Neriman Qurban indd



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə124/175
tarix02.01.2022
ölçüsü2,37 Mb.
#2192
1   ...   120   121   122   123   124   125   126   127   ...   175
bu şapalaq vurmaqla iş bitmir, onun rişəsini çıхarmalısınız. On-

lardan yazmaq lazımdır, bunu səndən və Əhməd Cavaddan tələb 

edirik...”

 Vəziyyətdən çıxmaq üçün söz aldı, iradlara cavab verməyə 

özünə  bəraət  qazandırmağa  çalışdı,  dedi,  o  deyilən  “Son 

səhifə” hekayəsindəndi, komsomolçu qız Marqaritanı bıçaqla 

öldürmürlər,  əksinə,  o  əyyaş  əri  Xəlili  bıçaqla  qorхudub 

evdən qovur.

 “İndi bu gün Oktyabr İnqilabının iyirmi illiyinə aid iki əsər 

hazırlayıram, – dedi, – Birisi Vaqif dövrünə dair on dörd pe-

çat listlik romandı. İkincisi, Mingəçevir nəsli barədə ən aktual 

məsələdi. Zənn edirəm ki, aktual sahədə nə qədər əsər yaz-

sam, hamısı yaxşı olacaq”.

 “Amma ortada əsər yoxdu”, – “Gənc tənqidçilər”dən biri is-

tehzayla yerindən söz atdı.

  Əlbəttə,  yoxdu,  bundan  ötrü  Mingəçevirə  getməli, 

əməkçilərlə  görüşməlidi,  bu  məqsədlə  Yazıçılar  İttifaqının 

sədrinə ərizə yazıb, xahişinəsə hələ cavab verilməyib; Tərtər 

və pambıq mövzusunda yazmaq istədikləri də buna görə baş 

tutmayıb. Ancaq  bütün  bunları  demədi,  bilirdi  ki,  bu  dəlil-

subutları eşidən olmayacaq.

  Plenumun  ikinci  günü  Mikayıl  Müşfiq  “səhvlərini  etiraf 

eləyib”, “özünü yenidən quracağına” söz verib “Duyğu yarpaq-

ları”  şerini  oxuyanda  kövrəldi:  ifşa  düşkünləri  təkcə 

“cığırdaşlar”a  yox,  heç  bu  cür  cavan  şairə  də  rəhm  eləmək 

fikrində deyillər. Çətin olacaq, çox çətin olacaq!

 Son günün axşamı plenum iştirakçılarıyla son günün axşa-

mı  filarmoniyaya,  Xan  Şuşinskinin  konsertinə  gedəndə 

qəlbindəki ağırlığın bir qədər azaldığını hiss elədi: bu dəfə də 

ötüşdü, “tənqid”lə qurtardılar, sonrasını Allah bilir. Bir azdan 

Xanın  ecazkar  səsi  onu  götürüb  Şuşaya  aparmışdı,  uşaqlıq 

illərinin keçdiyi yerləri qarış-qarış gəzdirir, dağları, meşələri, 




468

bulaqları, cığırları dolaşdırırdı. Abdulla Şaiqlə filarmoniyadan 

çıxıb üzüyuxarı qalxanda yadına düşdü ki, duyğulardan ya-

şarmış gözləri hələ də nəmdi.

 ...Ehtiyacsa artıq qapını kəsdirmişdi, arvad-uşağının üzünə 

baxmağa  belə  xəcalət  çəkirdi.  Bilqeyis  xanım  hər  şeyi  dərk 

eləyir, dözürdü, bəs bir-birindən kiçik olan üç balasına “yox-

luğu”  necə  başa  salsın?  Kitablarından  başqa  qiymətli  nəyi 

vardı ki, satıb uşaqlarına çörək alsın? Tolstoyun külliyyatını 

satdırdı, “Molla Nəsrəddin”in cildlənmiş illiklərini satdırdı, 

bununla nə vaxtacan tab gətirəcək? Adamların bir-birinə rast 

gəlmək üçün yollarını dəyişdikləri bir vaxtda kimin üstünə 

gedəcək?

  “Gənc  tənqidçi”  Hidayət  Əfəndiyev,  görünür,  baş  verən-

lərdən  “lazımi  nəticə”  çıxarmışdı.  Plenumdan  cəmi  üç  həftə 

sonra “Kommunist” qəzetində “Ədəbiyyatda kontrrevolyusion 

sarsaqlama əleyhinə” adlı məqalə çap etdirib bir vaxt təriflədiyi 

“Studentlər” romanını topa tutdu:

  “Studentlər”  əsəri  hər  cəhətdən  müəllifin  kontrrevolyusion 

cəfəngiyatına müvafiq qurulmuşdur... Bu əsər Yusif Vəzirin öz ya-

radıcılığında hələ də bu günə qədər kontrrevolyusion-müsavat ide-

yalarına nə dərəcədə sadiq qaldığını aydın göstərir. Bu əsərin redak-

torluğunu edən M.K.Ələkbərlinin belə kontrrevolyusion və antiso-

vet  kitabın  kütlə  arasında  heç  bir  dəyişiklik  etmədən  buraxması 

təəccüblüdür. Redaktor buna cavab verməlidir”.

 Amma cəmi üç həftə sonra Hidayət Əfəndiyevin özü ca-

vab verməli oldu. Qəzet “İkiüzlü tənqidçi” sərlövhəli redaksiya 

məqaləsi  verib  “revolyusion  sayıqlığı”  artırmış,  onu  “ifşa” 

eləmişdi.  Zərbəsə  ikibaşlıydı,  “gənc  tənqidçi”ni  də,  onun 

hədəfini  də  təhlükə  altında  qoyurdu,  ittihamların  nəylə 

nəticələnəcəyini hələ heç biri bilmirdi.

 Əlbəttə, romanını nəşriyyata verməkdən söhbət belə gedə 

bilməzdi:  “Kontrrevolyusion-müsavatçı”  müəllifin  yazdığı, 


Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin