III.
Hüquqlar
22.
Üz-çənə cərrahın aşağıdakı hüquqları vardır:
22.1. klinik müşahidə və müayinə, anamnez toplanması və klinik-laborator
tədqiqatların məlumatlarına əsasən ixtisası üzrə müstəqil surətdə diaqnoz
müəyyənləşdirmək;
22.2. müəyyən edilmiş qaydalara və standartlara uyğun olaraq xəstənin
aparılması taktikasını müəyyən etmək; pasiyentin kompleks müayinəsi üçün zəruri
funksional və laborator diaqnostika metodlarını təyin etmək;
22.3. diaqnostika və müalicənin icazə verilmiş metodlarından istifadə etməklə
diaqnostik, müalicə, reabilitasiya və profilaktika prosedurlarını aparmaq; zərurət
olduqda xəstələrin məsləhəti, müayinəsi və müalicəsi üçün müəyyən edilmişqaydada
başqa ixtisaslı həkimləri cəlb etmək;
22.4. müalicə-diaqnostika prosesinin təkmilləşdirilməsi, o cümlədən özünün
əmək fəaliyyətinin təşkilinin və şərtlərinin yaxşılaşdırılması üzrə rəhbərliyə təkliflər
vermək;
22.5. öz səlahiyyətləri çərçivəsində orta və kiçik tibb heyətinin işinə nəzarət
etmək, göstərişlər vermək və onlardan dəqiq icra tələb etmək, həvəsləndirilmə və
tənbeh edilmə üzrə rəhbərliyə təkliflər vermək;
22.6. öz vəzifə öhdəliklərinin icrası üçün zəruri olan informasiya materiallarını
və normativ-hüquqi sənədləri rəhbərlikdən tələb etmək, əldə etmək və istifadə etmək;
22.7. onun işi ilə bağlı məsələlərin müzakirə olunduğu elmi-praktik
konfranslarda və müşavirələrdə iştirak etmək;
22.10.müəyyən olunmuş qaydada ixtisas dərəcəsi almaq.
23.
Üz-çənə cərrahı Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun
olaraq bütün əmək hüquqlarından istifadə edir.
Dostları ilə paylaş: |