Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19 sentyabr 2012-ci IL tarixli 70 nömrəli


Təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkimin nümunəvi vəzifə



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə190/541
tarix02.01.2022
ölçüsü1,29 Mb.
#2253
1   ...   186   187   188   189   190   191   192   193   ...   541
Təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkimin nümunəvi vəzifə

TƏLİMATI

I.

Ümumi müddəalar

1. 


Bu   vəzifə   təlimatı   təcili   və   təxirəsalınmaz   tibbi   yardım   üzrə   həkimin 

vəzifə öhdəliklərini, hüquq və məsuliyyətini müəyyən edir.

2. 

Təcili və təxirəsalınmaz  tibbi yardım üzrə həkim vəzifəsinə  vəzifəsinə 



baza ali tibb təhsili olan şəxs təyin edilir.

3.

Təcili   və   təxirəsalınmaz   tibbi   yardım   üzrə   həkim   Azərbaycan 



Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq tibb müəssisə rəhbərinin 

əmri ilə vəzifəyə təyin olunur və vəzifədən azad edilir

4. 

Təcili   və   təxirəsalınmaz   tibbi   yardım   üzrə   həkim   bilavasitə   şöbə 



müdirinə, onun olmadığı halda isə tibb müəssisəsinin rəhbərinə və ya onun müavininə 

tabe olur.

5. 

Təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim aşağıdakıları bilməlidir:



5.1.  Azərbaycan   Respublikasının   Konstitusiyasını,   Azərbaycan 

Respublikasının   səhiyyə   haqqında   qanunvericiliyinin   əsaslarını;   səhiyyə 

müəssisələrinin fəaliyyətini tənzimləyən normativ hüquqi aktları;

5.2.  xəstəxana   və   ambulator-poliklinik   müəssisələrində,   təcili   və 

təxirəsalınmaz hallarda əhaliyə müalicə-profilaktika və dərman  yardımının təşkilinin 

əsaslarını;

192



5.3.  öz   ixtisası   üzrə   profilaktika,   diaqnostika,   müalicə   və   reabilitasiyanın 

müasir metodlarını;

5.4.  təcili və təxirə salınmaz tibbi yardım xidmətinin təşkili, strukturu, ştatları 

və təchiz edilməsi ilə bağlı məsələləri;

5.5.  öz   ixtisası   üzrə   qüvvədə   olan   normativ   hüquqi   və   təlimat-metodik 

sənədləri;

5.6.  tibbi sənədlərin rəsmiləşdirilməsi qaydasını;

5.7.  əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasını və tibbi-sosial 

ekspertizanın aparılması qaydasını;

5.8.  dispanserizasiyanın  əsaslarını, prinsip və metodlarını;

5.9.  tibbi   sığorta   şəraitində   səhiyyə   müəssisəsinin   və   tibb   işçilərinin 

fəaliyyətinin təşkilati-iqtisadi əsaslarını; 

5.10.  həkimlərin   etik   davranış   qaydalarının,   tibbi   etika   və   deontologiyanın 

əsaslarını; 

5.11. insan bədəninin üzv və sistemlərinin funksional vəziyyətinin klinik və 

laborator diaqnostikasının ümumi prinsip və əsas metodlarını; 

5.12.  təxirəsalınmaz tibbi yardım göstərilməsi qaydalarını; 

5.13. sanitar-maarifləndirmənin əsaslarını; 

5.14.  daxili   əmək   intizamı   qaydalarını;   əməyin   mühafizəsi,   təhlükəsizlik 

texnikası, istehsalat sanitariyası və yanğına qarşı mühafizə qayda və normalarını.  




Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   186   187   188   189   190   191   192   193   ...   541




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin