QARABAĞ FACİƏSİ
VƏ SİYASİ OLAYLAR
330
Sinəsi qabarıq,
Nağıllardan gəlmiş
Qəhrəmandır
Şuşam mənim
Mərdiklə,gözəlliklə qoşam mənim
Sənin doğma torpağında
Neçələrin gözü qalıb
Vətən adlı doğma yurddan
Püşk olarmı?
Pay olarmı?
Yüz bir şəhər adı çəkim
Gözəllikdə
Biri sənə tay olarmı?
Tarix sənin torpağında,daşındadır,
Hər yan-yörən
hər dolayın, hər çığırın
Azərbaycan - Vətən dadır
Dost gözüylə sənə baxan
Hər kəs əziz qonağındır
Sənə əyri baxanları
Qəzəbinlə külə döndər
yaxıb yandır
Sən mətanət,mərd dostluğun
Səngərisən,qalasısan
Kim nə deyir,desin
331
Sən beləsən,
Bu adla da qalasısan.
Rəsul Rza
«Qarabağ-baba yurdum» silsiləsindən.
Aprel 1980
ŞUŞA NİSGİLİ
Kirs dağından meh əsir,
Gəl sən vermə mehə sirr,
Təbiət əsir düşüb,
Külək - dustaq,meh - əsir.
Satıldı Şuşam,
Atıldı Şuşam.
Mən də bununla
Gərək barışam?!
Anar
332
1987-ci il iyunun 18-də Azərbaycan Yazıçılar İttifaqının plenumunda Anar bu
təşkilatın Birinci katibi seçilir. O, bu təşkilatın ilk pəhbəridir ki, Mərkəzi Komitənin
tövsiyyəsi ilə deyil,yazıçıların öz təşəbbüsləri və təklifləri ilə həmin vəzifəyə
seçilmişdir.Bu da şübhəsiz ölkədə yenidənqurma və aşkarlıq adyıla tanınan hərəkatla
şərtlənirdi. Anar bir ay sonra yazıçılar İttifaqının plenumunda məruzəylə çıxış edərək
təşkilatın işində,ümumiyyətlə ədəbi həyatda bir sıra yeniliklərin, dəyişikliklərin
aparılacığından danışdı,respublikanın ekoloji problemləri haqqında məsələ qaldırdı.
O dövrün rituallarına uyğun olaraq Anar Yazıçılar İttifaqının rəhbəri kimi əvvəlcə
Azərbaycan SSR Ali Sovetinin deputatı, 1989-cü ildə isə SSRİ Xalq deputatı ,SSRİ Ali
Sovetinin üzvü, habelə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin və Bakı
Komitəsinin üzvü seçildi.
1987-ci ilin payız aylarında Bakıya adı bədnam akademik A.Aqanbekyanın Parisdə
Qarabağın Ermənistana verilməsi haqqında çıxışı haqqında məlumat çatdı. Bununla da
uzun illər sürən və hələ də davam edən Qarabağ münaqişəsi başlandı.
O gündən etibarən Anarın bütün ictimai-siyasi fəaliyyəti əsasən Qarabağ
problemiylə bağlandı.
Azərbaycan Ali Sovetinin iclaslarında,Azərbaycan KP MK-nın toplantılarında, SSRİ
Xalq deputatlarının qurultaylarında, SSRİ Ali Sovetinin sessiyalarında, Qorbaçovla bir
neçə görüşdə Anar erməni təcavüzkarlarının niyyətləri barədə çıxışlar etmişdir.O, fərdi
şəkildə yaxud başqa deputatlarla birlikdə dəfələrlə Sovet rəhbərliyinə, şəxsən Qorbaçova
yazılı şəkildə müraciətlər etmiş,erməni iddəalarının və təcavüzünün qarşısını almağa
çağırmışdır.
Aqanbekyanın məlum çıxışına qarşı respubilkadan Qorbaçovun ünvanına ilk etiraz
məktubu- Anar tərəfinldən yazılmış və başqa yaşıçılarla birlikdə imzaladığı bu məktub
Yazıçılar Birliyindən göndərilmişdi.
1990-cı il Qara yanvar günlərində Anarın yazdığı «Musibət» adlı müraciəti SSRİ-nin
bütün Yazıçılar təşkilatlarına və SSRİ Xalq deputatlarının bir çoxuna göndərilmiş, rus
dilində «Çernıy ənvarğ» kitabında, habelə İranda və Fransada dərc edilmişdir.Moskva
333
mətbuatında, «İzvestiə» qəzetində Xocalı faciəsi haqqınlda ilk yazı Azərbaycan
yazıçılarının bəyanatıdır.
Bu illər Anar xarici ölkələrdə çıxışlarında - Türkiyədə(Ankara,İzmir, İstanbul,
Kayseri və s. şəhərlərində), ABŞ-də(Vaşinqton və Baltimor şəhərlərində), Fransada
(Parisdə
və
Strasburqda),Almaniyada,
İsveçrədə
(Cenevrədə),
Kiyevdə,
Vülnüsda,Bişkekdə, İranda (Tehranda və Təbrizdə), Kiprdə, Moskvada və Leninqradda
(sonralar Peterburqda) daima Qarabağ problemini qaldırmış,bəzən tarixi, mədəni, bəzən
siyasi, coğrafi, iqsisadi, bəzənsə ekoloji aspektdə bu məsələlərdə Azərbaycanın ədalətli
mövqeyini açıqlamışdır.
Moskvanın «İzvestiə», «Literaturnaə qazeta», «Azerbaydcanskiy Konqress»
qəzetlərində, Türkiyənin bir çox mətbuat orqanlarında, İran, Avropa mətbuat səhifələrində
Bakı, Moskva, Türkiyə, İran Televiziya kanallarında dəfələrlə Qarabağ problemi haqqında
danışmışdır. Moskvanın Mərkəzi televiziyasıyla H.Borovikin «Poziüiə» verilişində çıxışı
ermənilərin sonsuz hiddətinə səbəb olmuşdur, Anarın Məmməd Əli Birandın «32-cü gün»
verilişində çıxışı Türkiyəyə Qarabağ məsələsini çatdıran ilk çıxışlardan idi.
Bir sıra Avropa ölkələri hökumətlərinin sponsorluğu ilə üç dildə -- alman,ingilis və
rus dillərində nəşr olunmuş «Qafqaz sülh axtarışlarında» adlı kitaba Anarın «Kamançanın
saflaşdırıcı fəryadı» adlı essesi də daxil edilmişdir. Essedə Qarabağın Azərbaycanın
ayrılmaz tərkib hissəi olduğundan, Azərbaycan ərazi bütövlüyü çərçivəsində Dağlıq
Qarabağa ən yüksək müxtariyyət statusu verilməsindən söz açılır. C.Məmmədquluzadənin
«Kamança» pyesini xatırladan müəllif iki xalq arasında ədavətin keçmişin işıqlı
xatirələriylə əvəz olunmasını, insani, humanist dəyərlərin kinə,nifrətə qalib gəlməsini
arzulayır.Avropa və rus ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanan,sonralar Moskvanın
«Drujba narodov» jurnalında da dərc olunan bu yazını,ermənilər həmişəki kimi mənfi
münasibətlə qarşıladılar.Moskva qəzetlərinin birində yazıya ən kobud şəkildə etirazını
bildirən erməni müəllif, hətta essedəki faktları da təhrif etməkdən çəkinmədi. Özü
uydurduğu qəddarlığı guya ki, «Kamança» pyesininə isnadən qələmə verdi. Daha əvvəl
334
Perç Zeytunsyanın Azərbaycan yazıçısına qarşı təhqir və böhtanlarla dolu iri məqaləsinə
cavab yazdığı kimi Anar bu iyrənc iftiranı da ifşa etməyə məcbur oldu.
Yəqin ki,bütün bunlara görə erməni millətçiləri Anarı əsas düşmənlərindən biri
sayır, mətbuatlarında ona qarşı yazılar nəşr edir,Moskvaya,SSRİ Yazıçılar Birliyinə onun
cəzalandırılması haqqında müraciətlər edir, çox miqdarda söyüş və təhqir məktublarında
onu ölümlə hədələyirlər. Hətta mətbuatdan məlum olduğu kimi gizli terroçu təşkilatlar
bir neçə başqa ziyalımızla bir sırada Anarın da qətl olunması üçün onun adını qara
siyahılarına salırbar.
