Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından


DİALOQ AVRASYA PLATFORMU 7 -Cİ ÜMUMİ



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə55/274
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2189
növüYazı
1   ...   51   52   53   54   55   56   57   58   ...   274
DİALOQ AVRASYA PLATFORMU 7 -Cİ ÜMUMİ 

İCLASININ AÇILIŞINDA ÇIXIŞI 

 

Sayın  Başqan,  əziz  dostum  İlbər  Ortaylı,  sayın  qatılımçılar,  dəyərli  Mediya 

mənsubları! 

Altı  il  öncə  Dialoq  Avrasya  platformunun  təməli  qoyularkən  demişdim  ki, 

İstanbulda Asiyayla Avropanı birləşdirən iki körpü var, qoy  bizim  bu təşkilatımız da iki 

qitəni birbşdirən Üçüncü körpü olsun -mənəviyyat, mədəniyyət körpüsü. Bu aradan keçən 

illərdə gördük ki, doğrudan da belə oldu. Bir dostluq, anlaşma, barış körpüsü - mənəviyyat 

körpüsü qurduq. 

Avrasya anlayışı mürəkkəb və çoxyönlü anlayışdır. Coğrafi anlamda Avropanın bir 

ucu  Pireney  yarımadasında  İspaniya  və  Portegizdə,  bir  ucu  Uraldadır.  Asiya  də  Ural 

dağlarından  Doğuda  Yaponiyaya,  Güneydə  İndoneziyaya  qədər  uzanır.  Amma  biz  bu 

anlayışı bir qədər dar çərçivədə ələ aldıq - əsasən iki dili - Türkiyə türkcəsini və rus dilini 

anlayan ölkələri əhatə etdik. Jurnalımız da məhz bu çoğrafiyanın anlaşdığı iki dildə - tükcə 

və rusca çıxır. Bu toplantımızın Mediyanın Dialoqda roluna həsr olunması çox önəmlidir. 

Mediya XX və bəlkə də yeni başlamış XXI əsrlərin ən güclü silahıdır. Bu silah xoşgörülü, 

obyektiv,  vicdanlı  qəzetəçilərin  əlində  olanda  Xeyrə,  Barışa  xidmət  edir.  Burda  toplaşan 

jurnalistlər və burda olmayan bir çoxları məhz bu məqsədlərlə çalışırlar. 

Azərbaycanda  basın  (mətbuat)  tam  sərbəstdir.  Rəhmətlik  Prezidentimiz  Heydər 

Əliyevin hakimiyyətdə olduğu dövrdə senzura aradan qaldırıldı. Mən də, burda iştirak edən 

yazar  dostum  Elçin  də  Sovet  dönəmində  senzuradan  az  çəkməmişdik  və  bütün 

aydınlarımız kimi biz də senzuranın ləğvini böyük sevinclə qarşıladıq. 

Amma rəsmi senzuradan daha önəmli bir senzura da olmalıdır - yazı yazanın vicdanı 

və  sorumluluğu-məsuliyyəti.  Hər  zaman  ABŞ-da  eşitdiyim  və  əbədilik  yadımda  qalan 

sözləri  təkrar  etməkdən  yorulmuram,  Amerika  Televiziya-sında  çıxış  edənlərdən  biri 

deyirdi  ki,bu  ölkənin  Doğu  sahilində  Nyu  Yorkda  Azadlıq  abidəsi  ucalır.  Bir  abidə  də 

Amerikanın Batı sahilində Sakit okean sahilində ucaltmalıyıq - Məsuliyyət abidəsi. Çünki 




243 

 

hər  bir  ölkə,  hər  millət,  hər  toplum-cəmiyyət  yalnız  Azadlıqda  Sorumluluq-Məsuliyyət 



arasında  yaşaya  bilər,  Azadlıqsız  sorumluluq  olmadığı  kimi  məsuliyyətsiz  hürriyyət  də 

yalnız başıpozuqluq və anarşidir. 

Dünyada və o cümlədən nə yazıq ki, bizim ölkələrdə  - namuslu mətbuatdan başqa 

sarı  mətbuat  da  var.  Və  bu  sarı  mətbuat  zəhərli  qələmlərin  yuvasıdır.  Sovet  dönəmində, 

özəlliklə 20 və 30-cu illərdə «qırmızı terrordan» bəhs olunurdu. Bu gün terroru əbəs yerə 

İslamla bağlamağa cəhd edirlər, «yaşıl terrordan» dəm vururlar. Amma bəlkə ən təhlükəli 

terror - «sarı terrordur» - sarı mətbuatın terroru, insanları böhtanlarla, iftiralarla, yalanlarla 

gündən-günə misqal-misqal zəhərləyən sarı terror. 

Bu terror ayrı-ayrı şəxsləri, hədəfə alanda da son dərəcə ziyanlıdır, amma bütün bir 

ölkəyə,  xalqa  qarşı  yönəldiləndə  daha  böyük  fəlakətlərə  bais  olur.  Çox-çox  təəssüf  ki, 

bizim  xalqın  ən  ağır  yarası  olan  Qarabağ  məsələsi  bir  çox  vaxtlarda  dünya  medyasında 

məhz  belə  «sarı  terror»  -  yəni  faktların  qəsdən  və  qərəzlə  təhrif  olunması  vasitəsiylə 

ictimaiyyətə  təqdim  olunur.  Ən  yumşaq  halda  hər  iki  tərəfı  suçlayırlar.  Bizim  suçumuz 

nədir?  Biz  ki,  heç  bir  qonşu  dövlətin  bir  qarış  torpağını  belə  zəbt  etməmişik,  bizim 

torpaqlarımızın  iyirmi  faizi  işğal  edilib,  bir  milyon  qaçqınımız  var,yəni  hər  səkkiz  nəfər 

Azərbaycanlıdan  biri  ağır  qaçqın  həyatı  sürür.  Ən  yaxşı  halda  bizi  güzəştə  dəvət  edirlər. 

Biz nəyi güzəştə getməliyik? Hər iki tərəfin güzəştini isə təxminən belə təsəvvür edirlər - 

birisi qonşusunun dörd otaqlı mənzilinin iki otağını zəbt edib, sonra «güzəştə» gedərək bir 

otağı qaytarır, birini mənimsəyir. Belə güzəşt olar? Mən bir yazar kimi də, bir ata və baba 

kimi  də  savaşın  əleyhinəyəm,  heç  vaxt  istəmərəm  ki,  insanların  qanı  tökülsün  nə  Azəri 

qanı,  nə  erməni  ya  hər  hansı  başqa  xalqm  qanı,  amma  Qarabağ  bizimçün  şərəf  və  vətən 

məsələsidir. Biz bu ağır sorunu övladlarımıza  miras qoya bilmərik. Heç kəs istər iqtidar, 

istər  müxalifət  olsun  Qarabağın  itirilməsiylə  heç  vaxt  razılaşmaz  və  biz  dədə-baba 

torpaqlırımızı nə yolla olur olsun qaytaracayıq. 

Mən ona da inanıram ya bəlkə inanmaq istəyirəm ki, gec-tez Ermənistanda da ayıq 

başlar  söz  sahibi  olacaq  və  bu  əsassız  torpaq  iddialarının  yalnız  Azərbaycana  və 

Türkiyyəyə deyil Ermənistanın özünə də sağalmaz zərbə vurduğunü dərk edəcəklər. İşğal 



244 

 

olunmuş  torpaqlarımız  azad  olunandan  sonra,  Qarabağda  yaşayan  bütün  insanların  -



Azərilərin  də,  ermənilərin  də  hüququ  və  təhlükəzisliyi  Azərbaycan  Ana  Yasası 

çərçivəsində  təmin  olunandan  sonra,  Ermənistan  Türkiyəyə  ərazi  və  «soyqırım» 

iddialarından əl çəkəndən sonra bu ölkə onu boğan təcrid hasarlarından çıxa bilər və bizim 

bu  toplantılara  da  qatıla  bilər.  Nədən  də  qatılmasın?  Ermənistan  bu  çoğrafiyanın 

məmləkətidir  və  qonşularına  düşmən  gözüylə  baxmasa  Avrasiya  ailəsində  yer  tuta  bilər. 

Ermənistanda  ayıq  başlar  varsa  gec-tez  qonşu  torpaqlarına  tamah  salmağın,  qonşulara 

nifrət və kin bəsləməyin axırı olmadığın anlayacaqlar. 

Bu  il  YUNESKO-nun  da  elan  etdiyi  kimi  Mevlana  ilidir.  Böyük  Cəlaləddin  Rumi 

insanları dinindən, dilindən, irqindən asılı olmayaraq qardaşlığa, xoşgörüyə, dözümlülüyə-

tolerantlığa, barışa çağırırdı. Biz bu mənəvi mirasa sahib çıxmalıyıq və sözümü başqa bir 

böyük şairin -Nazım Hikmətin misralarıyla bitirmək istəyirəm: Yaşamaq bir ağac kibi tək 

və hürr və bir orman kibi kardeşcesine. 



8 aprel, 2006, Antalya 

 

 



 

 



245 

 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin