Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19 sentyabr 2012-ci IL tarixli 70 nömrəli


Həkim- pataloqoanatom, tibbi - məhkəmə   ekspertiza üzrə həkimin



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə157/541
tarix02.01.2022
ölçüsü1,29 Mb.
#2253
1   ...   153   154   155   156   157   158   159   160   ...   541
Həkim- pataloqoanatom, tibbi - məhkəmə   ekspertiza üzrə həkimin 

  nümunəvi vəzifə

T Ə L İ M A T I

I.  Ümumi müddəalar

1. 


Bu   vəzifə   təlimatı   həkim-   patoloqoanatom,tibbi-   məhkəmə   ekspertiza 

üzrə həkimin vəzifə öhdəliklərini, hüquq və məsuliyyətini müəyyən edir.

159



2. 

Həkim-   patoloqoanatom,   tibbi-   məhkəmə   ekspertiza   üzrə   həkim 

vəzifəsinə ali tibb təhsili olan, qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq 

ixtisas üzrə peşə hazırlığı  keçmiş  şəxs təyin edilir. 

Elmi-tədqiqat   institutlarının   klinikalarında,   respublika   mərkəzlərində 

(xəstəxanalarında),   klinik   xəstəxanalarda   ali   tibb   təhsili   olan   və   qanunvericiliklə 

müəyyən edilmiş qaydada“patoloji anatomiya,məhkəmə tibbi ekspertiza ” ixtisası üzrə 

peşə hazırlığı  keçmiş, ixtisası üzrə ən azı 3 il əmək stajına malik  şəxs təyin edilir. 

 3. 

Həkim-   patoloqoanatom,   tibbi-   məhkəmə   ekspertiza   üzrə   həkim 



Azərbaycan   Respublikasının   qüvvədə   olan   qanunvericiliyinə   uyğun   olaraq   tibb 

müəssisə rəhbərinin əmri ilə vəzifəyə təyin  və vəzifədən azad edilir.

4. 

Həkim- patoloqoanatom, tibbi- məhkəmə ekspertiza üzrə həkim bilavasitə 



şöbə   müdirinə,   onun   olmadığı   halda   isə   tibb   müəssisəsinin   rəhbərinə   və   ya   onun 

müavininə tabe olur.

5. 

Həkim-   patoloqoanatom,   tibbi-   məhkəmə   ekspertiza   üzrə   həkim 



aşağıdakıları bilməlidir:

5.1.  Azərbaycan   Respublikasının   Konstitusiyasını,   Azərbaycan 

Respublikasının   səhiyyə   haqqında   qanunvericiliyinin   əsaslarını;   səhiyyə 

müəssisələrinin fəaliyyətini tənzimləyən normativ hüquqi aktları;

5.2.  xəstəxana   və   ambulator-poliklinik   müəssisələrində,   təcili   və 

təxirəsalınmaz hallarda əhaliyə müalicə-profilaktika və dərman  yardımının təşkilinin 

əsaslarını;

5.3.  öz ixtisası üzrə diaqnostika müasir metodlarını;

5.4.  patoloji   anatomiya,   məhkəmə   tibbi   ekspertiza   xidmətinin   təşkili, 

strukturu, ştatları və təchiz edilməsi ilə bağlı məsələləri;

5.5.  öz   ixtisası   üzrə   qüvvədə   olan   normativ   hüquqi   və   təlimat-metodik 

sənədləri;

5.6.  tibbi sənədlərin rəsmiləşdirilməsi qaydasını;

5.7.  əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasını və tibbi-sosial 

ekspertizanın aparılması qaydasını;

5.7.  dispanserizasiyanın  əsaslarını, prinsip və metodlarını;

5.8.  tibbi   sığorta   şəraitində   səhiyyə   müəssisəsinin   və   tibb   işçilərinin 

fəaliyyətinin təşkilati-iqtisadi əsaslarını; 

5.9.  həkimlərin   etik   davranış   qaydalarının,   tibbi   etika   və   deontologiyanın 

əsaslarını; 

5.10. insan bədəninin üzv və sistemlərinin funksional vəziyyətinin klinik və 

laborator diaqnostikasının ümumi prinsip və əsas metodlarını; 

5.11.  təxirəsalınmaz tibbi yardım göstərilməsi qaydalarını; 

5.12.  sanitar-maarifləndirmənin əsaslarını; 

5.14.  daxili   əmək   intizamı   qaydalarını;   əməyin   mühafizəsi,   təhlükəsizlik 

texnikası, istehsalat sanitariyası və yanğına qarşı mühafizə qayda və normalarını.  

II.


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   ...   541




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin