III.
Hüquqlar
22.
Şüa diaqnostikası üzrə həkimin aşağıdakı hüquqları vardır:
22.1. rəy verilməklə zəruri şüa diaqnostikası tədqiqatlarını müstəqil surətdə
aparmaq, pasiyentin kompleks müayinəsi üçün zəruri funksional və laborator
diaqnostika metodlarını tövsiyə etmək; zərurət olduqda xəstələrin məsləhəti və
müalicəsi üçün müəyyən edilmişqaydada başqa ixtisaslı həkimləri cəlb etmək;
22.2. müalicə-diaqnostika prosesinin təkmilləşdirilməsi, özünün əmək
fəaliyyətinin təşkilinin və şərtlərinin yaxşılaşdırılması üzrə rəhbərliyə təkliflər vermək;
22.3. öz səlahiyyətləri çərçivəsində orta və kiçik tibb heyətinin işinə nəzarət
etmək, sərəncamlar vermək və onlardan dəqiq icra tələb etmək, tabelikdə olanların
həvəsləndirilməsi və tənbeh edilməsi üzrə rəhbərliyə təkliflər vermək;
22.4. öz vəzifə öhdəliklərinin icrası üçün zəruri olan informasiya materiallarını
və normativ-hüquqi sənədləri rəhbərlikdən tələb etmək, əldə etmək və istifadə etmək;
22.5. onun işi ilə bağlı məsələlərin müzakirə olunduğu elmi-praktik
konfranslarda və müşavirələrdə iştirak etmək;
22.6. müəyyən olunmuş qaydada ixtisas dərəcəsi almaq.
23.
Şüa diaqnostikası üzrə həkim Azərbaycan Respublikasının Əmək
Məcəlləsinə uyğun olaraq bütün əmək hüquqlarından istifadə edir.
Dostları ilə paylaş: |