Bununla belə Anar heç bir yazısında, çıxışında erməni xalqını təhqir etməmiş,yalnız
ədalətin, Azərbaycanın qanuni haqqlarının qornuması,ərazi bütövlüyümüzün təmin
olunması yolunda, əsassız tarixi iddiaların təkzib olunması uğrurnda fəaliyyət
göstərmişdir. Özü də bu məsələlərə ilk fəal müdaxiləsi Qarabağ nünaqişəsindən və
Yazıçılar Birliinə rəhbər seçilməsindən hələ çox qabaqki vaxta, 1983-cü ilə təsadüf edir.
Həmin il Qaçax Nəbi haqqında Moskvaya yalan məlumatlar ünvanlamış Ayvazyan adlı
birisinə cavab olaraq Anar öz təşəbbüsüylə SovİKP MK-ya məktub göndərmişdir.
Bu kitabın həmin məktub da daxil edildiyi «Qarabağ faciəsi» bölümündə toplanmış
materiallar Anarın bu sahədəki fəaliyyətini ətraflı işıqlandırır. Amma burda bir məsəlyə də
toxunmağa ehtiyac var. Erməni millətçilərinin yalnız Anara deyil,onun bütün
nəslinə,əcdadlarını olan düşmən münasibəitinin uzun tarixi var.Anarın ana tərəfdən ulu
babası, el ağsaqqalı Ələkbər bəy Rəfibəyli erməni təxribatlarından və təcavüzündən
Azərbaycan türklərini qorumaq üçün yaradılan «Difai» partiyasının banilərindən biri və
sonralar onun fəxri sədri olub. (Nağı Şeyxzamanlının bu kitabda nəşr olunmuş
xatirələrindən müəyyən parçalar bu barədə məlumat verir). 1909 cu il yanvarın 16 da
rotmistr Astroyantsın Yelizavetpol qubernatoruna göndərdiyi məxfi məktubda deyilir:
«Difai» və «Mudafiə» adlı müsəlman partiyaları müsəlman əhalisindən qeyri-leqal şəkildə
toplanan ianələrin hesabına mövcuddur. Birinci partiyanın rəhbərləri Yelizavetpollu
Ələkbər bəy Rəfibəyov və Axund Molla Məhəmməd Pişnamazzadədir… Bu il yanvarın 4-
də Ələkbər bəy Rəfibəyovun evində axtarış aparılarkən rus dilində çap olunmuş
335
nizamnamənin bir neçə nüsxəsi əldə edilib. Nişamnaməni raporta əlavə edirəm.
Müsəlmanların İran inqilabçılarına kömək etmələri barədə aşağıdakı məlumat var: Silah
gizli yolla Rusiyadan alınır və İrana, Səttərxanın dəstələrinə gönlərilir.Rotmistr
Astroryants.
Nigar xanımın atası, Cümhuriyyət hökumətinin ilk Səhiyyə naziri,sonralar isə
Gəncənin general-qubernatoru Xudadat bəy Rəfibəyli bolşeviklər hakimiyyətə gələndən
sonra Gəncə üsyanının təşkilatçısı kimi günahlandırılaraq erməni şahidlərin iştirakıyla,
erməni hakimlərin apardığı «məhkəmədə» ölümə məhkum edilir və güllələnir,yalnız 70
ildən sonra bəraət qazanır.
Sovet rejiminin mövcud olduğu illərin böyük qismində Rəsul Rza da,Nigar
Rəfibəyli də daima təhlukəsizlik orqanlarının nəzarəti altında olublar,bu çox sonralar işıq
üzü görmüş sənədlərlə təsdiq olunur.Hətta Daxili İşlər Nazirinin müavini Xoren Qriqoryan
Mir Cəfər Bağırova ünvanladığı məktubda Nigar Rəfibəylinin və anası Cəvahir xanımın
sürgün olunmasını təklif etmişdi. Yalnız M.C. Bağırovun «Saxlansınlar» dərkənarı ilə bu
ağır cəzadan xilas ola biliblər.
Sual oluna bilər,bəs bununla bərabər dövlət Rəsul Rzaya bir çox məsul vəzifələr
etibar edirdi, o, ölkənin nüfuzlu fəxri adları və və mükafataları ilə təltif olunmuşdu.
Doğrudur, amma məgər həbs olunanlar, sürdün edilənlər, güllələnənlər arasında Dövlətin
ən yüksək mənsəblərində olan adamlar azmı idi yaxud hətta bir çox Siyasi Büro üzvlərinin
belə arvadları həbs olunmamışdımı?
Bu bir lotoreya idi, bu gün dövlət kimisə təltif edə, qabağa çəkə, qaldıra bilər,başqa
bir gün yerlə-yeksan edə bilərdi. Rəsul Rzaya qarşı kampaniyalarda isə yerli manqurtlarla
bərabər erməni yazıçıları çox fəal iştirak edirdilər. Onları ilk olaraq ən çox qəzəbləndirən
Rəsul Rzanın 1958-ci ildə Naxçıvanda Yazıçılar İttifaqının Plenumunda məruzəsi
olmuşdu.O illər ermənilər növbəti dəfə Naxçıvanın Ermənistana qatılması məsələsini
qaldırırdılar və məhz buna görə də Rəsul Rzanın təşəbbüsü ilə Yazıçıların Plenumu məhz
Naxçıvanda keçirildi. Həmin Plenumda məruzəsində Rəsul Rza deyirdi: Naxçıvan Muxtar
Respublikası Sovet Azərbaycanın sərhədləri qızıl xətlə cızılmış, azad torpaqlarında
336
yerləşən qədim Azərbaycan yeridir. Biz fitnəkarlara azad xalqımızın gur səsi ilə deyirik:
Ağalar, sizin bu xain xəyallarınız heç bir zaman baş tutmayacaqdır. Doğma yurdumuzun
qədim bir parçası olan, xalqnımızın şanlı səhifəlrini bəzəmiş Naxçıvan Sovet
Azərbaycanının ayrılmaz bir hissəsidir.Onun hər qarış torpağı bizim üçün müqəddəsdir…
Yazıçı istər bu günlərdən yazsın, istər keçmişdən, hadisələri elə təsvir etməlidir ki,həyat
həqiqəti təhrif olunmasın. Yazıçı mənsub olduğu xalqın məziyyətlərini tərənnüm edərkən
başqa xalqlara,xüsusilə,qapıbir qonşu olduğu xalqlara etinasız yanaşa bilməz. Odur ki, əgər
bir yazıçı keçmişdən yazarkən mənsub olduğu xalqı hamıdan üstün qoyub,başqa xalqlara
«vəhşi», «qaniçən», «satqın», «qorxaq» damğası vurursa, bu xalqa ziyandan başqa bir şey
verməz.»
Naxçıvanda Yazıçılar İttifaqını Plenumunda «Yeni Yaradıcılıq qələbələrinə doğru»
məruzəsindən. Rəsul Rza. Əsərləri 5-ci cild,2002.
Rəsul Rzanın Qarabağa həsr olunmuş silsilə şeirləri, Babəki satan Sumbatı nəzərdə
tutaraq «sumbatlar bu gün də var» misraları,azərbaycanlılara qanlı divan tutan Androniki
damğalaması da şübhəsiz,ermənilərin qəzəbinə səbəb olurdu. Erməni yazıçısı Sero
Xanzadyan Babəkin şəxsiyyəti və Rəsul Rzanın «Babək» şeiri haqqında Moskvaya,Sov
İKP MK-ya məktublar göndərərək Rəsul Rzanın Sosialist Əməyi Qəhrəmanı adı almasına
qəti etiraz edirdi. O,Babəki «quldur», «canı», «qaniçən», «uşaq əti yeyən» adlandırır,Rəsul
Rzanın Sumbat ibn Səhl haqqında yazdıqlarına «xunveybin ifadəsi» deyirdi,Azərbaycan
şairini Lenin milli siyasətinin əleyhinə getməkdə suçlayırdı.
Beləliklə, göründüyü kimi Anara qarşı «erməni nifrətinin» dərin ailəvi kökləri də
varmış.
Dostları ilə paylaş: |