səmərəli qidalanmanın yerinə yetirilməsinə, uşaqlarda alimentar pozuntular, raxit,
anemiya və başqa xəstəliklərin profilaktikası üzrə tədbirlərin vaxtında keçirilməsinə
15.
Dispanser nəzarətində olan xronik patologiyalı uşaqların dinamik
müşahidəsini, onların vaxtında sağlamlaşdırılmasını və dispanser müşahidəsinin
effektliliyinin təhlilini aparır;
16.
Uşaqların sağlamlıq müəssisələrinə qəbul olunmasına hazırlığı təmin
edir;
17.
Sosial riskli uşaqlar və ailələr haqqında məlumatların uşaq
poliklinikalarının tibbi-sosial yardım bölmələrinə, qəyyumluq və himayəçilik
orqanlarına daxil olmasını təmin edir;
18.
Əlil uşaqların fərdi reabilitasiya proqramlarının yerinə yetirilməsini təmin
edir;
19.
Uşaqların sanatoriya-kurort müəssisələrinə göndərilməsinin zəruriliyi
barədə rəy verir;
20.
Uşaqlarda B və C hepatiti, İİV infeksiyalarının profilaktika və ilkin
aşkarlanması üzrə tədbirlərin keçirilməsini təmin edir;
21.
Neonatal skrininq nəticəsində aşkar olunmuş irsi xəstəlikli uşaqların
dispanser müşahidəsini və göstərilən kateqoriyalı uşaqları olan ailələrin patronajını
həyata keçirir;
22.
İnfeksion xəstəlik və peyvənddən sonra ağırlaşma hallarında məlumatı
ərazi üzrə aidiyyəti orqanlara vaxtında
göndərir;
23.
Hərbi xidmətə hazırlıq dövründə gənc oğlanlara tibbi yardımı təmin edir;
24.
Uşaqların sağlamıq vəziyyəti nəzərə alınmaqla həkim məsləhətləşməsi və
peşəkar istiqamət üzrə işi aparır;
25.
Müvafiq yaşa çatma ilə bağlı uşaqların aidiyyəti poliklinikaya keçirilməsi
üzrə tibbi sənədləşdirmənin hazırlanmasını aparır;
26.
İlkin tibbi-sanitar yardımı göstərilməsini həyata keçirən orta tibb
heyətinin fəaliyyətinə rəhbərlik edir;
27.
Həkim pediatriya sahəsinə təhkim olunmuş kontingentin sağlamlıq
vəziyyətini və həkim pediatriya sahəsinin fəaliyyətini təhlil edərək müəyyən edilmiş
qaydada tibbi sənədləşdirməni aparır.
28.
Qanunvericiliklə müəyyən edilmiş müddətdə işlədiyi istiqamət üzrə
təkmilləşdirmə kurslarında iştirak edir, mütəmadi olaraq öz ixtisasını artırır.
29.
Müəyyən olunmuş qaydada sertifikasiyadan keçir.
Dostları ilə paylaş: