Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə53/274
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2189
növüYazı
1   ...   49   50   51   52   53   54   55   56   ...   274
TÜRKİYƏ YAZARLAR  SİNDİKASININ  

VIII QURULTAYINDA ÇIXIŞ 

Sayın Başqan! Əziz qardaşlarım! 

Azərbaycan  Yazıçılar  Birliyi  adından  Turkiyə  Yazarlarının  VIII  Qurultayını 

salamlamağın, təbrik etmənin şərəfini duyuram. Ayrıca sizləri qarşıdakı bayramlarla təbrik 

edirəm.  «Bayramlarla»  -  deyirəm,  çünki  bu  günlər  Ramazan  bayramıyla  bərabər 

Azərbaycan  xalqının  əskilərdən  bəri  sevinclə  keçirdiyi  Novruz  bayramını  qeyd  edirik. 

Amma  bu  il  Novruzu  xalqımız  acılar  və  göz  yaşları  içində  keçirir.  Yurdumuzda  savaş 

gedir,  torpağımıza  qəsd  olunub,  təcavüz  davam  edir.  Biz  Novruzu  göz  yaşları  arasında 

gülümsəyərək  keçiririk,  çünki  Novruz  elə  bir  bayramdır  ki,  ayrı-ayrı  insanlar  da,  bütöv 

xalq da bu gün bir azacıq dərdlərini-acılarını unutmağa çalışır, bir təsəlli, bir umid arayır. 

Biz də dincliyə və barışa umidlə yaşayırıq. Biz barış istəyirik, amma bu barış ləyaqətimizi, 

onurumuzu,  şərəfimizi  qırmayacaq  bir  barış  olmalıdır.  Torpağımızın  bölünməzliyi, 

sərhədlərimizin  toxunulmazlığı,  ölkəmizdə  yaşayan  bütün  milli  azlıqların  insani 

hüquqlarının təmin olunması bu barışın şərtləridir. Biz belə bir barışa inanırıq, ümid edirik. 

Bu  ümid  bu  gün  ağır,  soyuq  qışdan  sonra  qan  və  göz  yaşlarıyla  çilənmiş  Azərbaycan 

çöllərində  qarların  altından  baş  qaldıran  fidanlar  kimidir  -  novruzgülü,  nərgiz,  bənövşə 

kimidir.  O  bənövşə  ki,  ona  XVI  əsrin  böyük  azəri  şairi  Qurbani  ölümsüz  misralar  həsr 

edib: 


Qurbani der: gönlum bundan sayrudur,  

Nə etmişəm, yarım məndən ayrıdur,  

Ayrılıqmı çəkib boynu əyridir,  

Heç yerdə görmədim düz mənekşəni. 

Mən  bu  bəndi  yalnız  iki  hərfi  dəyişərək  oxudum:Siz  «mənekşə»  deyirsiz,  biz 

«bənövşə».Eyni  kökdən,  eyni  qaynaqdan  olan  dillərimiz  arasında  XVI  əsrdə  də,  ondan 

əvvəl və sonra da çox az fərq olub. Amma son iki əsrdə bu fərq artıb və yenə başqa bir şeir 

misraları yada düşür ki, «mən səndən ayrılmazdım, zulmnən ayırdılar». Uzun illər bizi bir-

birimizdən ayırmağa, aralamağa çalışdılar, amma  bu gün dillərimiz fərqlənsə də,  müstəqil  




237 

 

Türkiyə türkcəsi və  müstəqil Azəri türkcəsi olsa da, ruhumuz birdir, mənəviyyatımız birdir 



və bu ruh birliyinin, qəlb birliyinin qorunub saxlanmasında ədəbiyyatın, sənətin yeri çox 

önəmlidir.  Sərhədləri,  divarları,  çəpərləri  hökumətlər,  dövlətlər,  rejimlər  qurur,  sənətçilər 

yıxıb  dağıdırlar.  Çağdaş  Türkiyəylə  bütün  əlaqələrimiz  yasaqlananda  bu  ölkəni,  onun 

insanını  bizlərə  sizlər  tanıtdınız  -  hekayələrinizlə,  romanlarınızla,  şeirlərinizlə, 

məqalələrinizlə  Türkiyədən  gələn  səsləri,  soraqları  həsrətlə  gözlədik  və  Bakıda  böyük 

Nazim  Hikməti  bağrımıza  basanda  Türkiyəni,  türk  xalqını  qucaqlayırdıq.  Burada, 

Türkiyədə  Sizin  üçun  Nazim  Hikmət  devrimçiliyin,  inqilabçılığın  rəmzi      idi,  orada, 

Azərbaycanda  Nazim  Hikmət  bizimçün  türklüyün,  türk  ədəbiyyatının,  türk  kültürünün 

rəmzi idi. Bu gün, çox şükur, yaşayan-yaradan bir çox məşhur türk yazıçıları, onların çoxu 

indi bu salondadırlar, bizə Türkiyə insanının qəlbini, iç dünyasını açdı. Xalqların bir-birini 

tanımasının  ən  qısa  yolu  və  ən  etibarlı  vasitəsi  ədəbiyyatdır,  sənətdir.  Bütün  çətinliklərə 

rəğmən istər klassik, istərsə də çağdaş türk ədəbiyyatının dəyərli örnəkləri Azərbaycanda 

çap edildi. Türkiyədə də bir sıra Azərbaycan yazarlarının kitabları çıxdı. Amma bu azdır, 

yetər  deyil.  Bir-birimizi  daha  yaxın,  daha  yaxşı  tanımamız  üçün  ədəbiyyatlarımızı  daha 

geniş təbliğ etməliyik. 

Bir vaxtlar bizdə Türkiyəylə bağlı olan hər şeyə «pantürkizm» damğası vururdularsa, 

burada,  Türkiyədə  də,  bilirəm  ki,  yasaqlar  vardı,  Azərbaycan  ədəbiyyatının  burada 

kommunizm  ideyalarını  yaymağından  qorxurdular.  Bu  gün  bu  qorxu,  bir  qədər  şəklini 

dəyişsə də, yenə var: indi də bəziləri Azərbaycandan aşırı (ifrat) millətçiliyin, turançılığın, 

təməl  dinciliyin,  bilməm  daha  nələrin  gələcəyindən  qorxur.  Belə  düşünənlər  sakit  ola 

bilərlər.  Azərbaycan  ədəbiyyatı  Türkiyəyə  heç  bir  siyasi,  ya  dini  təbliğatı  deyil,  yalnız 

bircə  şeyi  gətirəcəkdir:  Azarbaycan  haqqında  həqiqəti,  Azərbaycanın  gerçəkliyini,  azəri 

xalqının  illərdən  bəri  qarşılaşdığı  və  bu  gün  də  qarşılaşmaqda  olduğu  sorunları, 

problemləri, şəhər səhnələrini, kənd mənzərələrini, adi, sıradan insanımızın iç dünyasını - 

sevincini, kədərini, acısını, ümidini... 

Çağdaş ədəbiyyatımız bu işi ən yüksək estetik səviyyədə görə bilər. Burada ara-sıra 

azəri  ədəbiyyatına  laqeyd,  maraqsız  münasibətlə  də  qarşılaşdım.  Kimlərdəsə  çağdaş 



238 

 

şeirimizin,  nəsrimizin  müasir  dünya  səviyyəsinə  uyğun  olmaması,  əsrin  ədəbi  inkişaf 



yollarından kənarda, ya geridə qalması fikri var. Bu yanlış duşüncə yalnız bilməməzlikdən 

doğulur. Bəlkə bunda bizim də suçumuz var. 

Doğrudan  da,  Türkiyədə  bəzən  elə  kitablar  çıxır  ki,  onlar  müasir  Azərbaycan 

ədəbiyyatı barəsində yarımçıq təəssürat oyadır, yalnız bir qolu, bir üslubu, bir səpkisi olan 

yeknəsək, haradasa bəsit bir ədəbiyyat kimi görünməsinə səbəb olur. Əslində belə deyil,bu 

gün azəri ədəbiyyatında Batının və Doğunun çeşidli estetik cərəyanları, sənət məktəblərinə 

uyğun  gələn  çox  turlu  yönlər  var  -əfsunlu,  sehrli  realizmdən  tutmuş  naturalizmədək, 

surrealizmdən,  avanqardizmdən  tutmuş  -  ənənəvi  Şərq  biçimlərinə  qədər.  Amma 

Azərbaycan  ədəbiyyatının  Ana  caddəsi  -  Baş  yolu,  əsas  yolu  -  gerçəklik  magistralıdır, 

həyatı  bütün  əlvanlığı  və  mürəkkəbliyiylə  göstərmək,  açmaq,  anlamaq  və  izah  etmək 

yoludur.  Milli  köklərə  dayanan  və  dünya  sənətinin  qazanclarını  mənimsəyən  inkişaf 

yoludur. 

Bu  ədəbiyyatı  daha  yaxından  tanıdıqca  günümüzün  azəri  insanını  daha  yaxından 

tanıyacaqsınız,  Azərbaycanın  bugünkü  durumunu,  vəziyyətini  daha  yaxşı  biləcəksiniz. 

Azərbaycan  xalqının  mübarizəsini,  ağrısını,  acısını,  gələcəyə  ümidlərini  daha  gözəl 

duyacaqsınız. 

Azərbaycan  Yazıçıları  adından  Sizləri  bir  daha  salamlayır  və  Qurultaydakı 

çalışmalarınızda, ədəbi yaradıcılığınızda hamınıza böyük başarılar, uğurlar diləyirəm. 



1993 mart 

 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin