Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19 sentyabr 2012-ci IL tarixli 70 nömrəli


Şüa diaqnostikası üzrə həkimin nümunəvi vəzifə



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə186/541
tarix02.01.2022
ölçüsü1,29 Mb.
#2253
1   ...   182   183   184   185   186   187   188   189   ...   541
Şüa diaqnostikası üzrə həkimin nümunəvi vəzifə

T Ə L İ M A T I

I.  Ümumi müddəalar

1. 


Bu vəzifə təlimatı  şüa diaqnostikası üzrə həkimin vəzifə öhdəliklərini, 

hüquq və məsuliyyətini müəyyən edir.

2. 

Şüa   diaqnostikası   üzrə   həkim   vəzifəsinə   ali   tibb   təhsili   olan, 



qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq  ixtisas üzrə peşə hazırlığı  keçmiş 

şəxs təyin edilir. 

Elmi-tədqiqat   institutlarının   klinikalarında,   respublika   mərkəzlərində 

(xəstəxanalarında),   klinik   xəstəxanalarda   ali   tibb   təhsili   olan   və   qanunvericiliklə 

müəyyən edilmiş  qaydada  “şüa diaqnostikası”  ixtisası  üzrə peşə  hazırlığı   keçmiş, 

ixtisası üzrə ən azı 3 il əmək stajına malik  şəxs təyin edilir. 

3. 

Şüa diaqnostikası üzrə həkim Azərbaycan Respublikasının qüvvədə olan 



qanunvericiliyinə uyğun olaraq tibb müəssisə rəhbərinin əmri ilə vəzifəyə təyin   və 

vəzifədən azad edilir.

4. 

Şüa diaqnostikası üzrə həkim bilavasitə şöbə müdirinə, onun olmadığı 



halda isə tibb müəssisəsinin rəhbərinə və ya onun müavininə tabe olur.

5. 


Şüa diaqnostikası üzrə həkim aşağıdakıları bilməlidir:

5.1.  Azərbaycan   Respublikasının   Konstitusiyasını,   Azərbaycan 

Respublikasının   səhiyyə   haqqında   qanunvericiliyinin   əsaslarını;   səhiyyə 

müəssisələrinin fəaliyyətini tənzimləyən normativ hüquqi aktları;

189



5.2.  xəstəxana   və   ambulator-poliklinik   müəssisələrində,   təcili   və 

təxirəsalınmaz hallarda əhaliyə müalicə-profilaktika və dərman  yardımının təşkilinin 

əsaslarını;

5.3.  öz   ixtisası   üzrə   profilaktika,   diaqnostika,   müalicə   və   reabilitasiyanın 

müasir metodlarını;

5.4.  şua diaqnostikası xidmətinin təşkili, strukturu, ştatları və təchiz edilməsi 

ilə bağlı məsələləri;

5.5.  öz   ixtisası   üzrə   qüvvədə   olan   normativ   hüquqi   və   təlimat-metodik 

sənədləri;

5.6.  tibbi sənədlərin rəsmiləşdirilməsi qaydasını;

5.7.  əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasını və tibbi-sosial 

ekspertizanın aparılması qaydasını;

5.8.  dispanserizasiyanın  əsaslarını, prinsip və metodlarını;

5.9.  tibbi   sığorta   şəraitində   səhiyyə   müəssisəsinin   və   tibb   işçilərinin 

fəaliyyətinin təşkilati-iqtisadi əsaslarını; 

5.10. həkimlərin   etik   davranış   qaydalarının,   tibbi   etika   və   deontologiyanın 

əsaslarını; 

5.11. insan bədəninin üzv və sistemlərinin funksional vəziyyətinin klinik və 

laborator diaqnostikasının ümumi prinsip və əsas metodlarını; 

5.12.  təxirəsalınmaz tibbi yardım göstərilməsi qaydalarını; 

5.13.  sanitar-maarifləndirmənin əsaslarını; 

5.14.  daxili   əmək   intizamı   qaydalarını;   əməyin   mühafizəsi,   təhlükəsizlik 

texnikası, istehsalat sanitariyası və yanğına qarşı mühafizə qayda və normalarını.  


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   182   183   184   185   186   187   188   189   ...   541




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin