II. Vəzifə öhdəlikləri
6. Həkim- virusoloq ona həvalə edilmiş vəzifə öhdəliklərinə uyğun olaraq
laborator virusoloji tədqiqatları aparır.
7. Analitik və diaqnostik cəhətdən etibarlı metodlardan istifadəni təmin edir.
8. Yeni tədqiqat metodları və avadanlıqların istifadə edilməsi və tətbiqində
iştirak edir.
9. Başqa ixtisaslı həkimlərə virusologiya məsələləri üzrə məsləhətlər verir.
9. Bioloji materialların götürülməsi və virusoloji laboratoriyaya çatdırılması
qaydaları üzrə tövsiyələr tərtib edir.
10. Laborator nəticələrin aydınlaşdırılmasında iştirak edir.
11. Tədqiqatların keyfiyyətinə laboratoriyadaxili və kənar nəzarət üzrə
tədbirləri həyata keçirir.
12. Öz işinin və tabeliyində olan orta tibb təhsilli mütəxəssislərin işinin təhlilini
aparır.
13. Öz işi barədə aylıq hesabatı hazırlayır, laboratoriyanın illik hesabatının tərtib
edilməsində iştirak edir.
14. İxtisaslarının artırılması məqsədi ilə orta tibb təhsilli mütəxəssislər üçün öz
ixtisası üzrə məşğələlər keçirir.
15. Orta və kiçik tibb heyəti tərəfindən təhlükəsizlik texnikası, əməyin
mühafizəsi qaydalarına və sanitariya-epidemioloji rejimə riayət edilməsinə nəzarət
edir.
16. Ona tabe orta və kiçik tibb heyətinin işinə rəhbərlik edir, öz vəzifə
öhdəliklərinin yerinə yetirilməsində onlara kömək edir.
220
17. Diaqnostik prosedurlarının aparılmasının, cihaz və avadanlıqların
istismarının, reaktiv və test-sistemlərinin səmərəli istifadəsinin düzgünlüyünə nəzarət
edir.
18. Öz işini planlaşdırır və iş fəaliyyətinin göstəricilərini təhlil edir.
19. Tibbi və digər sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq vaxtında
və keyfiyyətli rəsmiləşdirilməsini təmin edir.
20. Sanitariya-maarifləndirmə işi aparır.
20. Həkim etikasının qayda və prinsiplərinə riayət edir.
21. Müəssisə rəhbərliyinin əmr, sərəncam və tapşırıqlarını, eləcə də öz peşə
fəaliyyəti üzrə normativ hüquqi aktları peşəkar səviyyədə və vaxtında icra edir.
22. Daxili intizam, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası qaydalarına,
sanitariya-epidemioloji rejimə riayət edir.
23. Mütəmadi olaraq öz ixtisasını artırır.
Dostları ilə paylaş: |