Neriman Qurban indd


XVIII FƏSİL “ŞƏRQ MƏSƏLƏLƏRİ ÜZRƏ MÜTƏXƏSSİS”  Leo Əsəd bəy Nussimbaum



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə56/175
tarix02.01.2022
ölçüsü2,37 Mb.
#2192
1   ...   52   53   54   55   56   57   58   59   ...   175
XVIII FƏSİL

“ŞƏRQ MƏSƏLƏLƏRİ ÜZRƏ MÜTƏXƏSSİS”



 Leo Əsəd bəy Nussimbaum

 Berlin 

 İyul 1924-cü-oktyabr 1926-cı illər

 O illər Berlin güzəran sarıdan ağır günlərini yaşayırdı. Pul 

qiymətdən  düşür,  həyat  bahalaşırdı,  mühasirlər,  əsasən 

Parisə, bir qədər də Praqaya və Vyanaya üz tuturdular. Artıq 

Leo-Əsəd  bəyin  tanışlarının  ailəsindən  də  gedən  olmuşdu. 

Ünsiyyətlərinin  dairəsi  get-gedə  daralsa  da,  özünü  hələ  ta-

mam tənha saymırdı, görüşməyə, fantaziyalarını danışmağa 

adamlar vardı.

 Abram Nussimbaum sanki oğlunu taleyin ixtiyarına bu-

raxmışdı,  daha  atalıq  vəzifəsini  yerinə  yetirməyə,  oğluna 

məsləhət  verməyə,  yol  göstərməyə,  hətta  danlamağa  belə 

həvəs göstərmirdi: onsuz da bir faydası olmayacaq, qoy bun-

dan sonra necə istəyir, elə yaşasın; artıq on doqquz yaşına ke-

çib, həyatını özü təmin eləməkdə sərbəstdi; atasının sözünə 

baxmadı, ciddi bir peşə arxasınca getmədi, dövlət idarələrində 

qulluğa can atmadı, fəslə, əmmaməylə gəzmək ona nə xeyir 

gətirəcək?



269

 Leo Əsəd bəysə, elə bil, atasının acığına hətta qurşağının 

altına xəncər də keçirirdi: az qala, bir-birinə oxşayan mühacir 

cavanların arasında fərqlənməliydi axı! Düzdü, atasının dedi-

yi kimi, fəslə, əmmaməylə şərqli olmayacaq, amma insanların 

yaddaşında şərqli kimi qalacaq, bundan sonrasısa o qədər də 

çətin deyil, Leo Allahın verdiyi qabiliyyətini göstərər.

  “Frankfurter  Zeintunq”u  alır,  Leopold  Veysin  Yaxın 

Şərqdən  göndərdiyi  reportajları  acgözlüklə  oxuyurdu.  Geri 

qayıdanda  görüşmədiyindən,  Leo-Əsəd  bəyi  bəlkə  də  artıq 

unutduğundan bir qədər incisə də, hələ ona heyranlıq duyur-

du: bir buna bax, cəmi iyirmi üç-iyirmi dörd yaşı var, İordan 

əmirilə, filosof Rza Tofiqlə görüşüb, Əl-Əzhər universitetində 

olub,  üstəlik,  kitab  çap  etdirib,  indi  səsi-sorağı  yenə  Şərq 

məmləkətlərindən gəlir. Şübhəsiz, xoşbəxt ulduz altında do-

ğulub həyatda hər şeyə nail olacaq. 

  O  –  Leo  Əsəd  bəysə  hələ  seminariyanın  məşğələlərində 

vaxt  öldürür,  Nabokovun-filanın  yanında  təriflənməkdən, 

alqış almaqdan ötrü dəridən-qabıqdan çıxır. Düzdü, yazdıq-

larının təriflənən vaxtı da olur, amma şeirlə hara gedib çıxa 

bilər  axı?  Məqsədinə  yetmək  istəyirsə,  artıq  rusca  yazmağa 

son qoymalıdı, çünki mühacirət qəzetlərinin miskin yazarına 

çevrilmək niyyəti yoxdu. Alman dilində yazmağa alışmaq la-

zımdı,  gələcək  bununla  bağlıdı.  Dünənə  qədər  elə  burda, 

Berlində  onlarla  mühacir  nəşri  vardı,  yavaş-yavaş  köçüb 

getdilər, indi rus nəşrlərinin mətbəələri ağzıgünə qalıb. Uğur 

qazanmaq istəyirsə, özünü yəhudi-mühacir kimi yox, alman-

şərqli  kimi  aparmalıdı,  yəni  Şərq  barədə  fikirlərini  alman 

dilində ifadə eləməlidi. 

 Pasternakların və Nabokovların evindəki axşamlar, ədəbi 

dərnək, həmişə tanıdığı dost-tanışlarla oturub-durmaq artıq 

Leo Əsəd bəyi darıxdırmağa başlamışdı, ünsiyyət dairəsinin 

hüdudlarını  genişləndirmək,  ciddi  yaradıcı  aləmə  qədəm 

qoymaq lazım idi. Bu yolun da başlıca olaraq, ədəbi kafelərdən 

keçdiyini  bilirdi.  Amma  o  mühitə  kiminsə  dəvətilə  getmə-



270

liydin ki, səni qəbul eləsinlər, “qabında nə olduğuyla” maraq-

lansınlar,  özlərinə  yaxın  buraxsınlar.  Bu  fürsəti  gözləyə-

gözləyə  Şərqə  dair  əlini  keçənləri  oxumalı  olur,  ya  da 

xəyallarının ardınca nağılvarı ölkələri dolaşırdı.

 Abram Nussimbaum daha uzaqlarda qalmış “əmlakı”nın 

səhmlərini satmaq ümidindən sanki əl çəkmişdi. Mühacirlərin 

azalması  da  onun  “bazarını”  lap  öldürmüşdü.  İndi  hər  gün 

nimdaş paltarını geyinib xeyriyyə cəmiyyətlərinə üz tutur, ya 

da  elə  Şarlottenburqdakı  kafelərin  hansındasa  bir  fincan 

qəhvə  arxasında  saatlarla  otururdu.  Berlində  keçirdiyi 

müddətdə dərk eləmişdi ki, onlara ancaq frau Köpke və dost-

ları  insani  münasibət  bəsləyirlər.  Tez-tez  olmasa  da,  arabir 

baş  çəkirdilər.  Bir  dəfə  keçmiş  əsir  Zondenberqlə  gəlmişdi: 

yadındadı, həmin sarışın, mavigözlü oğlan yaxşı pianino ça-

lırdı,  aradabir  Leonu  da  öyrətməyə  çalışırdı.  Sonra  Günter 

soyadlı  başqa  birilə  gəldi;  nikbin  xasiyyətli,  texnikanı  “su 

kimi içən” o cavan da yadındaydı. Hər gələndə Nussimba-

umların  vəziyyətilə  maraqlanırlar,  mütləq  yardım  eləyirlər, 

ən çox da Leonun təhsilini başa vurmasının qayğısını çəkirlər.

 “Mən belə fikirləşirəm ki, naməlum gələcəyə ümid bağla-

maqdansa,  geri  qayıtmaq  daha  yaxşı  olardı,  –  köhnə  tanışı 

peterburqlu mühacir Zibelman “vaxtını öldürmək üçün” masa 

arxasında  yerini  rahatlayıb  deyirdi.  –  Biri  elə  sən,  Abram 

Nussimbaum, qaçmasaydın, yeni hökumətə sədaqətini sübut 

eləsəydin, indi Bakıda rahatca yaşayırdın, hətta bəlkə də bö-

yük vəzifə sahibi olmuşdun”.

 “Bəs sədaqətimi sübut eləyə bilməsəydim necə? – Abram 

Nussimbaum  istehzayla  onu  süzürdü.  –  Bəs  siz,  Zibelman, 

Peterburq kimi yerdən niyə qaçdınız?”

 “Mənim başıma gələnlər ayrı əhvalatdı. – Zibelman köksü-

nü ötürürdü. – Bolşeviklərə dəxli yoxdu”.

 Abram həmsöhbətinin hələ çevrilişdən əvvəl özündən, az 

qala, iyirmi yaş cavan xanımla Baden-Badenə kefə gəldiyini, 

səfehliyi  ucbatından  bütün  varidatını  qumarda  uduzub, 



271

üstəlik, sevgilisini də itirdiyini, elə o günlərdə də Peterburqda 

çar devrilib aləm bir-birinə qarışdığından ara sakitləşənəcən 

Berlində girləndiyini, axırdasa itin də, ipin də əldən getdiyini 

görüb taleyilə barışdığını bilirdi. Hər halda, bunu ona – Nus-

simbauma  rəva  görürdüsə,  özü  də  Allaha  təvəkkül  Peter-

burqa qayıda bilərdi. Amma əmlakından pay almaq əvəzinə 

sözsüz-sovsuz divara söykənib güllələnəcəyindən qorxurdu. 

  Əslində,  bütün  bu  həqiqəti  ikisi  də  bilirdi,  sadəcə,  nə 

barədəsə söhbət eləmək, günün sıxıntısından qurtulmaq la-

zım idi...

***


 Eyni vəziyyət bəzən ata-oğul arasında da yaranırdı. Ab-

ram nəsə demək xətrinə oğlunun dərslərinin necə getdiyilə 

maraqlanır,  məsələn,  hüququ,  yaxud  tibbi  öyrənməyin  çox 

nüfuzlu olması barədə fikir söyləyirdi.

 “Bilirsən ki, bütün bunlar məni maraqlandırmır, – Leo ona 

etinasız tərzdə cavab verirdi. – Ömrümü kimin günahsız, ki-

min  günahkar,  kimin  xəstə,  kimin  sağlam  olmasını  sübut 

eləməklə keçirə bilmərəm. Mənim hədəfim başqadı”.

 “Həəə... – Abram barmaqlarıyla masanı taqqıldada-taqqıl-

dada başını bulayırdı. – Həyatın çətin olacaq, oğlum, çox çətin 

olacaq”.

 “Ancaq maraqlı olacaq, – Leonun dodaqlarına müəmmalı 

təbəssüm qonurdu. – Buna tam əminəm”.

  O  günlərdə  Leo  Əsəd  bəy,  nəhayət,  meydana  atılmaq 

məqamının  yetişdiyini  altıncı  duyğusuyla  hiss  eləyib  həyə-

canlanırdı: əlbəttə, artıq iyirmi yaşına qədəm qoymuşdu, bu 

qədər gəzib-görmüş, yazıb-oxumuşdu, həyatda layiq olduğu 

yerini tutmağa haqqı vardı. Amma hələ qapının hardan açıla-

cağını bilmirdi. Getdiyi hər yerdə tanış olduğu bütün adam-

lara özünü “Şərq məsələləri üzrə mütəxəssis” kimi nişan verirdi, 

yəqin axırda kimisə maqarlandıracaq, Leo Əsəd bəy Nussim-

bauma – bu cür daha cəlbedici səslənirdi – ehtiyac duyulacaq-

dı. Buna tamamilə əmin idi.



272

 Qapısa gözləmədiyi tərəfdən açıldı...

 Gimnaziya dostu Zadermanla məqsədsiz-filansız gəzdiyi 

günlərin birində onun tanışına rast gəldilər. Təxminən otuz 

yaşlarında cavan idi, tələsə-tələsə harasa gedirdi:

 “Tanış ol, – Zaderman salamlaşandan sonra Leoya üz tut-

du. – Valter Merinq “Di literarişe velt” həftəliyində işləyir. – 

Sonra üzünü Valterə tutdu. – Leo-Əsəd bəy Nussimbaum ba-

kılıdı, Şərq məsələləri üzrə mütəxəssisdi”.

 Merinq heyrətlə bir qədər ucaboylu, güləş sifətli, iri gözlü, 

geniş  alınlı,  qeyri-adi  geyimli  oğlanı  süzüb  tələm-tələsik 

dilləndi:

 “Çox şad oldum, – Əlini yeni tanışına uzatdı. – İndi bərk 

tələsirəm. Amma istirahət günü saat dörddə “Meqalomania” 

kafesinə gəlin, gözləyəcəm. Orda ətraflı söhbət edərik”.

  Leo  heyrətdən  dili-dodağı  təpimiş  halda  əlini  Merinqin 

ovcundan  çəkib  yeni  tanışının  arxasınca  baxdı,  sonra  rəngi 

dəyişdi,  qızardı,  hiddətlə  Zadermana  sarı  döndü:  bir  buna 

bax, axtardığı lap yaxında, əlçatardaymış, az qala, dünyanın 

ən  yaxşı  həftəlik  ədəbi  nəşrlərindən  biri  olan  “Ədəbiyyat 

aləmi”ndə işləyən adam dostunun dostuymuş, amma bu vax-

tacan ağlına gəlməyib ki, onu tanış eləsin. İntuisiyası ona pı-

çıldayırdı ki, yolun aydın olmayanda müdrik və ehtiyatlı adamlar-


Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin