II. Vəzifə öhdəlikləri
6.
Müalicə bədən tərbiyəsi üzrə həkim müalicə bədən tərbiyəsi və
pasiyentlərlə prosedur üzrə məşğələlərin keçirilməsi üçün gimnastik kompleksləri
işləyib hazırlayır.
7.
Müalicə bədən tərbiyəsi üzrə metodik işin vəziyyətini təhlil edir və onun
səmərəliliyinin yüksəldilməsi üzrə təkliflər işləyib hazırlayır.
8.
Fiziki sağlamlığın bərpası və xəstə və əlillərin hərəkətverici fəallığında
pozuntuların korreksiyası üzrə müalicə bədən tərbiyəsinin müasir metodlarını öyrənir
və yayır.
9.
Orta tibb heyətinin ixtisasının artırılması işində iştirak edir.
10.
Orta tibb heyəti tərəfindən müalicə bədən tərbiyəsi üzrə məşğələlərin və
prosedurların yerinə yetirilməsinin keyfiyyətinə nəzarət edir.
11.
Reabilitasiya metodikasının müəyyən edilməsi məqsədi ilə həkimlə birgə
xəstəyə baxışda iştirak edir, xüsusi hallarda məşğələlər aparır.
12.
Xəstələr və onları qohumları arasında sağlamlığın möhkəmləndirilməsi və
xəstəliklərin profilaktikası, sağlam həyat tərzinin təbliği üzrə sanitar-maarifləndirmə
işini aparır.
13.
Qanunvericiliklə müəyyən edilmiş müddətdə işlədiyi istiqamət üzrə
təkmilləşdirmə kurslarında iştirak edir, mütəmadi olaraq öz ixtisasını artırır.
14.
Müəyyən olunmuş qaydada sertifikasiyadan keçir.
Dostları ilə paylaş: |