6.
Həkim- patoloqoanatom tədqiqatın müasir metodlarından istifadə etməklə
ixtisaslaşdırılmış patoloqoanatomik diaqnostikanı aparır.
7.
Histoloji preparatların mikroskopik tədqiqatını aparır, əlavə tədqiqatların
nəticələrini təhlil edir və yarılma protokolunda müvafiq qeydlər edir.
8.
Müalicə-profilaktika müəssisəsinin başqa bölmələrinin həkimlərinə öz
ixtisası üzrə məsləhət yardımı göstərir.
9.
Ölüm haqqında həkim şəhadətnaməsini doldurur, ölənin qohumlarına
xəstəliyin xarakteri və ölümün səbəbi barədə şifahi arayış verir.
10.
Ona tabe orta və kiçik tibb heyətinin işinə rəhbərlik edir, öz vəzifə
öhdəliklərinin yerinə yetirilməsində onlara kömək edir.
11.
Diaqnostik və müalicə prosedurlarının aparılmasının, alət, aparat və
avadanlıqların istismarının, dərman preparatlarının səmərəli istifadəsinə, orta və kiçik
tibb heyəti tərəfindən əməyin mühafizəsi qaydalarına riayət edilməsinə nəzarət edir.
12. Öz işini planlaşdırır və öz fəaliyyətinin göstəricilərini təhlil edir. Tibbi və
digər sənədlərin müəyyən edilmişqaydalara uyğun olaraq vaxtında və keyfiyyətli
rəsmiləşdirilməsini təmin edir.
13.
Klinik-patoloqoanatomik konfransların hazırlanması və aparılmasında
iştirak edir.
14. Bölmənin işi barədə illik hesabatın tərtib edilməsində iştirak edir.
15.
Tibb müəssisəsinin fəaliyyətinə, işçilərinə, pasiyentlərə təhlükə yaradan
əməyin mühafizəsi qaydalarının pozulmasının aradan qaldırılması üzrə, rəhbərliyin
vaxtında məlumatlandırılması da daxil olmaqla, tədbirlər görür.
16.
Qanunvericiliklə müəyyən edilmiş müddətdə işlədiyi istiqamət üzrə
təkmilləşdirmə kurslarında
iştirak edir, mütəmadi olaraq öz ixtisasını artırır.
17.
Müəyyən olunmuş qaydada sertifikasiyadan keçir.
Dostları ilə paylaş: