IV.
Məsuliyyət
20.
Həkim- patoloqoanatom, tibbi- məhkəmə ekspertiza üzrə həkim
aşağıdakılara məsuliyyət daşıyır:
20.1 ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata
keçirilməsinə;
20.2. məhkəmə tibbi ekspertizaların keyfiyyətli və vaxtında aparılmasına;
20.3. öz ixtisası üzrə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının, normativ-
hüquqi aktların vaxtında və peşəkar səviyyədə yerinə yetirilməsinə;
20.4. daxili intizam, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası
qaydalarına riayət edilməsinə;
20.5. qüvvədə olan normativ hüquqi sənədlərdə nəzərdə tutulmuş
sənədləşdirilmənin aparılmasına;
20.6. öz fəaliyyəti üzrə statistik və digər informasiyanın müəyyən olunmuş
qaydada təqdim edilməsinə;
20.7. ona tabe işçilərin nizam-intizam qaydalarına və vəzifə öhdəliklərinin
yerinə yetirilməsinə;
20.8. tibb müəssisəsinin fəaliyyətinə, işçilərinə, pasiyentlərə təhlükə yaradan
təhlükəsizlik texnikası, yanğına qarşı və sanitariya qaydalarının pozulmasının aradan
qaldırılması üzrə, rəhbərliyin vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ
tədbirlər həyata keçirilməsinə;
21.
Həkim- patoloqoanatom, tibbi- məhkəmə ekspertiza üzrə həkim əmək
intizamının, qanunvericilik və normativ-hüquqi aktların pozulmasına görə qüvvədə
olan qanunvericiliyə əsasən, təqsirin ağırlıq dərəcəsindən asılı olaraq, intizam, maddi,
inzibati və ya cinayət məsuliyyətinə cəlb edilə bilər.
Dostları ilə paylaş: |