Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19 sentyabr 2012-ci IL tarixli 70 nömrəli


Həkim-üz-çənə cərrahın nümunəvi vəzifə



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə208/541
tarix02.01.2022
ölçüsü1,29 Mb.
#2253
1   ...   204   205   206   207   208   209   210   211   ...   541
Həkim-üz-çənə cərrahın nümunəvi vəzifə

T Ə L İ M A T I

I.

Ümumi müddəalar

1. 


Bu   vəzifə   təlimatı   üz-çənə   cərrahının   vəzifə   öhdəliklərini,   hüquq   və 

məsuliyyətini müəyyən edir.

2. 

Üz-çənə cərrahı vəzifəsinə ali tibb təhsili olan, qanunvericiliklə müəyyən 



edilmiş qaydada müvafiq  ixtisas üzrə peşə hazırlığı  keçmiş  şəxs təyin edilir. 

Elmi-tədqiqat   institutlarının   klinikalarında,   respublika   mərkəzlərində 

(xəstəxanalarında),   klinik   xəstəxanalarda   ali   tibb   təhsili   olan   və   qanunvericiliklə 

müəyyən edilmiş qaydada “üz-çənə cərrahiyyəsi” ixtisası üzrə peşə hazırlığı  keçmiş, 

ixtisası üzrə ən azı 3 il əmək stajına malik  şəxs təyin edilir. 

3. 


Üz-çənə   cərrahı   Azərbaycan   Respublikasının   qüvvədə   olan 

qanunvericiliyinə uyğun olaraq tibb müəssisə rəhbərinin əmri ilə vəzifəyə təyin   və 

vəzifədən azad edilir.

4. 


Üz-çənə   cərrahı   bilavasitə   şöbə   müdirinə   olmaqla,   tibb   müəssisəsinin 

rəhbərinə və ya onun müavininə tabe olur.

5. 

Üz-çənə cərrahı aşağıdakıları bilməlidir: 



5.1.

Azərbaycan   Respublikasının   Konstitusiyasını,   Azərbaycan 

Respublikasının   səhiyyə   haqqında   qanunvericiliyinin   əsaslarını;   səhiyyə 

müəssisələrinin fəaliyyətini tənzimləyən normativ hüquqi aktları;

5.2.  xəstəxana   və   ambulator-poliklinik   müəssisələrində,   təcili   və 

təxirəsalınmaz hallarda əhaliyə müalicə-profilaktika və dərman  yardımının təşkilinin 

əsaslarını;

5.3.  öz   ixtisası   üzrə   profilaktika,   diaqnostika,   müalicə   və   reabilitasiyanın 

müasir metodlarını;

5.4.  üz-çənə   cərrahiyyəsi   xidmətinin   təşkili,   strukturu,   ştatları   və   təchiz 

edilməsi ilə bağlı məsələləri;

5.5.  öz   ixtisası   üzrə   qüvvədə   olan   normativ   hüquqi   və   təlimat-metodik 

sənədləri;

5.6.  tibbi sənədlərin rəsmiləşdirilməsi qaydasını;

5.7.  əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasını və tibbi-sosial 

ekspertizanın aparılması qaydasını;

5.8.  dispanserizasiyanın  əsaslarını, prinsip və metodlarını;

5.9.  tibbi   sığorta   şəraitində   səhiyyə   müəssisəsinin   və   tibb   işçilərinin 

fəaliyyətinin təşkilati-iqtisadi əsaslarını; 

211



5.10.  həkimlərin   etik   davranış   qaydalarının,   tibbi   etika   və   deontologiyanın 

əsaslarını; 

5.11. insan bədəninin üzv və sistemlərinin funksional vəziyyətinin klinik və 

laborator diaqnostikasının ümumi prinsip və əsas metodlarını; 

5.12.  təxirəsalınmaz tibbi yardım göstərilməsi qaydalarını; 

5.13.  sanitar-maarifləndirmənin əsaslarını; 

5.14.  daxili   əmək   intizamı   qaydalarını;   əməyin   mühafizəsi,   təhlükəsizlik 

texnikası, istehsalat sanitariyası və yanğına qarşı mühafizə qayda və normalarını.  




Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   204   205   206   207   208   209   210   211   ...   541




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin