Neriman Qurban indd



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə74/175
tarix02.01.2022
ölçüsü2,37 Mb.
#2192
1   ...   70   71   72   73   74   75   76   77   ...   175
“Son bahar” adlı hekayəsində qələmə alacaqdı: “Хəstə anasını 

və bacılarını sоn dəfə оlaraq vida nəzərindən kеçirib, yaşlı gözlərini 

divarın bir nöqtəsinə dikdi. Anası çarpayının qabağına yıхılıb, sızıl-

tılı  bir  nalə  ilə  balasını  çağırıb  fəğan  еdirdisə  də  cavab  gəlmirdi. 

Biçarə arvad yеnə inana bilmirdi ki, göz dikəcəyi bir оğlu оnu ümid-

siz qоyub, həyatdan uzaqlaşır… Balaca qızlar ah-fəğan ilə saçlarını 

yоlub, qardaşlarının mеyitinin üstə tökürdülər...”

 Mir Yusifsə uzun müddət sarsıntıdan özünə gələ bilmədi, 

həvəsdən düşdüyünə görə bir müddət məktəbə də getmədi, 

nəticədə də sinifdə qaldı:

 “...Ar olsun, sənə, – atası məktubunda yazırdı, – yoldaşların 

üçüncü klassa getdilər, sən gedə bilmədin. Məgər camaatdan xəcalət 

çəkmirsən,  gəzib-oxumağa  səy  etmədin.  Töhmət  altında  qaldın, 

mənim dərdimi artırdın və ümidim səndən kəsildi”.

 Əmisi Seyid Kazımın oğlu Mir Həsən ondan bir yaş böyük 

idi, tay-tuş, dost idilər, atasınınsa Mir Həsəndən zəndi-zəhləsi 

gedirdi:  fikrincə,  Mir  Yusifin  oxumamasının,  avara-avara 

gəzməsinin baiskarı Mir Həsən idi. Kişi səhv də eləmirdi: elə 

1905-ci il qarışıqlıqları vaxtı realnı məktəbin şagirdlərini öz 

müəllimlərinə lax yumurta atmaq üçün dilə tutan, hələ odlu-

alovlu çıxış da eləyən Mir Həsən olmuşdu.

  “Mən  ona  yazdım  ki,  –  Məşədi  Mir  Baba  arvadını 

töhmətləyirdi, – Mir Həsənlə gəzmə, xalq ondan incikdi, qar-

daşım  oğlundan  mənə  şikayət  elədilər.  Gərək  oğlum 

fikirləşəydi ki, mən onu müftə, yəni pulsuz oxuduram”.

 Yusifsə Mir Həsənlə ünsiyyətinə ara vermədi. O vaxt onun 

bağışladığı  karikatura  albomunu  indi  də  saxlayır:  “Karan-

daş”ın – fransız karikaturçusu Emmanuel Puarenin albomu-



322

na  avtoqraf  da  yazıb:  “Əzizim  Yusif  Musəviyə  Mir  Həsən 



Vəzirovdan  əbədi  xatirə”.  Ancaq  Mir  Yusif  “Musəvi”  olmadı: 

Arazın o tayındakı Çəmənzəmin kəndindən gəlib həyətlərinə 

sığınmış ailənin xətrinə “Çəmənzəminli” oldu.

  Onda  ilk  sevginin  dadını  da  hiss  eləmişdi.  1904-cü  ilin 

dekabrında Şuşaya xidməti vəzifəsini yerinə yetirmək üçün 

gələn kazak zabitinin qızı Olqanı görəndə qəlbində özünün 

də  baş  açmadığı  duyğular  yarandığını  sezmişdi.  Olqa  indi-

yəcən  gördüyü  qızların  heç  birinə  oxşamır,  Mir  Yusifdən 

çəkinib gizlənmirdi. Gündəliyində onun və özünün adından 

düzəltdiyi  “Olyus”a  xitabən  aşıb-daşan  hisslərini  qələmə 

alırdı. 

 Amma ilk sevgisinin ömrü cəmi bir il çəkdi. Kazak zabiti 

köçüb  getdi,  Mir  Yusifin  duyğuları  da  qəlbində  həzin 

göynərtiyə çevrildi... 

  Onda  qəlbinin  çırpıntılarını  ovutmaq  üçün  şəhərdən 

kənara çıxmağa, təbiətlə nəfəs-nəfəsə qalmağa üstünlük ve-

rirdi.  Hər  dəfə  də  Şuşanın  gözəllikləri  onu  ovsunlayır, 

gündəlik  həyatın  qayğılarını  unutmağa  kömək  eləyirdi. 



“Şəhərin  ətrafında  görmədiyim  bir  çox  yerlər  gördüm,  –  axşam 

gündəliyinə yazırdı, – Ləzzəti damağımdan getmir. Qəribə bura-



sıdır ki, burda doğulub iyirmi il də yaşamışam, hələ o gözəl çeşmələrə, 

bağlara, kahalara rast gəlməmişdim...” 

 Onda Şuşada ustalıqla səpilən milli ədavət üzündən qırğın 

olmuş, evlər yandırılmış, şəhər iki barışmaz cəbhəyə bölün-

müşdü. Realnı məktəb erməni məhəlləsində yerləşdiyindən, 

daha məktəbə gedə bilmirdi. Bu tərəfdən də atasının bazarı 

kasadlaşmışdı, əli gətirmirdi. Belə bir vaxtda Mir Yusif uşaq-

ları yığıb evdə onlara dərs keçir, ayda iyirmi-otuz manat qa-

zanırdı.  Amma  qazandığının  ailəyə  xeyri  yox  idi,  çoxunu 

kitab-dəftərə xərcləyirdi.

  O  yay  Kərim  bəy  Mehmandarov  və  Haşım  bəy  Vəzirov 

vəziyyətdən çıxış yolu tapmaq üçün çox əziyyət çəkdilər. On-

ların səyi nəticəsində şəhərin aşağı hissəsində xəstəxana, ye-




323

tim qalan uşaqlar üçün məktəb açıldı. Haşım bəy dərs demək 

üçün Yusifi də dəvət eləmişdi. Yusif gününün qalan hissəsini 

də  xəstəxanada  keçirir,  Kərim  bəyə  əlindən  gələn  köməyi 

göstərirdi.

 Kərim bəyi Sankt-Peterburq Tibb Cərrahlıq Akademiyası-

nı bitirmiş həkim kimi tanıyırdı: deyirdilər, orda rus arvadını 

və bir oğlunu qoyub gəlib. Burda Fətəli şahın nəvəsi, Abbas 

Mirzənin oğlu Bəhmən Mirzə Qacar-Qovanlının qızı Zərri xa-

nımla  evlənmişdi,  oğulları  Ədil  bəy  və  Rəşid  bəylə  yaxşı 

münasibəti vardı. Ədil bəy Bakıda feldşerlik kursu bitirmişdi, 

atasına kömək eləyir, Kiyevdə oxumağı arzulayırdı. 

  Yusif  Vəzir  bilmirdi  ki,  ermənilərin  törətdiyi  qırğınlara 

görə,  müsəlman  ziyalılar  səslərini  qaldırıblar,  hökumət  də 

məcbur olub, fevralda Tiflisdə canişin Vorontsov-Daşkovun 

başçılığıyla  qurultay  çağırıb  ki,  məsələni  ört-basdır  eləsin. 

Amma bir nəticə hasil olmadığını görən müsəlmanlar Bakıya 

qayıdan kimi Qafqaz Ümummüsəlman Müdafiə Komitəsini 

–  “Difai”  Partiyasını  yaradıb  Əhməd  bəy  Ağayevi  sədr 

seçiblər,  təşkilatın  “Qarabağ  məclisi”  adlandırdıqları  on 

səkkiz  nəfərlik  Şuşa  komitəsinə  Kərim  bəy  başçılıq  eləyir, 

köməkçisi Cahangir xan Nurubəyov, katibi Xuduş Quliyev, 

icraiyyə idarəsinin və hərbi təşkilatın rəhbəri Məşədi Şamil 

Hacıyevdi, məclisə Muxtar bəy Muradov, İsmayıl bəy Axun-

dov,  Süleyman  Əsgərov,  Hacı  Sadıq  Məmmədov,  Məşədi 

Cəfər  oğlu,  Məşədi  Əhməd  Əzimov,  Hacı  Mirzə  Hüseyn 

Kərim oğlu Münşizadə, Əfrasiyab Əzimov, Kərbəlayı Yusif 

Mirsiyabov... daxil olublar.

 Onda inqilabçı-sosialist dostu Mir Həsən Şuşada deyildi, 

sorağı Vladiqafqazdan, Tiflisdən gəlirdi. Mir Həsənin oralar-

da hansı işlərlə məşğul olduğunu bilməsə də, taleyindən ni-

garan idi. Ondan ancaq Aşqabaddan qayıdandan, vəba bəlası 

səngiyəndən  sonra,  dekabr  ayında  məktub  aldı.  Yazdığına 

görə, Şuşaya qayıdanda ermənilər Ağdamda qarət eləyib lər-

miş, ona görə də bir müddət aranın sakitləşməsini gözləyib...



324

 Elə o günlərdə də atası bərk xəstə vəziyyətdə Ağdamdan 

gəlib çıxmış, iki aydan sonra dünyadan köçmüşdü...

 Atasını torpağa tapşırandan bir neçə həftə sonra Yusif yaz-

başı Ağdama getdi ki, əttar dükanını satıb ailənin dərd-sərinə 

xərcləsin. Amma bəxti burda da gətirmədi, bərk xəstələndi, 

hərəkət  eləməyə  heyi  qalmadı,  özünü  Telli  bibisigilə  güclə 

çatdırdı. Bibisi də əlindən gələni elədi, nəticəsi olmadığını gö-

rüb onu tanış-bilişlə Şuşaya göndərdi.

 Oğlunun bu halda qayıtdığını görən Seyid Əziz, elə bil, on 

il də qocalmışdı: hələ Mir Əbülhəsənin yarası qaysaqlanma-

mışdı,  göyüm-göyüm  göynəyirdi.  Mir  Yusifin  həkiminə, 

dava-dərmanına vermək üçün evindən xalça-palazını, mebe-

lini satmağa başladı, üstəlik, onun başının üstündən aralan-

madı.  Amma  ailənin  dönəlgəsi  dönmüşdü,  dərd  üstündən 

dərd gəlirdi.




Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin