Birliyin sədri Serjo Payeslə, Baş katibi A.Consonla görüşlər keçirmiş,Azərbaycanın
tarixi,çağdaş durumu,əsasən də Dağlıq Qarabağ münaqişəsi və qaçqınlar.köçkünlər
problemiylə əlaqədar ətraflı məlumat vermişlər. Assasmbleyanın Komitələrinin
iclaslarında Anar və Gülçöhrə Məmməlova çıxış etmişlər. Nümayəndə heyətinin rəhbəri
Anarın ekologiya məsələləri müzakirə olunan Kormitədə çıxışının əlliyə yaxın nüsxəsi rus
və ingilis dillərində müxtəlif ölkələrin nümayəndələrinə paylanmışdır.
Hörmətli Sədr, hörmətli həmkarlar!
Kütləvi kommnukasiya və informasiya vasitələrinin görünməmiş inkişafını nəzərə
alan Qərb mütəfəkkiri Marşal Makklyuen hələ keçən əsrin ortalarında ehtimal edirdi
ki,yaxın zamanlarda dünya bir böyük kəndə çevriləcəkdir. Onun bu ehtimalları bizim
günlərdə tam təsdiq olunur və dünyanın hər hansı uzaq yerində yaşyan insan bir an içində
planetimizin hər hansı nöqtəsində cərəyan edən hadisələrdən xəbər tutur. Eynən hər hansı
xəbərin ani olaraq bütün kənldə yayılması kimi.Amma bu bənzətmənin bir qüsuru var.
Kənd adətən - təbiət qoynunda olur - ətrafında bağlar, meşələr, çöllər… Bizim qlobal
texnoloji tərəqqi dövründə isə təbiətin özü təhlükə qarşısındadır. Və əgər ekoloji dramlar
və faciələr insanlığın texniki və məişət rahatlığı içində yaşamasının bədəlidirsə,
müharibələrin, dövlələtarası və etnik konfliktlərin təbiətə vurluğu ziyan bəşər şüurunun
inkişaf məntiqinə tamamilə ziddir.
Bu mənada dünya mədəniyyətinin beşiklərindən olan bizim Qafqaz regionuna -
Yaradan heç bir neməti əsirgəməmişdir-füsünkar təbiətə və qədim tarixə malik olan bu
bölgə türizm Məkkəsinə çevrilə bilərdi,amma nə yazıq ki, qanlı toqquşmalar meydanına
çevrildi.
252
Mən bu toplantımızın mövzusuyla əlaqədar olaraq Qarabağın tarixindən, həm
Dağlıq, həm Aran Qarabağın- əsrlər boyu qədim Azərbaycan torpağı olmasından
danışmayacam.
Bu barəıdə çıxışımın nümayəndələrə paylanmış tam mətnində faktlar yetəririncədir.
Mən burda yalnız iki məsələni nəzərinizə çatdıracam. Ermənistan Azərbaycan
ərazisinin 20 faizini işğal edib. Ermənistandan və işğal altıında olan Azərbaycan
rayonlarından qəddlarlıqla çıxarılımş qaçqınların sayı bir milyona çatır,yəni 8 milyon
əhalisi olan ölkəmizin hər səkkizdən bir sakini qaçqın və məcburi köçkündür.
Mən toplantımızın mövzusuyla bağlı olaraq Sizə yalnız vətənimə qarşı ekoloji
aqressiyadan danışmaq istəyirəm.
Erməni təcavüzü nəticəsində 150 min hektar meşə sahəsi - «ölkənin ciyərləri» - işğal
altındadır.Bu meşələrin bir hissəsi hərbi əməliyyatlar nəticəsində məhv edilmiş,bir hissəsi
Ermənistanın mebel fabriklərinin tələbatını ödəmək üçün yaxud da xarici şirkətlərlə
bağlanmış müqavilələr əsasında qırılır. 150 unikal-relikt ağacların əksəriyyəti məhv edilib.
İşğal olunmuş Zəngilan rayonundakı qoruq 1200 -1500 yaşlı təbii çinarlarla zəngin
idi.Bu baxımdan o Avropada birinci və dünyada ikinci qoruq kimi tanınırdı.Uzun əsrlərdən
bəri hər bəladən hifz olunmuş bu min yaşlı nadir ağaclar bu gün məhv edilib.
Parisdə İnsan muzeyində «Avropanın ilk sakinləri» sərgisində təsvirləri nümayiş
etlirilmiş, YUNESKO tərəfincəq qorunan abidələrldən sayılan Azıx mağarası acınacaqlı
vəziyyətə düşüb.Yalnız İslam abidələri deyil,xristian abidələri də təhqirə məruz qalır,bir
çox qədim Alban kilsələlri silah ambarlarına çevrilib.
Fauna aləminə də sağalmaz yaralar vurulub. «Qırmızı kitaba» salınmış bir sıra nadir
heyvanlar,quşlar tamamilə qırılıb qurtarmaqdadır. İki işğal olunmuş rayonumuzdakı göllər
Medzamorda Ermənistan Atom Elektrostansiyasının nüvə tullantılarının zibilliyinə
çevrilib. Cənubi Qafqazın ən böyük çaylarından olan Araza və onun Oxçuçay qoluna da
nüvə qalıntıları axıdılmaqdadır.Bu tullantıların,qalıqların başqa bir hissəsi işğal olunmuş
Azərbaycan rayonlarında torpağa basdırılır. Radioaktv şüalanmaya işğal olunmuş
əraziləridəki erməni əsgərləri də məruz qalır, şüalanmadan ağır xəstələnənələr və hətta
253
ölənlər haqqında məlumatlar var.Belə aiələlərdə anadan şikəst doğulan uşaqları da nəzərə
alsaq çox qədim və müdrük həqiqət bir daha təsdiq olunur -- başqasının başına bəla açanlar
gec-tez özləri də bəlaya düçar olur.
Hər hansı canlı həyat əlamətinin məhv edilməsi yalnız yerdə və havada yox,yerin
altında da müşahidə olunur.Daha doğrusu bunu yer altında talan da adlandırmaq olar.İşğal
olunmuş zəngin Qarabağ torpaqlarının təkində qızıl və başqa qiymətli metallar qərat edilir.
Bütöv kəndlər xaraba qoyulur,dağılmış evlərin daşlarından inşaat məqsədləri üçün istifadə
edilir,sanki başqa bir qədim deyimi də büsbütün unudublar :- özgə evinin xərabələri
üzərində öz evini tikmək cinayətdir.
Bu «yandırılımş torpaq» taktikası yalnız iqtisadi və qisasçılıq xarakteri
daşımır(Məlum deyil nəyin qisasını almaq istəyirlər.Azərbaycan bir qarış Ermənistan
torpağını işğal etməyib). Bu taktika başqa bir məqsədə də xidmət edir.Bütün dünyaya
bəyan etmək istəyirlər ki,bu torpaqlarda nə insan olub,nə tarix,nə evlər,nə ağaclar,hətta nə
də quşlar,balıqlar… Və bir başqa məqsəd də var:yaxşi bilirlər ki,Azərbaycan mütləq öz
torpaqlarını azad edəcək, - deməli bu yerləri elə bir hala salmaq lazıimdır ki,insanlar uzun
zaman burada normal yaşaya bilməsin.
Beynəlxalq ekoloji qaydalara görə münaqişədə olan tərəflər ətraf mühitin qorunması
haqqında beynəlxalq hüquqa hörmət etməlidir. Ermənistan bu qaydalara məhəl
qoymur.Eləcə də bu dövlət Azərbaycanın ərazi bütövlüyünü tanıyan dünya ictimaiyyəıtinin
rəyini də saya salmır.Halbuki bu mövqe BMT-nin və Parlamentlərarası Birliyin bir çox
qətnamələrində açıq-aşkar bəyan olunub.
Azərbaycan xalıqnın heç kəsin torpağında gözü yoxdur və dediyim kimi Ermənistani
Respublikasının bir qarış ərazisini də işğal etməyib.Bununla bərabər,biz ədalətin bərpa
olunması,torpaqlarımızın azad edilməsi üçün və təcavüzkarın təbiətimizi məhv etməsinə
imkan verilməməsi üçün bütün vasitələrdən istifadə edəcəyik. Çıxışımın sonunda,mənə
verilən bu imkandan istifadə edərək, hörmətli Sədr sizə və Komitə üzvləri,hörmətli
həmkarlarıma müraciət etmək istəyirəm ki,bu faciəvi ekolorji duruma biganə qalmayasınız.
Ermənistandan tələb edəsiniz ki, beynəlxalq öhdəliklərə əməl etsin, Azərbaycan
254
ərazilərindən işğalçı silahlı qüvvələrini qeydsiz-şərtsiz çıxarması haqqında BMT-nin dörd
qətnaməsinə əməl etsin. Diqqətinizə görə təşəkkür edirəm.
|