Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19 sentyabr 2012-ci IL tarixli 70 nömrəli



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə139/541
tarix02.01.2022
ölçüsü1,29 Mb.
#2253
1   ...   135   136   137   138   139   140   141   142   ...   541
II.Vəzifə öhdəlikləri

6.   Həkim-parazitoloq   tibbi   praktikada   tətbiqinə   icazə   verilmiş   müasir 

profilaktika,   diaqnostika,   müalicə   və   reabilitasiya   metodlarından   istifadə   edilməklə 

parazitar   və   transmissiv   xəstəlikli   xəstələrə   ixtisaslaşdırılmış   tibbi   yardım 

göstərilməsinə və belə xəstəlik ocaqlarında profilaktik tədbirlərin aparılmasına nəzarət 

edir


7.     Müəyyən   edilmiş   qaydalara   və   standartlara   uyğun   olaraq   parazitar   və 

transmissiv   xəstəlikli   xəstələrin   müalicəsinin   aparılması   taktikasının   müəyyən 

edirlməsində;   pasiyentin   vəziyyətindən   asılı   olaraq   müalicə   planına   dəyişiklik 

edirlməsində və əlavə müayinə metodlarının tətbiqində iştirak edir.  

8. Parazitar və transmissiv xəstəliklərin qarşısının alınması və azaldılması üzrə 

tədbirlərin keçirilməsini təşkil edir.

9. Tibb müəssisələri üçün parazitar və transmissiv  xəstəliklərin  profilaktikası 

və onlarla mübarizə məsələləri üzrə informasiya-analitik materialları hazırlayır.

10. Müalicə-profilaktika və digər müəssisələr və idarələrlə birlikdə parazitar və 

transmissiv   xəstəliklərin     yayılmasının   qarşısının   alınması   və   ləğv   edilməsi   üzrə 

tədbirlər həyata keçirir. 

11. Parazitar və  transmissiv xəstəliklərin mənbələrinin aşkar olunması zamanı, 

onların epidemioloji müayinəsini aparır və sağlamlaşdırılması üzrə işi təşkil edir.

12. Xidmət ərazisində tibb müəssisələrinin parazitar və transmissiv xəstəliklərin 

profilaktikası üzrə işinə, eləcə də digər obyektlərdə sanitariya-gigiyenik, epidemiya 

əleyhinə   rejimə   riayət   edilməsinə,   bu   xəstəliklərin     profilaktikasına   aid   tədbirlərin 

yerinə   yetirilməsinə   metodik   rəhbərlik   və   nəzarəti   həyata   keçirir   (məktəbəqədər, 

məktəb, yay uşaq sağlamlıq müəssisələri, sənaye müəssisələri,  və s.).

13.   Parazitar     xəstəliklərin     mikroskopik   və   immunoloji   diaqnostikası   üzrə 

laborator xidmətin işinin keyfiyyətinə nəzarəti həyata keçirir.

14. Parazitar və transmissiv xəstəliklərin  profilaktikası və onlarla mübarizə üzrə 

tədbirlərin keyfiyyətinin təhlilini aparır.

15. Parazitar və   transmissiv xəstəliklərin   profilaktikası və onlarla mübarizə 

üzrə işin kompleks planlarının layihələrini tərtib edir.

142



16. Parazitar və transmissiv xəstəliklərinin profilaktikası üçün dərman tələbatını 

planlaşdırırlmasında iştirak edir, onların düzgün saxlanılması və istifadəsinə nəzarəti 

həyata keçirir.

17.   Parazitar   və   transmissiv   xəstəliklərin   aşkar   edilməsinə,   qeydiyatına   və 

hesabatına nəzarət edir, müvafiq sənədləşməni təmin edir.

18.   Həkim   və   orta   tibb   işçilərinin     parazitar   xəstəliklərin   epidemiologiyası, 

profilaktikası və laborator diaqnostikası  biliklərin artırılmasına  köməklik göstərir.  

19.     Sanitariya   qaydalarına,   gigiyena   normativlərinə   riayət   edilməsinə, 

epidemiya əleyhinə (profilaktik) tədbirlərin təşkilini və aparılmasına nəzarəti həyata 

keçirir.


20. Sanitariya-epidemioloji  ekspertizanı,  araşdırma,  müayinə, tədqiqat, sınaq, 

gigiyenik, parazitoloji və digər qiymətləndirmə növlərinin təşkil edilməsində iştirak 

edir.

21.  Sosial-gigiyenik monitorinqin aparılmasında iştirak edir.



22.  Öz ixtisası üzrə sanitariya-epidemioloji rəylər verir.

23.   Başqa   bölmələrin   mütəxəssislərinə   öz   ixtisası   üzrə   məsləhət   yardımı 

göstərir.

24.   Ona   tabe   orta   və   kiçik   tibb   heyətinin   işinə   rəhbərlik   edir,   öz   vəzifə 

öhdəliklərinin yerinə yetirilməsində onlara kömək  edir.

25.  Cihaz və avadanlıqların istismarının düzgünlüyünə, orta və kiçik tibb heyəti 

tərəfindən təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına riayət edilməsinə 

nəzarət edir.

26. İxtisasartırma üzrə məşğələlərin aparılmasında iştirak edir.

27. Tibbi və digər aidiyyati sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq 

vaxtında və keyfiyyətli rəsmiləşdirilməsini təmin edir.

28. Sanitariya-maarifləndirmə işi aparır.

29. Həkim etikasının qayda və prinsiplərinə riayət edir.

30. Müəssisə rəhbərliyinin əmr, sərəncam və tapşırıqlarını, eləcə də öz peşə 

fəaliyyəti üzrə normativ hüquqi aktları vaxtında icra edir.

31. Daxili intizam, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası qaydalarına, 

sanitariya-epidemioloji rejimə riayət edir.

32.Mülki müdafiə işlərinin təşkilində və həyata keçirilməsində iştirak edir.

33.  Mütəmadi olaraq öz ixtisasını artırır.


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   541




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin