Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19 sentyabr 2012-ci IL tarixli 70 nömrəli


Əczaçı - magistrin nümunəvi vəzifə



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə228/541
tarix02.01.2022
ölçüsü1,29 Mb.
#2253
1   ...   224   225   226   227   228   229   230   231   ...   541
Əczaçı - magistrin nümunəvi vəzifə

T Ə L İ M A T I

I.  Ümumi müddəalar

1. 


Bu   vəzifə   təlimatı   əczaçı-magistrin   vəzifə   öhdəliklərini,   hüquq   və 

məsuliyyətini müəyyən edir.

228



2. 

Əczaçı-magistr   vəzifəsinə   əyani   formada   təhsil   proqramının 

mənimsənilməsinin normativ müddəti 2 (iki) il olan magistr pilləsində təhsil alan və 

ixtisas dərəcəsi “əczaçı-magistr” olan şəxs təyin edilir.

3. 

Peşə tədris proqramını  tam mənimsəyən  əczaçı-magistr doktoranturada 



“əczaçılıq   işinin   təşkili”,   dərman   formalarının   texnologiyası”,   “əczaçılıq   kimyası”, 

“farmokoqnoziya”, “toksikoloji kimya” üzrə bütün ixtisaslaşmalarda təhsilini davam 

etdirə bilər. Əczaçı-magistr Azərbaycan Respublikasının qanunvericiliyində ali peşə 

təhsilinə malik şəxslər üçün nəzərdə tutulmuş vəzifələrdə - əczaçı peşəsinə və əczaçı 

ixtisas dərəcəsinə uyğun gələn istənilən əczaçılıq idarə və müəssisələrində, müxtəlif 

əczaçılıq   təhsil   müəssisələrində   (əczaçılıq   ali   məktəblərində   elmi,   elmi-pedaqoji 

fəaliyyət istisna olmaqla) işləyə bilər.

4. 


Əczaçı-magistr   Azərbaycan   Respublikasının   qüvvədə   olan 

qanunvericiliyinə   uyğun   olaraq   müəssisə   rəhbərinin   əmri   ilə   vəzifəyə   təyin     və 

vəzifədən azad edilir.

5. 


Əczaçı-magistr   bilavasitə   öz   struktur   bölməsinin   rəhbərinə   olmaqla, 

müəssisə rəhbərinə və ya onun müavininə tabe olur.

6. 

Əczaçı-magistr aşağıdakıları bilməlidir:



6.1.  Azərbaycan   Respublikasının   Konstitusiyasını;   Azərbaycan 

Respublikasının səhiyyə qanunvericiliyinin əsaslarını;

6.2.  səhiyyə   müəssisələrinin   fəaliyyətini   tənzimləyən,   eləcə   də   əczaçılıq 

məsələləri üzrə normativ hüquqi aktları;

6.3.   əczaçılıq   işinin   əsaslarını;   xəstəliklərin   müalicəsində,   diaqnostikasında, 

profilaktikasında, reabilitasiyası və gigiyenasında istifadə olunan dərman vasitələri ilə 

davranış   qaydalarını,   dərman   vasitələrinin   tətbiqi,   istehsalı,   qablaşdırılması, 

saxlanılması,   daşınması,   dövlət   qeydiyyatı,   sertifikasiyası,   keyfiyyətinə   nəzarət   və 

standartlaşması, tətbiqi qaydalarını;

6.4.  həkiməqədər ilkin tibbi yardım göstərilməsi qaydalarını;

6.5.  əczaçılıq informasiyasının metodları və vasitələrini;

6.6.  tibbi etikanı, peşəkar ünsiyyət psixologiyasını;

6.7.  əmək   qanunvericiliyinin   əsaslarını,   daxili   əmək   intizamı   qaydalarını; 

əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə qaydaları bilməlidir.




Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   224   225   226   227   228   229   230   231   ...   541




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin