6.
Həkim- patoloqoanatom, tibbi- məhkəmə ekspertiza üzrə həkim
tədqiqatın müasir metodlarından istifadə etməklə məhkəmə tibbi ekspertizanı həyata
keçirir.
7.
Müalicə həkimlərinə, hüquq mühafizə orqanlarının nümayəndələrinə öz
ixtisası üzrə məsləhət yardımı göstərir.
8.
Ona tabe orta və kiçik tibb heyətinin işinə rəhbərlik edir, onlar tərəfindən
nizam-intizam qaydalarına riayət edilməsini və funksional öhdəliklərinin yerinə
yetirilməsini təmin edir.
9.
Diaqnostik və müalicə prosedurlarının aparılmasının, alət, aparat və
avadanlıqların istismarının, reaktivlərin səmərəli istifadəsinin düzgünlüyünə, ona tabe
tibb heyəti tərəfindən əməyin mühafizəsi qaydalarına riayət edilməsinə nəzarət edir.
10.
Tibb heyətinin ixtisasının artırılması üzrə məşğələlərin aparılmasında
iştirak edir.
11.
Öz işini planlaşdırır və öz fəaliyyətinin göstəricilərini təhlil edir.
12.
Tibbi və digər sənədlərin müəyyən edilmişqaydalara uyğun olaraq
vaxtında və keyfiyyətli rəsmiləşdirilməsini təmin edir.
13. Sanitar-maarifləndirmə işini aparır.
14.
Meyitlərin, canlı insanların, eləcə də cinayət və mülki işlərin materialları
üzrə məhkəmə ekspertizalarının aparılmasında iştirak edir.
15.
Tibb müəssisəsinin fəaliyyətinə, işçilərinə, pasiyentlərə təhlükə yaradan
əməyin mühafizəsi qaydalarının pozulmasının aradan qaldırılması üzrə, rəhbərliyin
vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ tədbirlər görür.
16.
Qanunvericiliklə müəyyən edilmiş müddətdə işlədiyi istiqamət üzrə
təkmilləşdirmə kurslarında iştirak edir, mütəmadi olaraq öz ixtisasını artırır.
17.
Müəyyən olunmuş qaydada sertifikasiyadan keçir.
Dostları ilə paylaş: