qəbul  etməkdən  daha  artıq  xal 

qazanılır.Bunu da unutmayaq. 




359 

 

Qələminə  hörmət  etdiyim  gənc  jurnalist  də  «dəstədən  geridə  qalmamaq  üçün» 



ziyalıların  ünvanına  döşüyə  bildikcə  döşüyür  və  Azərbaycanda  ziyalı  olduğuna  o  vaxt 

inanacağını bildirir ki,  ziyalılarımızdan biri bütün pulunu verib bir ulduz kataloqu alsın və  

onu…  Şternberq  İnstitutunun  kitabxanasına  bağışlasın.Belə  bir  şərti  yaxın  gələcəkdə 

həyata keçirə  biləçək adamların yəqin ki, olmayacağına görə Azərbaycanda kiminsə ziyalı 

sayıla biləcəyi çox müşgül məsələdir. 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin