Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19 sentyabr 2012-ci IL tarixli 70 nömrəli


Həkim-parazitoloqun  nümunəvi vəzifə



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə138/541
tarix02.01.2022
ölçüsü1,29 Mb.
#2253
1   ...   134   135   136   137   138   139   140   141   ...   541
Həkim-parazitoloqun  nümunəvi vəzifə

T Ə L İ M A T I

I. .  Ümumi müddəalar

1.   Bu   vəzifə   təlimatı   həkim-parazitoloqun   vəzifə   öhdəliklərini,   hüquq   və 

məsuliyyətini müəyyən edir.

2. 


Həkim-parazitoloq vəzifəsinə baza ali tibb təhsili olan şəxs təyin edilir. 

Elmi-tədqiqat   institutlarının   klinikalarında,   respublika   mərkəzlərində   ali   tibb 

təhsili olan və qanunvericiliklə müəyyən edilmiş qaydada “epidemiologiya”   ixtisası 

üzrə peşə hazırlığı   keçmiş, ixtisası üzrə ən azı 2 il əmək stajına malik   şəxs təyin 

edilir. 

3.   Həkim-parazitoloq   Azərbaycan   Respublikasının   qüvvədə   olan 

qanunvericiliyinə uyğun olaraq tibb müəssisə rəhbərinin əmri ilə vəzifəyə təyin olunur 

və vəzifədən azad edilir.

4.   Həkim-parazitoloq   bilavasitə   şöbə   müdirinəin   tabeliyində   fəaliyyət 

göstərməklə, tibb müəssisəsinin rəhbərinə və ya onun müavininə tabe olur.

5. Həkim-parazitoloq aşağıdakıları bilməlidir:

5.1.   Azərbaycan   Respublikasının   Konstitusiyasını,   Əmək   məcəlləsinin   və 

Azərbaycan Respublikasının səhiyyə qanunvericiliyinin əsaslarını;

5.2.   səhiyyə   müəssisələrinin,   o   cümlədən   dövlət   sanitariya-epidemioloji 

xidmətin fəaliyyətini tənzimləyən normativ hüquqi aktları;

5.3.   sosial   gigiyenanın   əsaslarını,   səhiyyənin   və   sanitariya-epidemioloji 

xidmətin təşkilini;

5.4.   səhiyyə   müəssisələrinin,   o   cümlədən   dövlət   sanitariya-epidemioloji 

xidmətin fəaliyyətini, tənzimləyən normativ hüquqi aktları;

  sanitariya   qanunvericiliyini,   sanitariya   epidemioloji   xidmətin     fəaliyyətinin 

hüquqi əsaslarını;

5.5. sanitariya-epidemioloji xidmətin işinin planlaşdırılması prinsiplərini, forma 

və metodlarını;

5.6.  təşkilati-sərəncamçı sənədləri, kargüzarlıq qaydalarını;

5.7. laboratoriyaların işinin təşkili; tədqiqatın gigiyenik, fizioloji, klinik, fiziki, 

kimyəvi, statistik, laborator və instrumental metodlarını;

5.8.   epidemiologiyanın   ümumi   qanun   və   meyarlarını,   yoluxucu   xəstəliklərin 

bioekoloji   xarakteristikasını,   epidemik   prosesi   və   onun   inkişafına   təsir   edən 

faktorları;

5.9. epidemiya əleyhinə tədbirlər sistemini;

5.10.   yoluxucu   xəstəliklərin   profilaktikası   prinsiplərini   və   ardan   qaldırılması 

yollarını;

141



5.11. gigiyenik və sağlamlaşdırıcı tədbirlərin təşkili və aparılmasını;

5.12.  cari sanitariya nəzarətinin mahiyyətini, təşkili və metodlarını;

5.13. mülki müdafiənin tibb xidmətinin təşkili və fəaliyyəti məsələlərini;

5.14. sanitariya-maarifləndirmənin əsaslarını;

5.15. Parazitologiyanın mahiyyətini, parazitoloji xidmətin təşkilini, strukturunu, 

vəzifələrini, parazitologiya üzrə hüquqi-normativ və təlimat-metodik sənədləri;

5.16. sənədlərin düzgün tərtibatını

5.17.parazitoloji xidmətin  fəaliyyətinin planlaşdırılmasını və hesabatını, onun 

fəaliyyətinə nəzarətin qayda və üsullarını;

5.18.   kompyuter   və   digər   müasir   informasiya   texnologiyaları   vasitələri   ilə 

işləməyi;

5.19.     daxili   əmək   intizamı   qaydalarını,   əməyin   mühafizəsi,   təhlükəsizlik 

texnikası və yanğına qarşı mühafizə qayda və normalarını  bilməlidir.


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   541




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin