II. Hüquqları
24. Həkim-virusoloq aşağıdakı hüquqları vardır:
24.1. müstəqil şəkildə virusoloji tədqiqatlar aparmaq;
24.2. müalicə-diaqnostika prosesinin təkmilləşdirilməsi, o cümlədən özünün
əmək fəaliyyətinin təşkilinin və şəraitinin yaxşılaşdırılması üzrə rəhbərliyə təkliflər
vermək;
24.3. öz səlahiyyətləri çərçivəsində orta və kiçik tibb heyətinin işinə nəzarət
etmək, sərəncamlar vermək və onlardan dəqiq icra tələb etmək, onların
həvəsləndirilməsi və tənbeh edilməsi üzrə rəhbərliyə təkliflər vermək;
24.4. öz vəzifə öhdəliklərinin icrası üçün zəruri olan informasiya materiallarını
və normativ-hüquqi sənədləri tələb etmək, əldə etmək və istifadə etmək;
24.5. onun işi ilə bağlı məsələlərin müzakirə olunduğu elmi-praktik
konfranslarda və müşavirələrdə iştirak etmək;
24.6. qanunvericiliklə müəyyən edilmiş müddətdə işlədiyi sahə üzrə
təkmilləşdirmə kurslarında iştirak etmək;
24.7. müəyyən olunmuş qaydada sertifikasiyadan keçmək;
24.8. müəyyən olunmuş qaydada ixtisas kateqoriyası almaq məqsədilə
attestasiyadan keçmək;
25. Həkim-virusoloq Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun
olaraq bütün əmək hüquqlarından istifadə edir.
Dostları ilə paylaş: |