Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19 sentyabr 2012-ci IL tarixli 70 nömrəli


Müalicə bədən tərbiyəsi üzrə həkimin  nümunəvi vəzifə



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə110/541
tarix02.01.2022
ölçüsü1,29 Mb.
#2253
1   ...   106   107   108   109   110   111   112   113   ...   541
Müalicə bədən tərbiyəsi üzrə həkimin  nümunəvi vəzifə

T Ə L İ M A T I

I.  Ümumi müddəalar

1. 


Bu   vəzifə   təlimatı   müalicə   bədən   tərbiyəsi   üzrə   həkimin   vəzifə 

öhdəliklərini, hüquq və məsuliyyətini müəyyən edir.

2. 

Müalicə bədən tərbiyəsi üzrə həkim vəzifəsinə baza ali tibb təhsili olan 



şəxs təyin edilir. 

Elmi-tədqiqat   institutlarının   klinikalarında,   respublika   mərkəzlərində 

(xəstəxanalarda),   klinik   xəstəxanalarda   ali   tibb   təhsili   olan   və   qanunvericiliklə 

müəyyən edilmiş qaydada “fizioterapiya və tibbi bərpa” ixtisası üzrə peşə hazırlığı 

keçmiş, ixtisası üzrə ən azı 3 il əmək stajına malik  şəxs təyin edilir. 

 3. 


Müalicə bədən tərbiyəsi üzrə həkim Azərbaycan Respublikasının qüvvədə 

olan qanunvericiliyinə uyğun olaraq tibb müəssisə rəhbərinin əmri ilə vəzifəyə təyin 

və vəzifədən azad edilir.

4. 


Müalicə bədən tərbiyəsi üzrə həkim bilavasitə müalicə bədən tərbiyəsi 

şöbəsinin müdirinə, onun olmadığı halda isə tibb müəssisəsinin rəhbərinə və ya onun 

müavininə tabe olur.

5. 


Müalicə bədən tərbiyəsi üzrə həkim aşağıdakıları bilməlidir:

5.1.  Azərbaycan   Respublikasının   Konstitusiyasını,   Azərbaycan 

Respublikasının   səhiyyə   haqqında   qanunvericiliyinin   əsaslarını;   səhiyyə 

müəssisələrinin fəaliyyətini tənzimləyən normativ hüquqi aktları;

5.2.  xəstəxana   və   ambulator-poliklinik   müəssisələrində,   təcili   və 

təxirəsalınmaz hallarda əhaliyə müalicə-profilaktika və dərman  yardımının təşkilinin 

əsaslarını;

110



5.3.  öz   ixtisası   üzrə   profilaktika,   diaqnostika,   müalicə   və   reabilitasiyanın 

müasir metodlarını;

5.4.  fizioterapiya və tibbi bərpa xidmətinin təşkili, strukturu, ştatları və təchiz 

edilməsi ilə bağlı məsələləri;

5.5.  öz   ixtisası   üzrə   qüvvədə   olan   normativ   hüquqi   və   təlimat-metodik 

sənədləri;

5.6.  tibbi sənədlərin rəsmiləşdirilməsi qaydasını;

5.7.  əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasını və tibbi-sosial 

ekspertizanın aparılması qaydasını;

5.8.  dispanserizasiyanın  əsaslarını, prinsip və metodlarını;

5.9.  tibbi   sığorta   şəraitində   səhiyyə   müəssisəsinin   və   tibb   işçilərinin 

fəaliyyətinin təşkilati-iqtisadi əsaslarını; 

5.10.  həkimlərin   etik   davranış   qaydalarının,   tibbi   etika   və   deontologiyanın 

əsaslarını; 

5.11. insan bədəninin üzv və sistemlərinin funksional vəziyyətinin klinik və 

laborator diaqnostikasının ümumi prinsip və əsas metodlarını; 

5.12.  təxirəsalınmaz tibbi yardım göstərilməsi qaydalarını; 

5.13.  sanitar-maarifləndirmənin əsaslarını; 

5.14.  daxili   əmək   intizamı   qaydalarını;   əməyin   mühafizəsi,   təhlükəsizlik 

texnikası, istehsalat sanitariyası və yanğına qarşı mühafizə qayda və normalarını.  




Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   541




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin