Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19 sentyabr 2012-ci IL tarixli 70 nömrəli



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə137/541
tarix02.01.2022
ölçüsü1,29 Mb.
#2253
1   ...   133   134   135   136   137   138   139   140   ...   541
III. Hüquqlar

22. 


Həkim-oftalmoloqun aşağıdakı hüquqları vardır:

22.1.  klinik  müşahidə  və  müayinə,  anamnez  toplanması  və  klinik-laborator 

tədqiqatların   məlumatlarına   əsasən   ixtisası   üzrə   müstəqil   surətdə   diaqnoz 

müəyyənləşdirmək; 

22.2.  müvafiq     qaydalara   və   standartlara   uyğun   olaraq   xəstənin   aparılması 

taktikasını müəyyən etmək; 

22.3.  pasiyentin   kompleks   müayinəsi   üçün   zəruri   funksional   və   laborator 

diaqnostika metodlarını təyin etmək; 

22.4. diaqnostika və müalicənin icazə verilmiş metodlarından istifadə etməklə 

diaqnostik, müalicə, reabilitasiya və profilaktika prosedurlarını aparmaq; 

22.5.  zərurət   olduqda   xəstələrin   məsləhəti,   müayinəsi   və   müalicəsi   üçün 

müəyyən edilmişqaydada başqa ixtisaslı həkimləri cəlb etmək;

22.6.  müalicə-diaqnostika   prosesinin   təkmilləşdirilməsi,       özünün   əmək 

fəaliyyətinin təşkilinin və şərtlərinin yaxşılaşdırılması üzrə rəhbərliyə təkliflər vermək

22.7.  öz səlahiyyətləri çərçivəsində orta və kiçik tibb heyətinin işinə nəzarət 

etmək, sərəncamlar vermək  və onların rəhbərliyə həvəsləndirmək və tənbeh etmək 

üzrə təkliflər vermək;

22.8.  öz vəzifə öhdəliklərinin icrası üçün zəruri olan informasiya materiallarını 

və normativ-hüquqi sənədləri rəhbərlikdən  tələb etmək, əldə etmək və istifadə etmək

22.9.  öz işi ilə bağlı məsələlərin müzakirə olunduğu elmi-praktik konfranslarda 

müşavirələrdə iştirak etmək;

22.10.müəyyən olunmuş qaydada ixtisas dərəcəsi almaq.

23. 

Həkim-oftalmoloq Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun 



olaraq bütün əmək hüquqlarından istifadə edir.

IV. Məsuliyyət

24. 


Həkim-oftalmoloq aşağıdakılara görə məsuliyyət daşıyır:

24.1.  ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata 

keçirilməsinə; 

24.2.  öz fəaliyyəti üzrə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının, normativ-

hüquqi aktların vaxtında və  peşəkar səviyyədə yerinə yetirilməsinə;

24.3.  daxili   intizam,   yanğın   təhlükəsizliyi   və   təhlükəsizlik   texnikası 

qaydalarına riayət edilməsinə;

24.4.  qüvvədə olan normativ hüquqi sənədlərdə nəzərdə tutulmuş tibbi və digər 

xidməti sənədlərin vaxtında və keyfiyyətli rəsmiləşdirilməsinə;

139



24.5.  öz   fəaliyyəti   üzrə   statistik   və   digər   informasiyanın   müəyyən   olunmuş 

qaydada təqdim edilməsinə;

24.6.  ona tabe olan işçilərin nizam-intizam qaydalarına və vəzifə öhdəliklərinin 

yerinə yetirilməsinə;

24.7.  tibb müəssisəsinin fəaliyyətinə, işçilərinə, pasiyentlərə   təhlükə yaradan 

təhlükəsizlik texnikası, yanğına qarşı və sanitariya qaydalarının pozulmasının aradan 

qaldırılması üzrə, rəhbərliyin vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ 

tədbirlər həyata keçirilməsinə 

25. 

Həkim-oftalmoloq əmək intizamının, qanunvericilik və normativ-hüquqi 



aktların   pozulmasına   görə   qüvvədə   olan   qanunvericiliyə   əsasən,   təqsirin   ağırlıq 

dərəcəsindən asılı olaraq, intizam, maddi, inzibati və ya cinayət məsuliyyətinə cəlb 

edilə bilər.   

140




Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   541




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin