istehsalat birlikləri), təşkilatçı-idarəetmə (topdansatış və pərakəndə aptek
müəssisələri), nəzarət-həlledici (lisenziyalaşma, sertifikatlaşma, qeydiyyat), ümumi
əczaçılıq təcrübəsi (xırda pərakəndə aptek şəbəkəsi, kənd aptekləri) və elmi-tədqiqat
preparatlarının müasir texnologiyalar, bioəczaçılıq tədqiqatları və beynəlxalq tələblər
seçimində, saxlanma şəraiti təmin edilməklə, dərman vasitələrinin istehsalında iştirak
10.
Dərman bitki xammalının tədarükünün təşkili və aparılması, qəbulu,
yabanı dərman bitkilərinin resurslarının təyinində iştirak edir.
11.
Dərman vasitələrinin və dərman bitki xammalının işlənilməsi, tədqiqi,
tətbiqi və saxlanılması mərhələlərində keyfiyyətə nəzarəti həyata keçirir.
12.
Dərman preparatlarının hazırlanma texnologiyasını, keyfiyyətinə nəzarəti,
saxlanma şəraitini tənzimləyən normativ sənədlərin işlənib hazırlanmasında iştirak
edir.
13.
Müalicə-profilaktika və əczaçılıq müəssisələrinin mütəxəssislərinə
dərman vasitələrinin qəbulu ilə bağlı məsləhətlər verir.
14.
Kimyəvi-toksikoloji tədqiqatları aparır.
15.
Tədqiqat üçün zəruri üsulların seçilməsində, konkret tədqiqatın
tələblərinə uyğun olaraq üsulların modernləşdirilməsində və yeni üsulların
hazırlanmasında iştirak edir.
16.
Zəruri hallarda xəstələrə dərman xidmətini və həkiməqədər ilkin tibbi
yardım göstərilməsini həyata keçirir.
17.
Əhali arasında dərman vasitələri və tibbi təyinatlı məmulatlar, onların
işlədilməsi və ev şəraitində saxlanılması haqqında sanitar-maarifləndirmə və
məlumatlandırma işini aparır.
18.
Qanunvericiliklə müəyyən edilmiş müddətdə işlədiyi sahə üzrə
təkmilləşdirmə kurslarında iştirak edir;
19. Müəyyən olunmuş qaydada sertifikasiyadan keçir;
Dostları ilə paylaş: