TÜRK DÜNYASI YAZIÇILARININ 111 QURULTAYININ
AÇILIŞINDA ÇIXIŞ
Azərbaycan Respublikasının hörmətli prezidenti cənab Heydər Əliyev!
Türk dünyası yazıçılarının 111 Qurultayının hörmətli iştirakçıları, əziz qonaqlarımız,
mətbuat işçiləri!
Türk dünyası yazıçışlarının Bakıda keçirilən 111 qurultayını açmaq şərəfi mənə
nəsib olduğu üçün həyəcan və qürur hissi duyuram.
229
Türk dünyası yazıçılarının ilk Qurultayı 1992-ci ildə Ankara şəhərində oldu və bu
qurultayda Türkiyəninin o vaxtkı Cümhur Başqanı,rəhmətlik Turqut Özal iştirak və çıxış
etdi. İkinci qurultay yenə Ankarada keçirildi və orada Türkiyənin bugünkü Cümhur
Başqanı hörmətli Süleyman Dəmirəl iştirak və çıxış etdi.
Çox şadıq ki, hörmətli Prezidentimiz Heydər Əliyev cənabları bizim dəvətimizi
qəbul edərək Türk dünyası yaşıçılarının Bakıla keçirilən 111 Qurultayında iştirak edir.
Mən xüsusi qeyd etmək istəyirəm ki, bu qurultayın Bakıda keçirilməsinə, Qurultayla
əlaqədar başqa tədbirlərin, Böyük Füzulinin 500 illiyinin zirvə təlbirlərinin, TÜRKSOY-un
konfransının, beynəlxalq elmi simpoziumun keçirilməsinə ancaq ona görə nail ola bildik
ki, cənab Heydər Əliyev bu işlərə böyük maraq,diqqət və qayğı ilə yanaşdı və
Azərbaycanın bütün çətinliklərinə baxmayaraq, bu tədbirlərin yüksək səviyyədə
keçirilməsi üçün lazımi göstərişlər verdi, köməyini əsirgəmədi.
Qurultayımızın başqa tədbirlərlə eyni vaxta düşməsi əlamətdardır.Bir neçə gün əvvəl
biz Naxçıvanda təkcə Azərbaycanın deyil,bütün türk dünyasının böyük sənətkarı,bütün
türk dünyasının ruhunu ifadə edən,onun,mənəvi dəyərlərini ifadə edən Hüseyn Cavidin
əzəmətli məqbərəsinin açılışında iştirak etdik.Onu da qeyd etmək istəyirəm ki, Stalinin və
Bağırovun bədxah niyyəti,amansız hökmü ilə Sibirə sürgün olunub orada məhv edilmiş
Hüseyn Cavid Heydər Əliyevin xeyirxah niyyyəti və cəsarəti ilə yenidən öz ana torpağına
qaytarıldı və orada əbədiyyətə qovuşdu.Bu günlərdə biz böyük Füzulinin 500 illiyini qeyd
edəcəyik.Bizim Qurultayın bu iki tədbir arasında keçirilməsi mənə elə gəlir ki,böyük
ustadlarımızın -- Füzulinin də,Cavidin də ruhunu şad edir.
90 il bundan qabaq Sabirlə,Ömər Faiqlə, Haqverdiyevlə, Qəmküsarla birlikdə
«Molla Nəsrəddin» jurnalını nəşr edən,bu jurnalın vasitəsiylə demokratik ideyaları yayan,
təbliğ edən, xalqın maariflənməsi uğrunda mübarizə aparan Mirzə Cəlil
Məmmədquluzadənin də ruhu şad olur. 90 il əvvəl «Fyüzat» jurnalında türkçülük
ideyasını, türk xalqlarının mənəvi birliyini tərənnüm edən Əlibəy Hüseynzadənin də ruhu
şad olur.
230
Bu gün biz Orxon yazılarından üzü bəri ən azı 1500 illik tarixi olan yazı
mədəniyyətimizin varisləriyik. Yunus İmrənin və Nəsiminin,Nəvainin və Məhtumqulunun,
Mirzə Fətəlinin və Namiq Kamalın, Abdulla Tuqayın və Abayın, Qaşqarlı Mahmudun və
Qaspiralı İsmayılın mənəvi varisləriyik. Bu gün biz əsrlərdən keçib gələn müdrik Dədə
Qorqud,qoç Koroğlu, cəsur Manas,igid Salavat Yulayev ruhunu yaşadan və təbliğ edən
türk dünyasının yazarları, aydınlari, ziyalılarıyıq.
Təsadüfi deyil ki, ilk türkoloji Qurultay da Bakıda, «İsmailiyyə» dediyimiz və indi
Azərbaycan Elmlər Akademiyasının Rəyasət Heyətinin yerləşdiyi bu binanın həmin bu
salonunda keçirilmiş və qurutayda mühüm qərarlar qəbul olunmuşdur.Onu da qeyd etmək
istərdim ki, bu qurultayda Azərbaycandan iştirak edən 16 nümayəndədən yalnız biri -
Səməd Ağamalıoğlu öz əcəli ilə ölmüşlür.Qalan 15 nümayəndənin hamısı sürgün
olunmuş,güllələnmiş,məhv edilmişdir.Başqa türk respublikalarından olan nümayəndələr --
Tatarstandan Qalımcan İbrahimov və Q.Şərif, Qazaxstandan Əhməd Baytursun, Qaraçay-
Balkardan Ömər Əliyev də Stalin repressiyalarının qurbanı olmuşlar.
Bu gün səhər biz Şəhidlər xiyabanını ziyarət etdik.Təklif edirəm ki,bütün
xalqlarımızın
şəhidlərinin
-
ilk
türkolojıi
qurultayın
qurban
getmiş
nümayəndələrinin,sonrakı sınaqlarda şəhid verdiyimiz insanların xatirəsini bir dəqiqə
sükutla yad edək. Allah rəhmət eləsin.
Türk dünyası Aralıq dənizi, Egey dənizi,Mərmərə dənizi, Qara dəniz,Azov dənizi,
Xəzər dənizi,Aral dənizi, sahillərində yerləşən, Balkanlardan Çin səddinə qədər,
Yakutiyadan Kərkükə qədər uzanan böyük bir sahəni əhatə edən, milyonlarla insanın
yaşadığı bir ərazidir.Bu ərazinin ruhunu yaşadanlar arasında yazıçıların xüsusi yeri var. Ən
çətin təqib illərində belə ədəbiyyatımız dilimizin,milli ruhumuzun, mənəviyyatımızın
keşiyində durmuş və milli varlığımızın son müdafiə qalası,son istehkamı olmuşdur.
Şükür ki,bu gün biz bu bayramı müstəqil türk dövlətləri arasında keçiririk, xoşbəxtik
ki,biz bu tədbiri müstəqil Azərbaycanda milli dövlət bayrağımızla,öz Prezidentimizlə
birlikdə keçiririk. Bu böyük xoşbəxtliyi bizə tale bəxş eləyib,bu böyük xoşbəxtliyi
xalqımızın illər boyu davam edən mübarizələrində qazanmışıq.
231
Türk dünyası yazıçılarının 1 və 11 qurultaylarında bir çox təkliflər irəli sürüldü və
bunların böyük bip qismi həyata keçirilməkdədir.Türk xalqlarının UNESKO tipli
təşkilatının yaradılması təklifi irəli sürülmüşdü və indi TÜRKSOY fəaliyyət göstərir,
«Dədə Qorqud» ensiklopediyasının hazırlanması haqqında təklif irəli sürülmüşdü və indi
bu iş,demək olar ki,bitmək üzrədir.Ümiid edirəm ki,111 qurultayda irəli sürüləcək təklilər
də həyata keçiriləcək və türk xalqlarının mənəvi-mədəni birliyi daha da
möhkəmlənəcəkdir. Türk xalqlarının mənəvi-mədəni birliyi heç kəsə qarşı,heç bir qonşu və
ya başqa bir dövlətə qarşı,xalqa qarşı yönəlməyib.Qədim «İpək yolu» türk xalqlarının
yaşadıqları sahələrdən keçir və türk xalqlarının yolu da bu İpək yoludur,ünsiyyət
yoludur,xalqları barışdıran,bir-birinə tanıdan yoldur,bütün dünyaya açıq olan,dünyanın
mənəvi dəyərlərini mənimsəyən və öz mənəvi dəyərlərini bütün dünyaya tanıtmaq istəyən
insanların,aydınların,ziyalıların yoludur. Bu nəcib işdə Tanrı bizə yar olsun.
İcazənizlə Türk dünyası yazıçılarının Üçüncü qurultayını açıq elan edim.
(6 noyabr 1996)
|