Əczaçılıq müəssisələrində direktorun (müdirin) nümunəvi vəzifə
T Ə L İ M A T I
I. Ümumi müddəalar
1.
Bu vəzifə təlimatı əczaçılıq müəssisələrində
direktorun (müdirin) vəzifə
öhdəliklərini, hüquq və məsuliyyətini müəyyən edir.
2.
Direktor (müdir) vəzifəsinə “əczaçılıq” ixtisası üzrə ali təhsili olan və 5 il
iş stajı olan şəxs təyin edilir.
3.
Direktor (müdir) Azərbaycan Respublikasının qüvvədə olan
qanunvericiliyinə əsasən yuxarı səhiyyə təşkilatının rəhbəri tərəfindən vəzifəyə təyin
və vəzifədən azad edilir.
4.
Direktor (müdir) aşağıdakıları bilməlidir:
4.1. Azərbaycan Respublikasının Konstitusiyasını; Azərbaycan
Respublikasının səhiyyə, o cümlədən əczaçılıq sahəsində tətbiq olunan qanun və digər
normativ hüquqi aktlarını; əhalinin dərman preparatları ilə təminatı vəziyyətini
xarakterizə edən meyar və göstəriciləri;
4.2. əczaçılıq işinin nəzəri və təşkilati əsaslarını;
4.3. tibbi etikanı, peşəkar ünsiyyət psixologiyasını;
4.4. əməyin iqtisadiyyatı, təşkili və idarə edilməsinin əsaslarını;
4.5. kargüzarlığı, sənədlərin növ və formalarını, yerinə yetirilmiş işlərin
nəticələrinin rəsmi sənədləşdirilməsi qaydalarını;
4.6. əczaçılıq informasiyalarının metod və vasitələrini;
4.7. əmək qanunvericiliyinin əsaslarını, əməyin mühafizəsi və yanğın
təhlükəsizliyi üzrə qaydaları bilməlidir.
Dostları ilə paylaş: